Kamran Hüseynov Haqqında Məlumat - Axtarış

Kamran Hüseynov Haqqında Məlumat - Axtarış


Kamran_Hüseynov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Kamran Hüseynov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Kamran Hüseynov sözünə uyğun gələn mahnı axtar və yüklə


Kamran Hüseynov sözünə uyğun gələn lazımlı linklərə bax


Kamran Hüseynov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Kamran Hüseynov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaKamran Hüseynov sözünə uyğun gələn məqaləni oxu


Kamran Hüseynov sözünə uyğun gələn xəbər axtar və oxu


Kamran Hüseynov sözünə uyğun gələn kinoya bax və yüklə


Kamran Hüseynov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Kamran Hüseynov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Kamran Hüseynov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı.

Kamran Hüseynov
Azərbaycan Ticarət və Sənaye Palatasının sədri
1980 – 1993
SonrakıSüleyman Tatlıyev
28 fevral 1968 – 24 mart 1980
SədrƏnvər Əlixanov
Əli İbrahimov
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri
9 may 1958 – 9 iyun 1961
ƏvvəlkiŞəfiqə Bədəlova
SonrakıQüdrət Dadaşov
1953 – 1958
1952 – 1953
1945 – 1947
Şəxsi məlumatlar
Doğum tarixi 15 dekabr 1913(1913-12-15)
Doğum yeri
Vəfat tarixi 19 aprel 2006(2006-04-19) (92 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şöhrət" ordeni — 1998 "Dostluq" ordeni (Rusiya) — 2003
"Qırmızı əmək bayrağı" ordeni — 1958 "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni — 1946 "Əmək igidliyinə görə" medalı — 1940 "Əmək igidliyinə görə" medalı

Həyatı redaktə

Kamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir.[1]

Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.

Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.

O, 1967-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

O, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir.

Kamran Hüseynov Azərbaycan Respublikasının ali mükafatı — "Şöhrət" ordeni ilə təltif edilmişdir. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[2]

Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat etmişdir.

Ailəsi redaktə

Hicran Hüseynovanın atasıdır.

İstinadlar redaktə

  1. Mədəniyyət TV. "Tanınmış ictimai xadim Kamran Hüseynov tarixin bu günü xatırlanır" (az.). Youtube.com. 19.04.2024. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
  2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.

Saytda 146 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024