Georgievsk müqaviləsi Haqqında Məlumat - Axtarış

Georgievsk müqaviləsi Haqqında Məlumat - Axtarış


Georgievsk_müqaviləsi üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Georgievsk müqaviləsi sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Georgievsk müqaviləsi sözünə uyğun gələn mahnı axtar və yüklə


Georgievsk müqaviləsi sözünə uyğun gələn lazımlı linklərə bax


Georgievsk müqaviləsi sözünə uyğun gələn şəkillərə bax və yüklə


Georgievsk müqaviləsi sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaGeorgievsk müqaviləsi sözünə uyğun gələn məqaləni oxu


Georgievsk müqaviləsi sözünə uyğun gələn xəbər axtar və oxu


Georgievsk müqaviləsi sözünə uyğun gələn kinoya bax və yüklə


Georgievsk müqaviləsi sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Georgievsk müqaviləsi sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Georgievsk müqaviləsi tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Georgiyevsk müqaviləsi (1783)

(Georgievsk müqaviləsi səhifəsindən istiqamətləndirilmişdir)

Georgiyevsk traktatı4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (KartliKaxetiya çarlığı ) çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış müqavilə.

Georgiyevsk müqaviləsi
Kartli və Kaxetiya Çarı II İraklinin Georgiyevski müqaviləsinin ratifikasiyası. 24 iyul 1783
Kartli və Kaxetiya Çarı II İraklinin Georgiyevski müqaviləsinin ratifikasiyası. 24 iyul 1783
Müqavilənin tipi Anlaşma müqaviləsi
İmzalanma tarixi 24 iyul 1783
İmzalanma yeri Georgiyevsk, Rusiya Federasiyası
Qüvvəyə minməsi 1784-ci il
Qüvvədən düşməsi 12 aprel 1802
İmzalayanlar İoane Muxran və Qarsevan Çavçavadze
General P.P Potiomkin
Tərəflər Kartli-Kaxetiya Çarlığı
Rusiya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vikimənbənin loqosu Georgiyevsk müqaviləsi Vikimənbədə

XVII-XVIII əsrlərdə Gürcüstanda ictimai-siyasi vəziyyət redaktə

XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə imzalanmış Qəsri-Şirin sülh müqaviləsi ilə başa çatdı. Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan - Kartli və Kaxetiya çarlıqları Səfəvilərin hakimiyyətinə keçdi. Çarlar Səfəvi dövləti sistemində yüksək vali titulu daşıyırdı. Gürcü aristokratiyası mülki sahədə olduğu kimi, hərbi sahədə də mühüm vəzifələr tuturdu. Gürcüstanda Səfəvilərə meyl edən təbəqə formalaşmışdı. Bununla birgə Gürcüstanda Avropa dövlətləri ilə əlaqə yaradaraq asılılıqdan çıxmağa çalışan qüvvələr də var idi. Lakin Qərbi Avropaya göndərilən elçilər, həmçinin oradan gələn emissarlar ciddi bir dəyişikliyə nail ola bilmədilər. Şərqə doğru irəliləyən Rusiya isə Gürcüstanda möhkəmlənməyə diqqəti artırdı. Ermənilərlə birgə gürcülər içərisində də Rusiyaya meyl getdikcə güclənməyə başladı. I Pyotrun 1722-1723-cü illərdə Xəzər dənizi sahillərinə işğalçı yürüşləri zamanı Kartli çarı VI Vaxtanq Gəncə yaxınlığında ruslarla birləşməyə hazırlaşırdı, lakin bu niyyət həyata keçmədi. Nadir şahın ölümündən sonra (1747) Azərbaycan xanlıqları kimi gürcü çarlıqları da müstəqil oldu. Kartli və Kaxeti çarlıqları 1762-ci ildə II İraklinin hakimiyyəti altında birləşdirildi. Bu dövrdə Rusiyanın Şərqdə işğalçılıq siyasəti daha da fəallaşdı. Nadir şahdan sonra İran zəiflədiyindən Rusiya üçün ciddi təhlükə törətmirdi. Osmanlı dövlətinin vəziyyəti isə mürəkkəb idi. Rusiya Osmanlılarla 1735-1739-cu illər müharibəsində qalib gələrək Belqrad sülh müqaviləsi, 1768-1774-cü illər müharibəsində isə Kiçik Qaynarca sülh müqaviləsi bağlayaraq Qara dəniz sahillərində və Şimali Qafqazda mövqelərini möhkəmləndirdi.

