Gülağa Cabbarov Haqqında Məlumat - Axtarış

Gülağa Cabbarov Haqqında Məlumat - Axtarış


Gülağa_Cabbarov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Gülağa Cabbarov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Gülağa Cabbarov sözünə uyğun gələn mahnı axtar və yüklə


Gülağa Cabbarov sözünə uyğun gələn lazımlı linklərə bax


Gülağa Cabbarov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Gülağa Cabbarov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaGülağa Cabbarov sözünə uyğun gələn məqaləni oxu


Gülağa Cabbarov sözünə uyğun gələn xəbər axtar və oxu


Gülağa Cabbarov sözünə uyğun gələn kinoya bax və yüklə


Gülağa Cabbarov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Gülağa Cabbarov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Gülağa Cabbarov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Gülağa Cabbarov

Gülağa Cabbarov (tam adı: Gülağa Dadaş oğlu Cabarov, 25 mart 1955) — Azərbaycanlı futbol hakimi və idman xadimidir. Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədridir[1].

Gülağa Cabarov
Ümumi məlumatlar
Doğum tarixi (69 yaş)
Doğum yeri Bakı şəhəri
Vəzifəsi Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri

Həyatı redaktə

Gülağa Cabarov 1955-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olmuşdur. Gənclik illərindən futbol ilə məşğul olmuş, daha sonra futbol hakimi və idman işçisi kimi fəaliyyət göstərmişdir. O, Bədən Tərbiyəsi və İdman Akademiyasını futbol ixtisası üzrə və Azərbaycan Beynəlxalq Universitetini dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. İki övladı var. Oğlu Rauf Cabarov FİFA dərəcəli beynəlxlaq futbol hakimidir.[2]

İdman və əmək fəaliyyəti redaktə

Futbol üzrə Azərbaycan SSR kubokunun 1979-cu ildə Suraxanılı komandası ilə qalibi olmuşdur. Futbol karyerasını erkən başa vurmuş, hakimliklə məşğul olmuşdur.

1982-ci ildən SSRİ-nin müxtəlif futbol liqalarında hakimlik etmiş və SSRİ Yüksək Liqasında hakim köməkçisi olmuşdur. O, əsasən ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov ilə birlikdə hakimlik etmişdir[3]. Ümumittifaq dərəcəli futbol hakimi adına namizəd olmuşdur.

Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 107 dəfə baş hakim olmuşdur[4]. O, 1992-ci ildə ilk dəfə keçirilən Futbol üzrə Azərbaycan Kuboku yarışının final matçının baş hakimi olmuşdur.

1995-2000-ci illərdə Suraxanı rayon idman və gənclər idarəsinin rəisi.

2000-2001-cillərdə "Neftçi" İdman Sağlamlıq Mərkəzinin rəis müavini[5], Neftqaz futbol klubunun prezidenti olmuşdur.[6]

2003-cü ildə AFFA Hakimlər Komitəsinin sədri.

2001-2020-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin idman kafedrasının müdiri.

2008-2017-ci illərdə AFFA-nın Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsində çalışmışdır[7].

2021-2022-ci illərdə AFFA-nın Apelyasiya və Arbitraj Tribunalının üzvü olmuşdur.[8]

Azərbaycan Premyer liqasında hakim-inspektor kimi oyunlara təyinat alır.[9]

İstinadlar redaktə

  1. "Futbol federasiyaları". azsport.az. İstifadə tarixi: 2023-08-10.
  2. "FutbolPress.Az | Gülağa Cabbarov: "Mən getdiyim yerə bir də dönmürəm" (MÜSAHİBƏ)". futbolpress.az. 2012-02-07. İstifadə tarixi: 2023-08-10.
  3. ""Oyunu idarə edir bakılı hakim Rüstəm Rəhimov"". Xalqqazeti.az (az.). 2024-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  4. Yüzün astanasında olan hakimlər və onların sərt qərarları - LAYİHƏ Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine. apasport.az, 18.06.2016  (az.)
  5. "СОЦ «НЕФТЧИ» СООБЩАЕТ". Vışka qazeti. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  6. "C ЧЕГО НАЧИНАЕТСЯ ДЕТСКИЙ ФУТБОЛ". Vışka qazeti. 13.07.2001. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  7. Gülağa Cabbarov Hakim-İnspektorlar Komitəsinə sədr təyin edilib. apasport.az, 05.07.2008  (az.)
  8. "Gülağa Cabbarova vəzifə verildi". Football-plus.az (rus). İstifadə tarixi: 2023-08-10.
  9. ""Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlanıb". Report İnformasiya Agentliyi (az.). 2024-04-02. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024