Elşən Əjdərov Haqqında Məlumat - Axtarış

Elşən Əjdərov Haqqında Məlumat - Axtarış


Elşən_Əjdərov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Elşən Əjdərov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Elşən Əjdərov sözünə uyğun gələn mahnı axtar və yüklə


Elşən Əjdərov sözünə uyğun gələn lazımlı linklərə bax


Elşən Əjdərov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Elşən Əjdərov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaElşən Əjdərov sözünə uyğun gələn məqaləni oxu


Elşən Əjdərov sözünə uyğun gələn xəbər axtar və oxu


Elşən Əjdərov sözünə uyğun gələn kinoya bax və yüklə


Elşən Əjdərov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Elşən Əjdərov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Elşən Əjdərov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Elşən Əjdərov

Elşən Əjdər oğlu Əjdərov (3 fevral 1973; Şahağac, Astara rayonu, Azərbaycan SSR – 27 yanvar 1994; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi.[1]

Elşən Əjdərov
Elşən Əjdər oğlu Əjdərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şahağac, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri Bilinmir
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əjdər Əjdərov (1938–2020)
Anası Elmira Əjdərova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1992–1994
Rütbəsi Əsgər
Vəzifəsi Tağım komandiri
Döyüşlər Qarabağ müharibəsi

Həyatı redaktə

Elşən Əjdər oğlu Əjdərov 3 fevral 1973-cü ildə Astara rayonunun Şahağac kəndində anadan olub. Əjdər kişi ilə Elmira ananın ailəsində səkkiz övladdan yeddincisi idi. Özündən böyük iki qardaşı keçmiş sovet ordusunda hərbi xidmət keçmişdilər. Elşən 1990-cı ildə Şahağac kənd 2 saylı tam orta məktəbini bitirib. Orta məktəb illərindən idmanla məşğul olurdu. Arzusu da Bədən Tərbiyə İnstitutunda ali təhsil almaq idi. Bakı şəhərində peşə təhsili alaraq fotoqraf peşəsinə yiyələnib.

Hərbi xidməti redaktə

7 avqust 1992-ci il tarixdə Astara hərbi komissarlığından elə Astara şəhərindəki hərbi hissəyə yola düşüb. 1993-cü il fevralın 8-də Beyləqana göndərildilər. 9 fevral tarixi ilk dəfə döyüşə girdiyi gün oldu. Beyləqan-Füzuli istiqamətində olan ərazini düşməndən müdafiə edən bu döyüşçülər mərdliklə döyüşürdülər. Neçə dəfələrlə döyüş zamanı düşmən mühasirəsinə düşmüşdülər. Döyüş yoldaşlarının çoxu tanıdığı rayon uşaqları idi. Mühasirədə olan 22 nəfərlik dəstəni xilas etməyə nail olmuşdu. Onun bu hərəkətini komandir məzuniyyətlə qiymətləndirmişdi. Son dəfəki döyüşü Xocavənd istiqamətindəki mövqelərin müdafiəsi uğrunda oldu. 1994-cü il yanvar ayının 27-i idi. Ermənilərdən Şişqaya yüksəkliyini azad edən döyüşçülər mövqelərdə durub, arxadan gələcək köməyi gözləyirdilər ki, yenə hücum edib, geri qaçan düşməni torpaqlarımızdan geriyə uzaqlaşdırsınlar. Belə bir məqamda geri çəkilən ermənilər təpədən dırnağadək silahlanmış halda əks hücuma keçdilər. Hər tərəfi bombalar yandırıb-yaxırdı. Elşəngil isə cəmi 24 nəfər idilər. Silahları tükənmiş, yorğun, ac-susuz, yuxusuz, döyüşdən yenicə çıxmış döyüşçülərin kələyini həm də şaxta, qar, yüksəkliyin soyuğu kəsmişdi. Bir tərəfdən də vertolyotlardan tökülən bombaların atəşi qarşısında nə edə bilərdilər ki? Son nəfəslərinə son güllələrinə qədər vuruşan 24 igidin sonu faciə ilə bitdi. Döyüş bitdikdən sonra 24 nəfərdən yalnız 2 nəfərin cəsədi qaytarıldı. 22 nəfər qoçaq, igid döyüşçünün sonu naməlum olaraq qaldı. Nə əsir, nə sağ, nə ölü olmaqları haqqında heç bir məlumat əldə olunmadı. Onlardan heç bir səs-soraq çıxmadı. Birinci Qarabağ müharibəsində 4000-ə yaxın itkin düşənlər siyahısında Elşən Əjdərovun da adı var. Doğulduğu Astara rayonu Şahağac kəndində yeni inşa olunan bulaq kompleksində Birinci Qarabağ müharibəsi şəhidi Elşən Əjdərovun xatirəsi əbədiləşdirilib. Yaşadığı Astara rayonunun Şahağac kəndində şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Seferberlik.gov.az. "Əjdərov Elşən Əjdər" (az.). Seferberlik.gov.az. 09.06.2023. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2023.

Saytda 145 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023