Geologiya Haqqında Məlumat - Axtarış

Geologiya Haqqında Məlumat - Axtarış


Geologiya üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Geologiya sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Geologiya sözünə uyğun gələn mahnı axtar və yüklə


Geologiya sözünə uyğun gələn lazımlı linklərə bax


Geologiya sözünə uyğun gələn şəkillərə bax və yüklə


Geologiya sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaGeologiya sözünə uyğun gələn məqaləni oxu


Geologiya sözünə uyğun gələn xəbər axtar və oxu


Geologiya sözünə uyğun gələn kinoya bax və yüklə


Geologiya sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Geologiya sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Geologiya tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Geologiya

elm sahəsi

Geologiya (Yunanca geo - Yer, logiya - təlim, elm) — yaşadığımız planet (səyyarə) - Yer kürəsi haqqında elm.

Müasir geologiya hidrologiya da daxil olmaqla Yer haqqında elmlər ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür. Yer sistemi elmi və planet elmi ilə inteqrasiya olunur. Geologiya Yerin quruluşu və bu quruluşu formalaşdıran prosesləri təsvir edir. Geofizika Yerin qatları və nüvəsində gedən fiziki proseslər və hadisələri öyrənir. Geoloqlar süxurların əmələ gəlmə tarixini öyrənmək üçün onların mineraloji tərkibini öyrənirlər. Geologiyanın bir qolu olan geoxronologiya müəyyən bir yerdə tapılan süxurların nisbi yaşlarını müəyyən edir; geokimya onların mütləq yaşlarını müəyyən edir. Müxtəlif petroloji, kristalloqrafik və paleontoloji alətləri birləşdirərək geoloqlar bütövlükdə Yerin geoloji tarixini sala bilirlər. Bir aspekt Yerin yaşını nümayiş etdirməkdir. Geologiya plitələrin tektonikası, həyatın təkamül tarixi və Yerin keçmiş iqlimləri üçün dəlillər təqdim edir. Geoloqlar Yerin və digər yerüstü planetlərin xassələrini və proseslərini geniş şəkildə öyrənirlər. Geoloqlar Yerin quruluşunuYerin tarixini başa düşmək üçün çöl işləri, qaya təsviri, geofiziki üsullar, kimyəvi analizlər, fiziki təcrübələr və ədədi modelləşdirmə daxil olmaqla, müxtəlif üsullardan istifadə edirlər. Praktiki baxımdan geologiya mineral və karbohidrogenlərin kəşfiyyatı və istismarı, su ehtiyatı qiymətləndirilməsi, təbii təhlükələrin başa düşülməsi, ekoloji problemlərin aradan qaldırılması (ekogeologiya) və iqlim dəyişkənliyinə dair fikirlərin təmin edilməsi üçün vacibdir. Geologiya əsas akademik intizamdır və o, geologiya mühəndisliyinin mərkəzidir və geotexniki mühəndislikdə mühüm rol oynayır.

Yer kürəsini başqa elmlər də öyrənir. Məsələn, coğrafiya, geodeziya, astronomiya, torpaqşünaslıq, iqlimşünaslıq və s. Geologiya yerin qabığı adlanan üst bərk qatı və daha dərin qatları (sferləri) haqqında elmlər kompleksidir. Sözün əsl mənasında geologiya - Yerin əmələgəlməsi, tərkibi, quruluşu, hərəkətləri, onun inkişaf tarixi, faydalı qazıntıların mənşəyi, onların yerləşməsi qanunauyğunlaqları və kəşfiyyat üsulları haqqında elmdir. Geologiya elmi bu məsələlərin hər birini müfəssəl öyrənən ayrı-ayrı sahələrə ayrılır. Belə ki, Yerin inkişaf tarixini - tarixi geologiya, onun quruluşunu - geotektonika, tərkibini - mineralogiya, petroqrafiya, litologiya və başqa sahələr öyrənir.

Dəniz geologiyası redaktə

border=none  Əsas məqalə: Dəniz geologiyası

Dəniz geologiyası Dünya okeanı suları altında qalan Yerin böyük bir hissəsinin tərkibini, quruluşunu və geoloji tarixini öyrənən elmdir. Dənizdibi səthi və təkini təşkil edən çöküntüsüxurların əmələgəlmə proseslərini və eləcə də bunlarla bağlı olan faydalı qazıntıları tədqiq edir. Dəniz geologiyası, geoloji elmlərin əsas bölmələrini əhatə edir (dinamiki geologiya, litologiya, mineralogiya, stratiqrafiya, paleontologiya, tarixi geologi­ya, geomorfologiya, tektonika, vulkanologiya, petrologiya, mühəndisi geologi­ya, faydalı qazıntılar geologiyası və b.). Beləliklə  Dəniz geologiyası - geologiyanın geniş bir sahəsi olub quru sahələrdə aparılan geoloji tədqiqat üsullarından istifadə etsə də, çöl işlərinin xarakterinə görə fərqlənir. Dəniz geologiyası bilavasitə geoloji müşahidələr (dayazlıqda dalğıc sualtı geoloji tədqiqatlar istisna olmaqla) aparmaq, demək olar ki qeyri-müm­kündür. Çöl işlərinin əsas hissəsi (o cümlədən çöküntü və süxur nümunələrinin götürül­məsi) elmi-tədqiqat gəmilərində müxtəlif cihaz və alətlərin köməyilə (qruntgötürən, geofiziki cihazlar, dəniz və okean qazma üsulları və b.) aparılır. Dəniz və okeanlarda baş verən geoloji proseslərin öyrənilməsi okeanologiyanın vəzifələrindən biridir. Lakin okean və də­nizlərin altındakı litosferin geoloji quruluşu və inkişaf tarixi məsələlərinin öyrənilməsi isə okeanologiyadan kənara çıxır. Ona görə də dəniz geologiyasını okeanologiyanın bir hissəsi hesab etmək olmaz. Dəniz geologiyası əsas praktiki məsələləri – qitə yamacında faydalı qazıntıların (neft, qaz, daş kö­mür, dəmir filizi, kükürd və b.) aşkar edilməsi, onların tərkibi, yayıl­ması və əmələgələmə şəraiti, habelə müasir, qə­dim və dənizdibi çöküntülərlə (səpintilər, fosforitlər, qlaukonitli qumlar, dəmir - manqan konkresiyaları) bağlı olan məsələlərin öyrənil­məsidir. Bundan başqa, dəniz geologiyası dənizdə hidrotexniki qurğuların mühəndis – geoloji əsaslarının hazırlanması, sualtı zəlzələlərin qeydə alınması və proqnozlaşdırılması və onlarla əlaqədar sunami dalğaları və başqa məsələlərlə də məşğul olur.  

Həmçinin bax redaktə

Mənbə redaktə

  • Azərbaycan Sovet Ensiklodepiyası. On cilddə. C.6. – B., 1982. – 608 s.
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024