Fikrət Sideifzadə Haqqında Məlumat - Axtarış

Fikrət Sideifzadə Haqqında Məlumat - Axtarış


Fikrət_Sideifzadə üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Fikrət Sideifzadə sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Fikrət Sideifzadə sözünə uyğun gələn mahnı axtar və yüklə


Fikrət Sideifzadə sözünə uyğun gələn lazımlı linklərə bax


Fikrət Sideifzadə sözünə uyğun gələn şəkillərə bax və yüklə


Fikrət Sideifzadə sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaFikrət Sideifzadə sözünə uyğun gələn məqaləni oxu


Fikrət Sideifzadə sözünə uyğun gələn xəbər axtar və oxu


Fikrət Sideifzadə sözünə uyğun gələn kinoya bax və yüklə


Fikrət Sideifzadə sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Fikrət Sideifzadə sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Fikrət Sideifzadə tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Fikrət Sideifzadə

Fikrət İsrafil oğlu Sideifzadə[2] (doğ. 24 aprel 1952, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, beynəlxalq usta.[3] Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı.[4]

Fikrət Sideifzadə
Ölkə SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Doğum tarixi (72 yaş)
Doğum yeri Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
Titulu beynəlxalq usta[1]
Son reytinqi 2391 (dekabr 2018)[1]
Maksimal reytinqi 2445 (yanvar 1992)[1]
FİDE nömrəsi 13400150
Mükafatları Azərbaycan Respublikasının əməkdar məşqçisi Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi

Həyatı redaktə

Fikrət Sideifzadə 24 aprel 1952-ci ildə[3] Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 97 və 226 sayı məktəblərdə almışdır. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

Şahmat oynamağa altı yaşından başlamışdır. 1960-cı illərin əvvəllərində şahmatla məşğuliyyətini keçmiş Qaqarin adına Pionerlər Sarayında (indiki Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayı) davam etdirmişdir. Məktəblilərdən ibarət Azərbaycan yığma komandasının heyətində müxtəlif yarışlarda iştirak etmişdir. 14 yaşında Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının heyətində oynamışdır. Ardından böyüklər arasında şahmat yarışlarına qatılmış, dəfələrlə Bakı və 5 dəfə Azərbaycan SSR çempionatının (1974, 1976, 1977, 1979, 1984)[3] qalibi olmuş, SSRİ idman ustası, beynəlxalq usta adını almışdır. Müxtəlif Ümumittifaq yarışlarında, SSRİ çempionatlarında Azərbaycanı təmsil etmişdir. "Lokomotiv" klubunun heyətində iki dəfə SSRİ çempionu, "Dinamo"nun tərkibində bürünc mükafatçısı olmuşdur. Bunlardan əlavə, SSRİ-nin "Lokomotiv" klubunun heyətində Sofiyada keçirilmiş dəmiryolçuların yarışında dünya çempionu olmuşdur. 1992-ci ildən isə məşqçilik fəailiyyətinə keçən Fikrət Sideifzadə Azərbaycanın qadınlardan ibarət yığma komandasının, 1996-cı ildən isə bütün yığmaların baş məşqçisi təyin olunmuşdur. 2014-cü ildən FİDE hakimidir.

Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə "Əməkdar məşqçi", "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adlarına layiq görülmüşdür. 2012-ci ildən isə prezident təqaüdçüsüdür.[2]

İstinadlar redaktə

  1. 1 2 3 "Fikret Sideifzade". Chess-db.com. 2016-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-05.
  2. 1 2 "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında". e-qanun.az. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
  3. 1 2 3 "Шахматисты // Сидеифзаде Фикрет". Azerichess.az. 3 aprel 2018 tarixində arxivləşdirilib.
  4. "43rd Olympiad Batumi 2018 Women". Chess-results.com. 2018-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-05.

Xarici keçidlər redaktə


Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024