Hollivud bulvarı Haqqında Məlumat - Axtarış

Hollivud bulvarı Haqqında Məlumat - Axtarış


Hollivud_bulvarı üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Hollivud bulvarı sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Hollivud bulvarı sözünə uyğun gələn mahnı axtar və yüklə


Hollivud bulvarı sözünə uyğun gələn lazımlı linklərə bax


Hollivud bulvarı sözünə uyğun gələn şəkillərə bax və yüklə


Hollivud bulvarı sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaHollivud bulvarı sözünə uyğun gələn məqaləni oxu


Hollivud bulvarı sözünə uyğun gələn xəbər axtar və oxu


Hollivud bulvarı sözünə uyğun gələn kinoya bax və yüklə


Hollivud bulvarı sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Hollivud bulvarı sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Hollivud bulvarı tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Hollivud bulvarı

Hollivud BulvarıKaliforniyanın Los Anceles şəhərinin şərqindən qərbinə qədər uzanan bulvardır. Bulvarının başlanğıcı Hollivud Təpələrinin qərbindən başlayır. Lorel Kanyon Bulvarını keçdikdən sonra Hollivud, Kiçik ErmənistanTayland qəsəbəsinin Vermont prospektinə gedən böyük bir magistral yol olaraq şərqə doğru davam edir. Daha sonra Los Feliz məhəlləsindən Sanset Bulvarının şərq terminalına qədər cənub-şərqə doğru uzanır. Bulvarın bəzi yerləri məşhur turistik yerlərdir. Bunlardan bəziləri La Brea prospektinin şərqində yerləşən Hollivud Şöhrət YoluGover küçəsidir.

Dolbi Teatrından göründüyü kimi yenilənmiş Hollivud Bulvarı
Hollivud Bulvarı
Hollywood Boulevard
Hollivud bulvarını göstərən yol işarəsi
Hollivud bulvarını göstərən yol işarəsi
Ümumi məlumatlar
Ölkə
Şəhər Los-Anceles
metro
Əvvəlki adı Prospekt Bulvar (1887–1910)
Şərəfinə adlandırılıb Hollivud
Nəzarət Los Anceles Şəhər İctimai İşlər İdarəsi
Ən qərbi Hollivud Təpələrinin qərb hissəsində yerləşən Sunset Plaza yolu
Ən şərqi Los Felizdə Sanset Bulvarı/Hillhurst prospekti/Virgil prospekti
Əsas qovşaqlar Highland prospekti
Vayn prospekti
101 Hollivud
Normandiya prospekti
Qərb prospekti
Los Feliz
Vermont prospekti
Marşrut 101
Məşhur yerlər Hollivud və Vayn
Hollivud Şöhrət Yolu
Əsası qoyulub 1939
NRHP istinad nömrəsi 85000704
NRHP-a əlavə edildi 4 Aprel 1985

Tarix redaktə

H.J. Whitley tərəfindən əsası qoyulan Hollivud qəsəbəsinin, Los Ancelesə birləşdirildiyi 1910-cu ilə qədər Hollivud Bulvarı, Prospekt Bulvar olaraq adlanırdı. Birləşdirildikdən sonra küçə nömrələri Vermont Bulvarında yerləşən 100 Prospekt Bulvarı, 4600 Hollivud Bulvarı olaraq dəyişdirildi.

1920 redaktə

1920-ci illərin əvvəllərində dünya tarixində daşınmaz əmlakın ən böyük inkişaf etdiricisi hesab edilən Çarlz Toberman (Hollivudun Atası) Hollivudu inkişaf etmiş bir teatr bölgəsi olaraq təsəvvür etdi [1]. Toberman, Max Factor Binasını, Hollivud Ruzvelt hotelini və Hollivud Mason Məbədini tikərkən 36 layihədə iştirak etmişdir. Sid Qrauman ilə birlikdə üç temalı teatr açdı: Misir Teatrı, El Kapitan Teatrı (1926) və Çin Teatrı.[2]

