Fərhad Abdullayev Haqqında Məlumat - Axtarış

Fərhad Abdullayev Haqqında Məlumat - Axtarış


Fərhad_Abdullayev üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Fərhad Abdullayev sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Fərhad Abdullayev sözünə uyğun gələn mahnı axtar və yüklə


Fərhad Abdullayev sözünə uyğun gələn lazımlı linklərə bax


Fərhad Abdullayev sözünə uyğun gələn şəkillərə bax və yüklə


Fərhad Abdullayev sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaFərhad Abdullayev sözünə uyğun gələn məqaləni oxu


Fərhad Abdullayev sözünə uyğun gələn xəbər axtar və oxu


Fərhad Abdullayev sözünə uyğun gələn kinoya bax və yüklə


Fərhad Abdullayev sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Fərhad Abdullayev sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Fərhad Abdullayev tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Fərhad Abdullayev

Fərhad Sahib oğlu Abdullayev (5 dekabr 1958, Bakı) — Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru. Azərbaycan Konstitusiya Məhkəməsinin sədri (2003–cü ildən).

Fərhad Abdullayev
Vəzifədədir
25 iyun 2003-cü ildən
ƏvvəlkiXanlar Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1958(1958-12-05) (65 yaş)
Doğum yeri
Fəaliyyəti hüquqşünas, hakim
Elmi fəaliyyəti
Elmi dərəcəsi hüquq elmləri doktoru

Təltifləri "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2009
"Şöhrət" ordeni — 2018 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019 2-ci dərəcəli "Dostluq" ordeni (Qazaxıstan)

Həyatı redaktə

Fərhad Abdullayev 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin universiteti bitirmişdir.[1]

1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi vəzifəsində işləmiş, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi seçilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır.[1] 28 avqust 2000-ci ildə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.[2]

25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilmişdir.[3]

24 iyun 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdir.[4]

Azərbaycan Respublikası ədalət mühakiməsinin həyata keçirilməsində iştirakı ilə yanaşı bir sıra qanunvericilik və digər aktların hazırlanmasında iştirak etmişdir.

Fərhad Abdullayev pedaqoji və elmi fəaliyyətlə məşğul olur. Hüquq elmləri doktorudur. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.[1]

Ailəlidir, iki övladı var.

Təltif və mükafatları redaktə

Kitabları redaktə

  1. "Apellyasiya Məhkəməsində cinayət mühakimə icraatının təkmilləşdirilməsi problemləri" 2005-ci il (Az)
  2. "Azərbaycan Respublikasında Konstitusiya icraatının nəzəri və praktiki problemləri" 2009-cu il (Az)
  3. "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Hüquqi Mövqeləri" 2013-cü il (Az)
  4. "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Hüquqi Mövqeləri" 2018-ci il (Az) (2 hissəli)
  5. "Legal Positions of the Constitutional Court the Republic of Azerbaijan" 2018-ci il (Eng)

İstinadlar redaktə

  1. 1 2 3 4 "Fərhad Abdullayev — sədr". constcourt.gov.az. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.
  2. "F. S. Abdullayevin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 28 avqust 2000. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.
  3. "F. S. Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 25 iyun 2003. 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.
  4. "F. S. Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". prezident.az. 24 iyun 2013. 18 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.
  5. "F. S. Abdullayevə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adının verilməsi haqqında". e-qanun.az. 16 iyul 2009. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.
  6. "F. S. Abdullayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". prezident.az. 5 dekabr 2018. 18 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2020.

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024