Həsən İsmayılov Haqqında Məlumat - Axtarış

Həsən İsmayılov Haqqında Məlumat - Axtarış


Həsən_İsmayılov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Həsən İsmayılov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Həsən İsmayılov sözünə uyğun gələn mahnı axtar və yüklə


Həsən İsmayılov sözünə uyğun gələn lazımlı linklərə bax


Həsən İsmayılov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Həsən İsmayılov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaHəsən İsmayılov sözünə uyğun gələn məqaləni oxu


Həsən İsmayılov sözünə uyğun gələn xəbər axtar və oxu


Həsən İsmayılov sözünə uyğun gələn kinoya bax və yüklə


Həsən İsmayılov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Həsən İsmayılov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Həsən İsmayılov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Həsən İsmayılov

Həsən İsmayılov (tam adı:Həsən Tağı oğlu İsmayılov; (d.1 aprel 1915, Çomaxtur, Şərur rayonu, Rusiya imperiyası - ö.2 mart 1940, Finlandiya) — pedaqoq, hidro meliorator mühəndis.

Həsən İsmayılov
Həsən Tağı oğlu İsmayılov
Doğum tarixi
Doğum yeri Çomaxtur, Şərur rayonu, Naxçıvan MR, Rusiya imperiyası
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Həlak olub
Dəfn yeri Naməlum
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Həyat yoldaşı
Uşağı
Atası Tağı İsmayılov
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti mühəndis
Fəaliyyət illəri 1939-cu ildən

Həyatı

redaktə

Həsən Tağı oğlu İsmayılov 1 aprel 1915-ci ildə (bəzi sənədlərdə təvəllüd tarixi 1913 göstərilir) Şərur qəzasının Çomaxtur kəndində görkəmli şəxsiyyət erməni daşnaqlarına qarşı mübariz, partizan dəsdəsinin cəsur komandiri Tağı Məşədi Mahmud oğlu İsmayılovun ailəsində anadan olmuşdur.[2]

1931-ci ildə Yengicə kənd orta məktəbini yüksək qiymətlərlə bitirən Həsən İsmayılov, 1934–1939-cu illərdə Ağamalıoğlu adına Bakı Kənd Təsərrüfatı Texnikumunda meliorator-hidrotexnik ixtisası üzrə təhsil almışdır.

O, geniş erudisiyası və istedadı sayəsində musiqi alətlərində, xüsusilə də tarda mahir ifa etməyi öyrənmiş, musiqi təhsili də almışdır[3].

Təhsilini uğurla başa vuran Həsən İsmayılov Naxçıvan Su Təsərrüfatında çalışmış, eyni zamanda Ordubad Pedaqoji Məktəbini bitirmişdir.

Daha sonra o, Şərurun Aralıq, Şəhriyar və bir neçə digər kəndlərində müəllim işləmiş, insanların maariflənməsi üçün var gücü ilə çalışmışdır.

Həmin dövrdə savadlı kadrlara olan ehtiyacın ödənilməsi mümkün deyildi. Odur ki, Həsən İsmayılov kimi ziyalılar eyni zamanda bir neçə yerdə işləməyə məcbur olurdular. Bu səbəbdən də o, bir müddət məhkəmə orqanlarında da çalışmış, qüsursuz xidmət göstərmişdir.

Həsən İsmayılov Naxçıvan Firqə Şura Məktəbini bitirmişdi. O, həmçinin, xüsusi nişançılar hazırlayan atıcılıq kursunda fəal iştirakına və kursu uğurla başa vurduğuna görə, birinci dərəcəli "Voroşilov" nişanı ilə təltif olunmuşdur.

Ömrün sonu

redaktə

Həsən İsmayılov 25 mart 1939-cu il tarixində taleyin amansız gərdişi onu doğma el-obasından ayırır o, SSRİ ilə Finlandiya arasındakı müharibəyə cəlb olunur.

Həsən İsmayılov qısa olsa da, zəngin həyat yolu keçib, uzun insan ömrünə sığmayacaq qədər işlər körməyə nail olub. Onun həyatının mülki həyatda keçən hissəsinə dair xatirələr, dildən-dilə keçən məlumatlar kifayət qədərdir. Hərbi xidmət və müharibə dövrünə aid həyat yolunu isə yalnız arxiv sənədlərinə müraciət etməklə öyrənmək mümkündür. Keçmiş SSRİ-nin arxivlərindəki məlumatlara əsasən, Həsən İsmayılov SSRİ-Finlandiya müharibəsində xüsusi qəhrəmanlıq və şücaət göstərmiş, şəxsi fədakarlığı ilə digərlərindən fərqlənmişdir.[4]

Lakin amansız əcəl Həsən İsmayılovun ömür yolunun yarımçıq qalmasına səbəb olmuş, özü, doğmaları, xalqı və canından artıq sevdiyi Azərbaycanın inkişafı üçün sonsuz arzularla döyünən ürəyi əbədi olaraq susmuşdur.

2 mart 1940-cı il tarixində gənc döyüşçü Həsən İsmayılov qəhrəmancasına həlak olmuşdur.[5]

İstinadlar

redaktə
  1. 1 2 https://az.wikipedia.org/w/index.php?title=Sofiya_H%C3%BCseynova&direction=next&oldid=148060.
  2. interpress.az Şərəfli ömür yolu [ölü keçid]
  3. "olaylar.az Şərəfli ömür yolu". 2015-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  4. "Книгa памяти". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  5. "Исмаилов Гасан Таги-оглы". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024