Regional ticarət bölgəsi redaktə

1920-ci illərdə Bulvar və ona bitişik küçələrdə marketlər, məişət texnikaları, geyim və aksessuarlar üzrə fəaliyyət göstərən mağazaların sayında gedərək yüksəliş baş verdi və beləliklə bu bölgə həm də yaxınlıqdakı kinostudiyalar sayəsində böyük bir regional ticarət bölgəsinə çevrildi. Ard-arda açılan mağaza şəbəkələri arasına 1921-ci ildə Schwab, 1922-ci ildə Mullen & Bluett, 1923-cü ildə I. Magnin, 1925-ci ildə Myer Siegel, 1926/28-ci illərdə FW Grand və Newberry's (dime mağazaları) və 1929-cu ildə Roos Brothers daxil oldu. Müstəqil Robertson's mağazası, 46.000 kvadrat fut (4.300 m2) və 4 mərtəbə hündürlükdə 1923-cü ildə açıldı. 1922-ci ildə Hollivud və Vaynda dəbdəbəli Boadway Bros mebel mağazalar şəbəkəsi, bu bölgədə daha böyük bir mağazanın açılmasını malliyyələşdirmək üçün səhmlərini satdı.[3] Növbəti il ticarət mərkəzi olan B. H. Dyas, Los Anceles şəhər mərkəzində 130.000 kvadrat metrlik (12.000 m2) binada açıldı.[4] Eyni binanı daha sonra 1931-ci ildə The Broadwaya satdı. Bina Hollivud üçün tarixi bir yerdir və Broadway Hollywood Binası olaraq tanınır. 1930-cu ilədək bu regionda ticarət bölgəsi 300-dən çox böyük mağazadan ibarət idi.[5] Bu region ən şərqdə, Beverli Hillz ticarət bölgəsində 1929-cu ildə açılan Balloks Uilşir mağazası, ikinci Miracle Mile və son olaraq Saks Beşinci Prospekti Uilşir Bulvarı boyunca olan ərazilərin rəqabəti ilə üzləşdi.

1940-1960-cı illər redaktə

İncəsənət xadimi Cin Atri, 1946-cı ilin Şükran günündə Hollivud Bulvarından keçən Hollivud Milad Paradında at sürərkən parad izləyicilərinin "Budur gəlir Şaxta baba, budur Şaxta baba!" deyə həyacanlı səslə çığırdığını eşitdi. Bu hadisədən ilhamlanan Cin Atri daha sonra bəstəkar Oakley Haldeman ilə birlikdə məşhur Here Comes Santa Claus (Budur gəlir Şaxta Baba) adlı milad musiqisini yazdı [6].

Bundan əlavə 1958-ci ildə, La Brea prospektinin şərqindən Gover küçəsinə (ayrıca Vayn prospektinin əlavə 3 məhəlləsinə) qədər uzanan Hollivud Şöhrət Bulvarı, əyləncə sənayesində işləyən incəsənət nümayəndələrinə hörmət əlaməti olaraq yaradıldı.

Tənəzzül redaktə

Bulvar 1970-ci illərdə inkişafdan bir qədər geri qaldı və fotoqraf Ave Pildasın fotoşəkillərindən gördüyünüz kimi, bura bir çox qəribə simaların tənəzzülünə uğradı [7].

İnkişafı redaktə

Hollivudda 1985-ci ildə Hollivud Bulvarının bir hissəsi “Hollivud Bulvarı Ticarət və Əyləncə Bölgəsi”nin bir hissəsi olaraq Tarixi Yerlərin Milli Reyestrinə salındı. 1992-ci ildə, Vayn küçəsi ilə La Brea prospekti arasındakı yol, simli asfaltla döşəndi [8].

El Kapitan Teatrı 1991-ci ildə restavrasiya edildi lakin 1994 Nortrid zəlzələsində teatra zərər dəydi. Teatr daha sonra 1997-ci ilin dekabrında tamamilə yenidən bərpa edildi. Hollivud Əyləncə Bölgəsi, bulvardakı La Brea prospektindən McCaddenə qədər olan əmlaklardan dolayı inkişaf edən bir bölgədə yaradıldı [2].

