Hikmət Quliyev Haqqında Məlumat - Axtarış

Hikmət Quliyev Haqqında Məlumat - Axtarış


Hikmət_Quliyev üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Hikmət Quliyev sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Hikmət Quliyev sözünə uyğun gələn mahnı axtar və yüklə


Hikmət Quliyev sözünə uyğun gələn lazımlı linklərə bax


Hikmət Quliyev sözünə uyğun gələn şəkillərə bax və yüklə


Hikmət Quliyev sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaHikmət Quliyev sözünə uyğun gələn məqaləni oxu


Hikmət Quliyev sözünə uyğun gələn xəbər axtar və oxu


Hikmət Quliyev sözünə uyğun gələn kinoya bax və yüklə


Hikmət Quliyev sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Hikmət Quliyev sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Hikmət Quliyev tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Hikmət Quliyev (d. 10 aprel 1985, Azərbaycan SSR, Zəngilan rayonu) — Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, AMEA-nın Folklor İnstitutunun direktoru.[1]

Hikmət Valeh oğlu Quliyev
Quliyev Hikmət Valeh oğlu
Doğum tarixi (40 yaş)
Doğum yeri Azərbaycan SSR, Zəngilan rayonu
Vətəndaşlığı Azərbaycan Respublikası
Elm sahələri filologiya,folklor
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı dosent
Alma-mater Bakı Dövlət Universiteti

Həyatı və təhsili

redaktə

Hikmət Valeh oğlu Quliyev 10 aprel 1985-ci ildə Zəngilan rayonunda anadan olmuşdur. 2002–2006-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2006–2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2015-ci ildə AMEA Folklor İnstitutunda "Azərbaycan folklorunda Müdrik qoca arxetipi" mövzusunda dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2018-ci ildə folklorşünaslıq üzrə dosent elmi adına layiq görülmüşdür. 2024-cü ildə "İnternet folkloru: nəzəri–metodoloji kontekst və folklorik məna yaradıcılığı" mövzusunda filologiya elmləri doktoru dissertasiyasını uğurla müdafiə etmişdir.[2]

Əmək fəaliyyəti

redaktə

Əmək fəaliyyətinə 2005-ci ildə AMEA Folklor İnstitutunda böyük laborant vəzifəsi ilə başlamış, müvafiq olaraq, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010–2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi vəzifəsində işləmişdir; 2013–2025-ci illərdə AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışmışdır [3]

2023-cü ildən Xəzər Universitetində Azərbaycan humanitar təhsil sistemi üçün yeni bir fənn sahəsi olan "İnternet folkloru"nu magistratura pilləsində tədris edir. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ulakbim Dergipark Elmi platformasında bir sıra xarici jurnalların Redaksiya heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisidir; 2016–2019-cu illərdə Azərbaycan Dövlət Televiziyası (AzTv) ilə AMEA-nın birgə layihəsi olan və 60 buraxılışı efirdə yayımlanan "Elm və innovasiya" elmi–publisistik proqramının redaktoru olmuşdur.

Əsərləri

redaktə

Çap olunmuş kitabları:

  1. Müdrik qoca arxetipinin semantik strukturu və paradiqmaları. Bakı: Elm və təhsil, 2016.
  2. Folklorun funksional strukturu: multidissiplinar kontekst (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2016.
  3. Virtual mühitdə folklor: ənənə və kommunikasiya. Bakı: Sabah, 2018.
  4. Azərbaycan nağılları: obrazlar və funksiyalar (Səfa Qarayevlə birgə). Bakı: Savad, 2021.
  5. Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023.
  6. Zengezur: Mekandan Anlama Folklorun Semantiği. (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023.

