Həkim Qəni Haqqında Məlumat - Axtarış

Həkim Qəni Haqqında Məlumat - Axtarış


Həkim_Qəni üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Həkim Qəni sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Həkim Qəni sözünə uyğun gələn mahnı axtar və yüklə


Həkim Qəni sözünə uyğun gələn lazımlı linklərə bax


Həkim Qəni sözünə uyğun gələn şəkillərə bax və yüklə


Həkim Qəni sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaHəkim Qəni sözünə uyğun gələn məqaləni oxu


Həkim Qəni sözünə uyğun gələn xəbər axtar və oxu


Həkim Qəni sözünə uyğun gələn kinoya bax və yüklə


Həkim Qəni sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Həkim Qəni sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Həkim Qəni tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Həkim Qəni

photo

Həkim Qəni (azərb. Hüseynov Qəni Hüseynqulu oğlu‎, 16 fevral 1918, Bakı — 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, prezident təqaüdçüsü.

Qəni Hüseynov
Qəni Hüseynqulu oğlu Hüseynov
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya imperiyası
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmamazlığı
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Atası Hüseynqulu
Fəaliyyəti şair

Həyatı redaktə

Həkim Qəni 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub[1].

Ali təhsilini Tibb İnstitutunda almışdır (1936–1941). İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir (1941–1945).

1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub[2].

Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdur[3].

1990-cı ildən[4] (başqa məlumata görə 1993-cü ildən) etibarən Vahid poeziya evində "Vahid" ədəbi şairlər məclisinə sədrlik etmişdir.

Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur[4].

Ailəsi redaktə

Həkim Qəninin 4 övladı olmuşdur. 1983-cü ildə həyat yoldaşı Mehparə Yaqub qızı Axundova dünyasını dəyişib.

Yaradıcılığı redaktə

Gənc yaşlarından poeziya ilə maraqlanmış, ilk şerlərini 30-cu illərdə yazmışdır. Yüzlərlə qəzəlin, həmçinin heca vəznində olan şeirlərin (qoşmalar, bayatılar və s.), bir neçə dram əsərinin, poemanın, aforizmlərin və s. müəllifidir. Məhəmməd Füzulinin 120 qəzəlinə təxmis yazmış, 100-dən çox qəzəlini rus dilinə tərcümə etmişdir. 12-dən çox kitabı nəşr olunub.

M. Füzuli, S. Ə. Şirvani, Ə. Cavad, M. Ə. Sabir, H. Cavid, M. Şəhriyar, Ə. Vahid yaradıcılığının, Şərq ədəbiyyatının, o cümlədən, əruzvəznli Azərbaycan poeziyasının kamil bilicisi olmuşdur.

Kitabları redaktə

  1. Qənimətdir keçən hər gün. Təxmislər, qəzəllər, qoşmalar, bayatılar. Bakı, "İşıq", 1992. 168 səh.
  2. Füzuliyə təxmislər. Bakı "Boz oğuz", 1997. 156 səh.
  3. Söz-sənət məbədgahı. "Vahid" Ədəbi məclisi [almanax]. Bakı, "Təfəkkür", 2000. 284 səh.
  4. Füzuliyə təxmislər. Bakı, "Şirvannəşr", 2004. 200 səh.
  5. Qəzəllər. Bakı, "Şirvannəşr", 2005. 432 səh.
  6. Bayatılar, Atmacalar, Qoşmalar. Bakı, "Adiloğlu", 2008. 544 s

Filmoqrafiya redaktə

İstinadlar redaktə

  1. Həkim Qəni — Muğam Ensiklopediyası Arxivləşdirilib 2013-02-18 at the Wayback Machine Yoxlanılıb: 01.08.2014
  2. "ƏZİZBƏYOV MƏHKƏMƏSİNDƏ ŞƏRİƏT QƏRARI" (az.). musavat.com. 18 Mart 2009 07:41. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-01.
  3. Elçin Qaliboğlu. "Əliağa Vahid poeziyası" (az.). anl.az. 2009. - 29 oktyabr. 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-01.
  4. 1 2 "Şair-qəzəlxan Həkim Qəni vəfat edib" (az.). meyxana.net. 11.06.2008, 23:48. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-01.

Xarici keçidlər redaktə

  1. Həkim Qənianl.az

Ədəbiyyat redaktə

  1. Elçin Qaliboğlu, Əliağa Vahid poeziyası (Şair-qəzəlxanın vəfatından 44 il ötür), Xalq Cəbhəsi. — 2009.- 29 oktyabr.- Səh.14.

Saytda 186 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024