Aqlomerasiya Nəqliyyat İdarəsinin B xəttinin metrosunun Hollivud qolu, 1999-cu ildə Los Anceles şəhər mərkəzindən San Fernando vadisinə qədər uzanan metro xətti olaraq açıldı. Hollivud Bulvarındakı dayanacaqlar Vestern prospekti, Vayn küçəsi və Highland prospektində yerləşir. Avtobus nəqliyyat şirkəti Metro Lokal 180, 181 və 217 nömrəli xəttlərlə, Metro Rapid isə 780 nömrəli xəttlə Hollivud Bulvarı ərazisində xidmət edir. Hollivud Bulvarında Şimali Krenşo Rells Layihəsi çərçivəsində stansiya inşa edilməsi planlanır. Stansiya inşa edildikdən sonra Dağlıq Prs. Bulvarı, Qərbi Hollivud, Mərkəz LA, və LAX şəhərlərini bir-birinə bağlayacaq.

Qanunların gətirdiyi Gəzinti Əleyhinə Sərəncama əsasən bulvarın bəzi hissələrində gəzinti məqsədi ilə dörd saatdan çox avtomobil sürüşü qadağandır.[9]

1995-ci ildən başlayaraq Los Anceles Şəhər Şurasının üzvü Jackie Goldberg, Hollywood Bulvarını təmizləmək və onilliklər boyu düşən nüfuzunu tərsinə çevirmək üçün səy göstərdi [10]. Bu səylərin mərkəzində 2001-ci ildə Hollivud Dağüstü Mərkəzin və bitişik Dolbi Teatrının (əvvəllər Kodak Teatrı kimi tanınan) inşası dururdu.

2006-cı ilin əvvəllərində, gələcəkdəki turistlər üçün Hollivud Bulvarında yeniləmə planları quruldu. Üç hissədən ibarət plan, qırmızı ulduzlarla orijinal küçə lampalarını iki tərəfli köhnə lampalarla dəyişdirmək, yeni palma ağacları əkmək və yeni stop lampaları qoymaq idi. Təmir işləri 2006-cı ilin sonunda başa çatdı.

2007-ci ilə qədər bir neçə il ərzində yaxınlıqdakı köhnə ticarət və mənzil komplekslərinə, yeni məktəblər və muzeylər daxil olmaqla digər bütün layihələrə 2 milyard dollardan çox pul xərcləndi.[10]

Hollivud Bulvarında keçirilən həftəlik film premyeraları [11] və Dolbidə Akademiya Mükafatı mərasimlərində piyada zonasında piyadaların sayında kəskin artım olduğundan dolayı vəkillər, Hollivud Bulvarında avtomobillərin hərəkətinə qadağa qoyulmasına və La Brea prospektindən Dağlıq prospektinə qədər bir piyada zonası yaratma ideyasını irəli sürür [12]. Birləşmiş Ştatlarda digər şəhərlərdə bənzər formada, Üçüncü Küçə Gəzinti Bölgəsi, Las Veqasdakı Fremont küçəsi, San-Fransiskodakı Bazar küçəsi veya 2015-ci ildə qurulan Tayms-skver Pedestrian Plazadakı bağlanış kimi [13].

2019-cu ilin iyun ayında yenidən qurma üçün Los Anceles Şəhərinin Qensler memarlarına, Şöhrət Xiyabanı üçün "küçə mənzərəsi konsepsiyasını yaxşılaşdırmaq və yeniləmək" üçün 4 milyon dollar dəyərində plan hazırlanılmasını tapşırıldı [14][15][16]. Los Anceles Şəhər Məclisinin Məsləhətçisi Mitch O'Farrell, 2020-ci ilin Yanvar ayında Qensler və Studio-MLA tərəfindən hazırlanan master planının layihəsini yayımladı. Səkilərin genişləndirilməsini, velosiped zolaqlarının əlavə edilməsini, yeni abadlıq işlərinin aparılmasını, səkidə yemək yeməyin, avtomobil gediş-gəliş zolaqlarının çıxarılmasını və şərqdəki Pantages Teatrı (Argyle prospekti) ilə Emerson Teatrının (La Brea prospekti) qərb tərəfindəki küçə dayanacaqlarını yenilənməsini təklif etdi [17].