Gürcüstan 1768-1774-cü illər rus-türk müharibəsi zamanı Rusiyanın fəal müttəfiqi kimi çıxış edirdi. Elə bu dövrdə II İrakli II Yekaterinaya ölkəsinin Rusiyanın himahəsinə qəbul edilməsi barədə müraciət etsə də, təklif cavabsız qalmışdı. Müharibədən sonra vəziyyət dəyişdi. Rusiya Gürcüstanla danışıqları davam etdirməyə başladı. General Potyomkin (1739-1791) protektoratlığın şərtləri barədə danışıqlar üçün İraklinin yanına nümayəndələr göndərdi. II İrakli də 1782-ci ilin dekabrında Peterburqa öz elçilərini göndərdi. Müqavilənin şərtləri haqqında danışıqlar başa çatdıqdan sonra 1783-cü il 24 iyulda Georgievsk qalasında imzalandı. Burada Rusiyanı general P.S.Potyomkin, II İraklini isə İ.K.Muxran-Batoni və G.R.Çarçavadze təmsil edirdilər.

Müqavilənin şərtləri redaktə

Müqavilə 13 əsas, 4 separat artikul, II İraklinin Rusiya təbəəliyinə keçərkən qəbul etməli olduğu andın mətni və gürcü çarlarının taxta çıxmaq qaydasını müəyyən edən xüsusi maddədən ibarət idi. II İrakli müqaviləni 1784-cü il 24 yanvarda ratifikasiya etdi. Sənədə əsasən, gürcü çarlığının tərkibindəki Azərbaycan torpaqları (Borçalı, Şəmsəddil və s.) da Rusiyanın nəzarətinə keçdi. Rusiya Gürcüstanı Türkiyə (Osmanlı) və İranın hücumlarından qorumaq barədə öhdəlik də götürmüşdü.

Georgiyevsk müqaviləsi və Azərbaycan redaktə

Qarabağ xanlığının vəziri, məşhur Azərbaycan şairi Molla Pənah Vaqif də Georgievsk müqaviləsinin bağlanması münasibətilə Tiflisdə keçirilən tədbirlərdə iştirak etmişdir. 1783-cü il Georgievsk müqaviləsi Rusiya ilə Azərbaycan xanlıqları arasındakı münasibətlərə də təsir göstərdi. Rusiyanın 1805-ci ildə Qarabağ, ŞəkiŞamaxı xanlıqları ilə bağladığı müqavilələrdə bu hiss edilməkdədir.

Mənbə redaktə

  • Vaqif Pənah Vaqif. Əsərləri. Бакı, 1988
  • Aлияров С., Алиева Ф. Георгиевский трактат в контексте оценки внешнеполитического положения Азербайджана // Роль рабочих организаций в развитии революционного движения в Азербайджане. Баку, 1984, с.75-83
  • Бутков П.Г. Материалы для новой истории Кавказа, с 1722 но 1803 г. ч. II. СПб., 1869, с. 122-129
  • Миминашвили Р.С., Пайчадзе Г.Г. Вопросы истории внешней политики грузинских феодальных государств. Тб., 1970, вып.1, с. 186-245.
  • Новосельцев A.M. Георгиевский трактат 1783 года и его историческое значение (К 200-летию Георгиевского трактата) // История СССР, 1983, №4, с.51-60
  • Сургуладзе А. Прогрессивные последствия присоединения Грузии к России. Тбилиси., 1982.

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024