Kauçuk Haqqında Məlumat - Axtarış

Kauçuk Haqqında Məlumat - Axtarış


Kauçuk üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Kauçuk sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Kauçuk sözünə uyğun gələn mahnı axtar və yüklə


Kauçuk sözünə uyğun gələn lazımlı linklərə bax


Kauçuk sözünə uyğun gələn şəkillərə bax və yüklə


Kauçuk sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaKauçuk sözünə uyğun gələn məqaləni oxu


Kauçuk sözünə uyğun gələn xəbər axtar və oxu


Kauçuk sözünə uyğun gələn kinoya bax və yüklə


Kauçuk sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Kauçuk sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Kauçuk tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Kauçuk (təbii) - bitkilərdən alınan təbii polimerdir. Ondan vulkanizasiya yolu ilə rezin əldə edilir. Kauçuk yüksək molekulalı, otaq temperaturunda yüksək qayıdış deformasiya xassələrinə malik elastomerlər qrupuna aiddir. Kauçuk təbii yolla Braziliyada heveya adlanan ağaclardan alınan lateksdən hazırlanır. Bu maddənin adı Braziliyia əhalisinin lateksdən hazırladıqları "kauçu" (kau-ağac, uçu-axmaq deməkdir) sözü ilə bağlıdır. Kauçuk, plastik kütlə, sintetik liflər və s.dedikdə polimer maddələr nəzərdə tutulur. Müasir sənayenin yüksək texniki səviyyəsini kauçuksuz təsəvvür etmək çətindir. Rezin müxtəlif sahələr üzrə istifadə edilməsini səviyyələndirmək üçün yada salmaq kifayətdir ki, TU-104 markalı sərnişin təyyarəsində 126 min müxtəlif rezin hissə var. Bir tankın istehsalına 800 kq, bir yük avtomobilinə 240 kq, təyyarəyə 600kq, böyük gəmiyə isə 68 ton kauçuk sərf olunur. Bir sıra müsbət xassələrinə - elastikliyinə, elektriki keçirməməsinə, havanı müxtəlif qazları, habelə suyu özündən buraxmamasına, sürtünməməyə qarşı davamlılığına, kimyəvi cəhətdən aqressiv sayılan maddələrdə xarab olmamasına və s.görə kauçuk,sənayenin müxtəlif sahələri üçün olduqca qiymətli və əvəz edilməz materialdır.

Kauçukun təbii yolla əldə olunması

Ümumi xassəli sintetik kauçuklar redaktə

Bu tip kauçuklardan ən çox tətbiq olunanları izopren kauçuku (SKD,SKDA, SKB), natrium butadien kauçuku (SKB) və başqalarıdır.

İzopren kauçuku redaktə

İzopren kauçuku (SKİ) SH2= S -SH= SH2 quruluşuna, texnolojı və fiziki xassələrinə görə təbii kauçuka oxşayır. Bu kauçuk əsasında hazırlanmış rezin qarışığı Sintetik izopren kauçukları suya davamlılığına və yaxşı dielektrik keçiriliciyinə malik xassələri ilə fərqlənir. Onların bariz nümayəndələrindən biri SKİ- 3markalı kauçukdur. Bu konveyer lentləri, formalaşdırıcı məmulatlar, tibbdə işlədilən məmulatlar və s hazırlanır.

Butadien kauçukları redaktə

Butadien kauçukları (SKD, SKDA, SKB) əsasında alınan rezin aşağı temperatura, sürtünməyə, aşınmaya qarşı davamlı olur. SKD markalı butagien kauçukunun başqa kauçuklarla qarışığı əsasında alınan rezin yüksək dinamik davamlılığa malik çox gec qocalan materialdır. Belə rezin maşın şinləri , konveyer lentləri, izolyasiya materialları və kobellər hazırlamaq üçün tətbiq olunur. Natriumbutagen kauçuku.(SKB) Butadien -1,3 SH2=SH-SH=SH2son vaxtlar öz əməliyyatını nisbətən itirmişdir. Onun əsasında alınan rezinin möhkəmliyi yüksək olmur. SKB kauçuklarından məsaməli ebonit məlumatlar, dielektrik xassəli rezinlər müxtəlif məqsədlər üçün işlədilən rezin borular və s.hazırlanır. Hazırda SKB tədricən butadien –etirol (SKS) və butadien metilstirol (SKMS) kauçukları ilə əvəz edilir. Bu kauçuklar yaxşı fiziki- mexaniki xassələrə malikdir. SKS və SKMS əsasında alınan rezinlər sürtünməyə və aşınmaya qarçı yüksək müavimətə malik olduğundan konveyer lentləri hazırlanır.

