Hətəm Əhmədov Haqqında Məlumat - Axtarış

Hətəm Əhmədov Haqqında Məlumat - Axtarış


Hətəm_Əhmədov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Hətəm Əhmədov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Hətəm Əhmədov sözünə uyğun gələn mahnı axtar və yüklə


Hətəm Əhmədov sözünə uyğun gələn lazımlı linklərə bax


Hətəm Əhmədov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Hətəm Əhmədov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaHətəm Əhmədov sözünə uyğun gələn məqaləni oxu


Hətəm Əhmədov sözünə uyğun gələn xəbər axtar və oxu


Hətəm Əhmədov sözünə uyğun gələn kinoya bax və yüklə


Hətəm Əhmədov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Hətəm Əhmədov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Hətəm Əhmədov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Hətəm Əhmədov

Hətəm Abdulla oğlu Əhmədov (1903, İlisu, Zaqatala dairəsi31 oktyabr 1970) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq ticarət komissarı (1941–1946) və ticarət naziri (1946–1953).

Hətəm Əhmədov
bayraq
Azərbaycan SSR ticarət naziri
bayraq2
28 mart 1946 – 18 aprel 1953
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıSalam Aydınbəyov
bayraq
Azərbaycan SSR xalq ticarət komissarı
bayraq2
1941 – 28 mart 1946
ƏvvəlkiƏzizağa Əzizbəyov
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 1903
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 1970(1970-10-31)
Partiya
Təhsili
Fəaliyyəti dövlət xadimi

Təltifləri "Lenin" ordeni

Həyatı redaktə

Hətəm Abdulla oğlu Əhmədov 1903-cü ildə Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. Dəmirçi şagirdi işləyərkən, 17 yaşında komsomol üzvü olmuş və Azərbaycan komsomolunun yaradılmasında fəal iştirak etmişdir. 1921-ci ildə Zaqatala komsomol təşkilatının vasitəçiliyi ilə Bakıya, Mərkəzi Sovet Partiya Məktəbində təhsil almağa göndərilmişdir. Həmin məktəbi bitirdikdən sonra Moskvadakı Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə daxil olmuş, 1924-cü ildə bolşeviklər partiyasına üzv olmuşdur.[1]

Hətəm Əhmədov universiteti bitirdikdən sonra Bakı partiya təşkilatlarında işləməyə başlamışdır. 1929-cu ildə xalq maarifi sahəsində çalışmağa göndərilmiş, lakin 1930-cu ildə yenidən partiya işinə qaytarılaraq 1931-ci ilədək Azərbaycan K(b)P-nin ŞuşaAğdam rayon komitələrində işləmişdir. 1931-ci ildə o, ÜİK(b)P Zaqafqaziya Diyar Komitəsinin qərarı ilə Gürcüstana göndərilmiş 1935-ci ilədək SuxumAxalsıxda partiya və sovet orqanlarında çalışmışdır. 1935-ci ildə yenidən Azərbaycana qayıtdıqdan sonra Azərbaycan K(b)P Qax, QusarZaqatala rayon komitələrinin birinci katibi olmuşdur.[1]

Hətəm Əhmədov 1940-cı ildən ticarət təşkilatlarında işləməyə başlamış, Azərbaycan SSR xalq ticarət komissarının müavini olmuşdur.[1] 1941-ci ildə Azərbaycan SSR xalq ticarət komissarı (1946-cı ildən Azərbaycan SSR ticarət naziri) vəzifəsinə təyin edilmiş və 1953-cü ilədək bu vəzifədə çalışmışdır.[2] Sonralar fərdi pensiyaçı kimi təqaüdə çıxmasına baxmayaraq Ümumittifaq Ticarət Palatasının Azərbaycan şöbəsində rəyasət heyəti sədrinin müavini olmuşdur.[1]

Hətəm Əhmədov Azərbaycan SSR və Zaqafqaziya SFSR mərkəzi icraiyyə komitələrinin, eləcə də Azərbaycan K(b)P Mərkəzi Komitəsi plenumunun üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Lenin" ordeni ilə təltif edilmişdir.[1]

Hətəm Əhmədov 1970-ci il oktyabrın 31-də vəfat etmişdir.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 Һ. А. Әһмәдов // Коммунист. № 255 (14556). 1 нојабр 1970-ҹи ил. С. 4.
  2. Hətəm Abdulla oğlu Əhmədov // İlisu (ensiklopedik məlumat kitabı). Bakı: Vətən. 2012. səh. 161.

Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024