Eldar Mikayılzadə Haqqında Məlumat - Axtarış

Eldar Mikayılzadə Haqqında Məlumat - Axtarış


Eldar_Mikayılzadə üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Eldar Mikayılzadə sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Eldar Mikayılzadə sözünə uyğun gələn mahnı axtar və yüklə


Eldar Mikayılzadə sözünə uyğun gələn lazımlı linklərə bax


Eldar Mikayılzadə sözünə uyğun gələn şəkillərə bax və yüklə


Eldar Mikayılzadə sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaEldar Mikayılzadə sözünə uyğun gələn məqaləni oxu


Eldar Mikayılzadə sözünə uyğun gələn xəbər axtar və oxu


Eldar Mikayılzadə sözünə uyğun gələn kinoya bax və yüklə


Eldar Mikayılzadə sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Eldar Mikayılzadə sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Eldar Mikayılzadə tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Eldar Mikayılzadə

Eldar Hidayət oğlu Mikayılzadə (18 yanvar 1956, Əmircan) — azərbaycanlı xalçaçı-rəssam; Azərbaycanın xalq rəssamı (2018), SSRİ Rəssamlar İttifaqının (1986), Rusiya Rəssamlar İttifaqının (2004) və UNESCO yanında Rəssamlar Birliyinin üzvü; Azərbaycan manatının ilk eskizlərinin müəllifi.[1]

Eldar Mikayılzadə
Doğum tarixi (68 yaş)
Doğum yeri Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Azərbaycan rəssamlıq məktəbi, Moskva rəssamlıq institutu
Janr Xalçaçılıq
Stil Xalçaçılıq
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2018

Həyatı və fəaliyyəti redaktə

Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur.

1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra, 1978-1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirmişdir. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmişdir.

1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr etmiş və ehtiram, məhəbbət əlaməti olaraq onu "Yeni Xilə" adlandırmışdır[2].

1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlamışdır[3].

Əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyir, daha sonra isə "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışır. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirir. Sonralar özünün "Xalı" şirkətini yaradır.

Hazırda Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışır, 1993-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavinidir.

1986-cı ildən SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar İttifaqınınYUNESKO yanında Rəssamlar Birliyinin üzvüdür.

Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə ƏrəbistanıKüveytdəki şəxsi kolleksiyalarda saxlanılır.

Əsərləri redaktə

Xalçalar redaktə

  • "Yeni Xilə" - 1977[2].
  • "Səttar dünyası" - 1979[4].
  • "Şəbi-hicran-1" - 1981[4].
  • "İthaf"[3] (bu xalçası iki böyük sənətkara – Səttar BəhlulzadəyəLətif Kərimova həsr edilmişdir[3]);
  • "Azərbaycan nağılları"[3].
  • "114. Bismillah"[3].
  • "Nağıllar aləmi" - 1983[4].
  • "Azərbaycanın poeziya və musiqi korifeyləri" - 1983-1984[4].
  • "Xətai" - 1990[4].
  • "Xəmsə" - 1991[4].
  • "İslam" - 1992[4].
  • "Təbriz - 1993[4].
  • "Bürclər - 1994[4].
  • "Xilaskar" - 1995-1997[4].
  • "Üç din" - 1998[4].
  • "Səttar" - 1999[4].
  • "Bismillahir-rəhmanir-rəhim" - 2001[4].
  • "Üç peyğəmbər" - 2003[4].
  • "Şəbi-hicran-2" - 2006[4].
  • "Yaranış"[3] - 2010[4].
  • "Səttarın arzusu" - 2012[4].
  • "Kəhkəşan" - 2012[4][5].

Pullar redaktə

  1. 1 manatlıq əsginas
  2. 5 manatlıq əsginas
  3. 10 manatlıq əsginas
  4. 50 manatlıq əsginas
  5. 100 manatlıq əsginas
  6. 250 manatlıq əsginas
  7. 500 manatlıq əsginas
  8. 1000 manatlıq əsginas

Mükafatları redaktə

Müəllifi olduğu "Yaranış" xalçası Frankfurtda keçirilmiş beynəlxalq sərgidə qızıl medala layiq görülmüşdür.

27 may 2018-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdür.[6]

Filmoqrafiya redaktə

  1. İşıqlı ilmələr. Lətif Kərimov (film, 2007)

Mənbə redaktə

İstinadlar redaktə

  1. Milli Valyutamızın ilk eskizlərinin müəllifi Publika.Az-a danışır. Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine  (az.)
  2. 1 2 Annotasiya. "Dahilərə ithaf". Arxivləşdirilib 2012-01-17 at the Wayback Machine  (az.)
  3. 1 2 3 4 5 6 Günel Musayeva. Eldar Mikayılzadənin “Dahilərə ithaf” sərgisi açılıb. Arxivləşdirilib 2022-06-18 at the Wayback Machine 525-ci qəzet, 12 may 2010, səh. 7.  (az.)
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Ziyadxan Əliyev. Ecazkar xalçaların yaradıcısı. Arxivləşdirilib 2018-06-16 at the Wayback Machine 525-ci qəzet, 17 yanvar 2013, səh. 8.  (az.)
  5. Tofiq Türkel. Azərbaycan xalça məktəbinin yeni əsəri-“Kəhkəşan”. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine contact.az
  6. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.

Xarici keçidlər redaktə


Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024