Xüsusi xassəli sintetik kauçuklar redaktə

Bu tip kauçuklar butagen-nitril kauçukları (SKH), xlorpren kauçukları (nomrit), butilkauçik (BK) etil-propilel kauçuku (SKEPT), ureman kauçuku(SKU) siloksom kauçukları (SKT, SKTTB, SKTFT), flüor kauçuklar (SKF) , polisulfid kauçuklar (tiokollar) daha çox yayılmışlar. Butadien – nitril kauçukları (SRH) SH2=SH-SN yağlara və benzinə davamlı 26, SKH-26m, SKH-40, SKH,-40m və s. Butadien – nitril kauçukları xüsusi xassələrə malikdir. Onlar yüksək tenperaturun, yağların və benzinin təsirinə qarşı davamlı olur. Ona görə də müxtəlif növ rezin məmulatlar hazırlamaq üçün həmin kauçuklardan istifadə edilir. Bu kauçuklardan araqatlar, kingəclər, əlcəklər, benzin qabları və s.hazırlamaq üçün lazım olan rezin istehsal olunur. Butadien – nitril kauçuklarından həmçinin izolxdıcı və elektrikkeçirən rezinlər, ayaqqabı dabanları və altlıqlar, ebonitlər, sərin mühitə qarşı davamlı örtüklər və s.də hazırlanır.

Xlorpren kauçukları redaktə

Xlorpren kauçuklarının (nomritlər) SH2=S-SH=SH2 tətbiq sahələri də genişdir. Bu kauçukların alınması üçün əsas xammal asetilendir. Notritlər iki cür olur. Notrit-1(R,KR)- texnoloji xassələrinə görə çox davamlı deyil, möhkəmliyi də aşağıdır. Natrin -2(P-HP,PHK)- texnoloji cəhətdən davamlı yüksək möhkəmliyə malik kauçuklardır. Onlar yağa, benzinə, ozona qarşı davamlı olmaqla bərabər, yağlar yüksək temperatura davamlıdır. Natritlərdən oda davamlı konveyer lentləri, əlcəklər, qayışlar, oda davamlı yapışqanlar, kabellər və s.istehsal olunur.

Butilkauçuk redaktə

Butilkauçuk(BK) ən ucuz sintetik kauçukdur. Bu kauçuk əsasında alınan rezin kimyəvi cəhətdən çox davamlı olur, ondan hazırlanan məmulat atmosfer və istilik qoçalmasına qarşı davamlı olmaqla, həm də qələvi, turşu və ozonun təsirinə qarşı da çox davamlıdır. Butilkauçuk həm ümumi, həm də xüsusi xassəli kauçukdur. Ondan buxarkeçirən əlcəklər, konveyer lentlərı, texniki rezin hissələr və s.hazırlanır. Butilkauçukdan hazırlanan məmulatlar istiliyə, buxara, ozona və kimyəvi təsirlərə qarşı çox davamlı olur. Izolxdıcı rezinlər, tərkibində rezin olan müxtəlif parçalar sağıcı aparatlarının bəzi hissələri də butilkauçukdan hazırlanır.

Uretan kauçukları redaktə

Uretan kauçukları (SKU) yüksək elastikliyə malik aşınmaya qarşı böyük müqavimət göstərən materiallardır. Ureton kauçukları əsasında alınan rezinlər yağlarda və həlledicilərdə şişmir, ozonun, işığın, radiasiya şüalarının və silkələnmənin təsirinə qarşı çox davamlı olur. Bu rezinlərdən sürtünməyə qarşı çox davamlı olan məmulatlar, məsələn, kəsən dəzgahlar üçün hissələr daşıyan transportyor lentləri, boru başlıqları, çapetmədə işlənən vallar və s.hazırlanır. Siloksan kauçukları (SKH, SKTV, SKTFT). OH- SİR2-ON istiliyə , şaxtaya, havanın təsirinə, ultrobənövşəyi şüalanmaya, ozona, oksigenə qarşı davamlı kauçuklarıdır. Siloksan kauçukları əsasında alınan rezinlər aşağı və yuxarı temperaturda elastikliyini , dielektrik xassələrini saxlayır. Bu rezinlər 300°С temperaturda su ilə kontaktda olanda belə dialektrik xassəsini və elastikliyini itirmir. Siloksan kauçukları əsasında alınan rezinlərdən sıxlaşdırıcılar, qatı və pəncərələri hermetikləşdirmək üçün hissələr, təyyarələrin kabunələri, çox aşağı temperatura, ozonun və radiasiyanın təsirinə qarşı davamlı olan məmulatlar hazırlanır.

Flüorkauçuklar redaktə

Flüorkauçuklar(SKF) yüksək temperatura davamlı, mexaniki möhkəmliyə malik olan materiallardır. Onlar yağların, üzvi həlledicilərin və qüvvətli oksidləşdiricilərin təsirinə davamlı olurlar. Bu kauçuklar əsasında hazırlanan rezindən 200°С dən yüksək temperaturda davamlı olan sıxlaşdırıcılar, hermetikləşdirici hissələr və s.istehsal olunur. Flüorkauçuklar həmçinin aqressiv qazlarda və mayelərdə xarab olmayan əlcəklər, yüksək temperatura tab gətirən kabellər hazırlamaq üçün də əsas xammal hesab edilir.