Qalereya redaktə

Tədbirlər redaktə

Bulvarın məşhur tədbirləridən biri Milad ərəfəsində küçənin başdan sonra Milad temasına çevrilməsidir. Böyük və kiçik bütün mağaza sahibləri, öz mağazaları ilə yanaşı bütün küçəni Milad ağacları ilə bəzəyərək və Milad işıqları ilə işıqlandıraraq insanları öz mağazalarına cəlb edirlər. Belə olduqda da küçə mahiyyətcə "Şaxta baba zolağı"na çevrilmiş olur [18].

Görməli yerləri redaktə

 
Qraumanın Çin Teatrı

Daha çox araşdırın redaktə

İstinadlar redaktə

  1. Lord, Rosemary. Los Angeles: Then and Now. San Diego, CA: Thunder Bay Press. 2002. 90–91. ISBN 1-57145-794-1.
  2. 1 2 Vaughn, Susan. "El Capitan Courageous". Los Angeles Times. March 3, 1998. December 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2015.
  3. "Advertisement for Boadway Bros., Inc". Holly Leaves (magazine). July 1, 1922. səh. 37. May 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2020.
  4. Williams, Gregory Paul. The Story of Hollywood. səh. 233. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-17.
  5. Longstreth, Richard. City Center to Regional Mall. MIT Press. 1997. 84–86. ISBN 0262122006. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-17.
  6. "Home – The Hollywood Christmas Parade." The Hollywood Christmas Parade. N.p., n.d. Web. 23 May 2014.
  7. MacLaren, Becca. "The Seedy, Funky, and Fabulous Hollywood Boulevard of the 1970s". The Getty Iris. The Getty. 17 July 2015. 5 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2020.
  8. Krikorian, Greg. "Hollywood Blvd. to Be Paved With Glitz". Los Angeles Times. September 5, 1992. İstifadə tarixi: December 12, 2018.
  9. Martin H and McCormack S (September 24, 1999): Idled by the Law : As Cities Crack Down on Cruising, Car Culture Aficionados Find Other Outlets. Los Angeles Times archive Arxivləşdirilib 2017-07-02 at the Wayback Machine. Retrieved March 26, 2013.
  10. 1 2 Steinhauer, Jennifer. "Development at Hollywood Boulevard and Vine Street spurs Tinseltown renaissance". International Herald Tribune. January 26, 2007. June 12, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 14, 2012.
  11. "Alerts Archive". Only In Hollywood (ingilis). 2020-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
  12. Walker, Alissa. "Make the Oscars street closures permanent". Curbed LA. 2 March 2018. 8 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2021.
  13. Crotty, Emilia. "Opinion: Here's a New Year's resolution worth keeping: Close Hollywood Boulevard to cars in 2016". Los Angeles Times (ingilis). 2015-12-30. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
  14. "Hollywood Walk of Fame's $4-Million Master Plan Moves Forward". Urbanize LA (ingilis). 2019-06-14. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
  15. "Hollywood Walk of Fame Update Coming, City Selects Firm to Design Improvements". NBC Los Angeles (ingilis). 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
  16. Nelson, Laura J.; Vega, Priscella. "L.A. considers bold makeover for Hollywood Boulevard: Fewer cars, bike lanes, wider sidewalks". Los Angeles Times (ingilis). 2020-01-30. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
  17. Barragan, Bianca. "'Exciting' Hollywood Boulevard makeover unveiled. But don't call it radical". Curbed LA (ingilis). 2020-01-31. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-05.
  18. Masters, Nathan. "When Hollywood Boulevard Became Santa Claus Lane" Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine | LA as Subject | SoCal Focus | KCET." KCET. N.p., n.d. Web. 23 May 2014.

Xarici keçidlər redaktə

  • Hollywood Chamber of Commerce

Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024