Elmi məqalələri[4]

  1. * Quliyev H. Azərbaycan folklorunda Müdrik Qoca arxetipinin semantik strukturu və paradiqmaları. Bakı: "Elm və təhsil", 2016, – 216 səh.
  2. * Quliyev H. Folklorun funksional strukturu: multidissiplinar kontekst. Bakı: "Elm və təhsil", 2016, – 496 səh. (həmmüəllif)
  3. * Quliyev H. Virtual mühitdə folklor: ənənə və kommunikasiya. Bakı: "Sabah", 2018, –256 səh. (Sərxan Xavəri və Səfa Qarayevlə birgə)4
  4. * Quliyev H. Azərbaycan nağılları: obrazlar və funksiyaları. Bakı: "Savad", 2021, 456 səh. (Səfa Qarayevlə birgə)
  5. * Quliyev H. Virtual kommunikasiya mühitində folklor prosesləri və Albert Eynşteyn obrazı. "Dədə Qorqud". Elmi-ədəbi toplu, AMEA Folklor İnstitutu, Bakı, 2017, № 60/1, s. 99–116
  6. * Guliyev H. Azerbaycan atasözlerinin internet ortamında değişim süreci: parodikyorumlama. "5-ci Uluslararası Geleneksel ve Yöresel Değerler Sempozyumu/Kültürsanat etkinlikleri" bildirileri. 26–28 ekim 2018-ci il, Türkiye: Afyonkarahisar/Sandıklı
  7. * Guliyev H. Psychoanalytic approach to the character of Mullah Nasreddin. Journal ofethnography and folklore. REF/JEF (Bucharest), Rumıniya, 2020, p. 130–143, (Web of Science)
  8. * Quliyev H. İnformasiya təhlükəsizliyi və folklor: rəqəmsal mərhələdə gizli sosal qrupların müəyyənləşdirilməsində folklorun rolu. "Dədə Qorqud". Elmi-ədəbi toplu, AMEA Folklor İnstitutu, Bakı, s. 47–59
  9. * Quliyev H. Müasir Təlim Texnologiyalarının Tətbiqində Folklordan İstifadənin Nəzəri Aspektləri. Dədə Qorqud". Elmi-ədəbi toplu,. Bakı, "Elm və təhsil" nəşriyyatı, 2021№ 2 (73), s. 39–47 (Sərxan Xavəri, Səfa Qarayevlə birgə)
  10. * Guliyev H. İnternet folkloru bağlamında parodik kahraman algısı: sosyal protesto ve"yetişkinliğe kültürel geçiş". Milli Folklor, 136, s. 109–125 (Web of Science)
  11. * Guliyev H. Geleneksel kültürel bellekte ve sanal sosyal ortamda seyyid imgesininfolklorik anlamı 5. Uluslararası Dede Korkut Türk Kültürü, Tarihi ve Edebiyyatı kongresi, 2–4 Eylül, 2022. Kongre kitabı, 2 cilddə, I cild, Farabi Yayınevi, s. 567
  12. * Quliyev H. Texnoloji proseslərin təsiri ilə dildə transformasiyalar: sosiopsixoloji faktorlar, folklorik effektlər və linqvisik təzahürlər. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana dili gününə həsr olunmuş "Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri" adlı respublika elmi-praktiki
  13. konfransı, 21–22 fevral 2023-cü il, Bakı.2023, s. 69–76.
  14. * Guliyev H. Azerbaycan dilli sanal sosyal ortamda koronavirüs pandemisinin folklorik tezahürleri. Международная научно-теоретическая конференция "Научное наследие Е. Д. Турсунова в контексте методологических проблем современной гуманитарной науки". 22–23 апреля 2023 года, Алматы, Казахстан s. 118–125

Xarici keçidlər

redaktə

1. Keçmişdən gələcəyə: folklorun nəzəri problemləri (Hikmət Quliyev və Səfa Qarayev) [5]

2. Hikmət Quliyev: 27 ildən sonra doğma Zəngilanı görmək bizə böyük sevinc və qürur hissi bəxş etdi//AzərTAc,23.10.2021 [11:30] [6]


İstinadlar

redaktə

Saytda 405 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025