Polisulfid kauçukları redaktə

Polisulfid kauçukları (tiokollar) iki aqreqot halda- maye (T-50) və bərk (DA) halda buraxılır. Maye tiokollar yağ və benzinin təsirinə qarşı davamlı pasta və sürtgü yağları hazırlamaq üçün tətbiq olunur. Bərk tiokollar üzvi həlledicilərin, ozonun, oksigenin təsirinə qarşı çox davamlı və qazkeçirməyən materiallardır. Onlardan yağlar və benzinin təsirinə qarşı dözümlü rezin məmulatlar hazırlanır.

Tərkibi redaktə

Kauçukun əsas hissəsi poliizopren (C5H8)n adlanan karbon birləşməsindən ibarətdir (91÷96%). Bundan əlavə onun tərkibində 2,2÷3,8% zülal və 1,5÷4,0% aminokislot, cüzi miqdarda dəmir və marqans maddələri vardır. Kauçukun sıxlığı 0,91÷0,92 q/см3, şüşələşmə temperaturu 70÷72°С arasında yerləşir, xüsusi istilik tutumu 1,880 kJ, istilikkeçirməsi isə 0,14 V/m. K-1 -dir. Kauçuk suya davamlıdır, benzol, toluol, ksilol, benzin, xloroform və s. mayelərdə yaxşı həll olur. 10°С-dən yuxarı temperaturda amorfenə çevrilir. Nisbətən aşağı temperaturda uzun müddət saxladıqda və otaq temperaturunda dartıldıqda kauçuk qismən kristallaşır. Kauçukun vulkanizasiya edilməsində istifadə olunan ən yararlı birləşdirici kükürddür, prosesin sürətləndiricisi kimi müxtəlif sulfidlərdən istifadə olunur. Kauçukun əsas tətbiq sahəsi təkər üzlüklərinin hazırlanmasıdır. Ondan həmçinin rezin məmulatlarının istehsalında (transportyor lentləri, ötürmə qayışları, rəqssöndürənlər, kipləşdiricilər), materialların elektrik cərəyanından izolə edilməsində, məişət mallarının istehsalında istifadə olunur.

Süni Kauçuk redaktə

Süni yolla alınan kauçuklar sintetik kauçuklar adlanır. Sintetik kauçukların alınması üsulları emulsiyon və sterespesifikasiya polimerləşməsidir. Polimerləşmə zamanı kautçukların molekulyar kütlələrini tənzim etmək olur ki, bu da onun emalı zamanı yüksək enerji tutumlu plastikləşmə mərhələsini ixtisara salır. Kauçukun alınması texnoloji prosesi kauçukun dispersiyadan və məhluldan ayrılmasını, onun katalizatorlar və emulqatlardan təmizlən-məsini, qurutma, briketləmə və qablaşdırmanı əhatə edir. Sintetik kauçukların istehsalında əsas monomer kimi neft qazlarından alınan butaden, izopen, stirol və s. maddələrlə brabər akrilonitril, ftorolefin və s. birləşmələrindən də istifadə edirlər. Sintetik kauçukların da ən böyük tətbiq sahəsi təkər üzlərinin istehsalıdır. Bu sahədə baş verən texniki tərəqqi maşınqayırmanın tələblərinə cavab verən yüksək istiliyə davamlı, ionlaşma şüalanmasına davamlı, yağbenzinə davamlı kauçuklar işlənib tətbiq olunur. Bunun üçün kauçuklar qeyri üzvi elemnetlərdən (bor, fosfor, azot, ftor) ibarət olan monomerlərdən hazırlanır.

Etimologiyası redaktə

Azərbaycancaya Fransızcadan gəlmiş bu sözün mənşəyi keçua dilindəki kauchuk sözüdür.[1] Kauçuk bəzi qərb dillərində “silgi” (rubber) və ya “Hindistan silgisi” olaraq adlandırılır. Bunun səbəbi 1744-cü ildə Avropaya Hindistandan gətirilməsi və ilk etapta sadəcə yazı silgisi olaraq istifadə edilməsidir.[2]

Kauçuk Keçua dilində, “ağlayan ağac” mənasını verir.

Mənbə redaktə

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
  • Г.В.Ливый Искусственные и синтетические материалы в обувном производстве, Киев, Техника, 1967
  • Энциклопедия, полимеров, 1, П,Ш ч. «Советская энциклопедия» Москва, 1972.
  • http://unec.edu.az
  1. Şablon:Oxford
  2. "rubber." Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine Online Etymology Dictionary

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024