Kosovo–Yaponiya münasibətləri Haqqında Məlumat - Axtarış

Kosovo–Yaponiya münasibətləri Haqqında Məlumat - Axtarış


Kosovo–Yaponiya_münasibətləri üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Kosovo–Yaponiya münasibətləri sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Kosovo–Yaponiya münasibətləri sözünə uyğun gələn mahnı axtar və yüklə


Kosovo–Yaponiya münasibətləri sözünə uyğun gələn lazımlı linklərə bax


Kosovo–Yaponiya münasibətləri sözünə uyğun gələn şəkillərə bax və yüklə


Kosovo–Yaponiya münasibətləri sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaKosovo–Yaponiya münasibətləri sözünə uyğun gələn məqaləni oxu


Kosovo–Yaponiya münasibətləri sözünə uyğun gələn xəbər axtar və oxu


Kosovo–Yaponiya münasibətləri sözünə uyğun gələn kinoya bax və yüklə


Kosovo–Yaponiya münasibətləri sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Kosovo–Yaponiya münasibətləri sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Kosovo–Yaponiya münasibətləri tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Kosovo–Yaponiya münasibətləri

Kosovo–Yaponiya münasibətləri (alb. Marrëdhëniet mes Japonisë dhe Kosovës; yap. 日本とコソボの関係) – Kosovo ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Kosovonun Tokioda səfirliyi, Yaponiyanın Priştinada səfirliyi yerləşir.

Kosovo–Yaponiya münasibətləri
Kosovo və Yaponiya
 Kosovo  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kosovonun Yaponiyadakı səfirliyi.

Tarixi redaktə

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının üzvü olan Yaponiya diplomatı Sadako Oqata 1998-ci ilin noyabrında Kosova müharibəsində baş verən insan hüququ pozuntuları və ölümlər haqqında rəsmi hesabat yayımlamışdır. O, hesabatında kosovolu qaçqınları qorumağı və məsələnin həlli üçün iş görməyi müdafiə etmişdir.[1] Yaponiya hökuməti 1999-cu ilin aprelində Kosovoya humanitar yardım edəcəyini açıqlamışdır.[2]

 
Şinzo AbeHaşim Taçinin görüşü (2019).

Yaponiya Kosovonun müstəqilliyini 18 mart 2008-ci ildə tanımışdır. Beləliklə, Yaponiya ƏfqanıstanTürkiyədən sonra Kosovonun müstəqilliyini tanıyan üçüncü Asiya ölkəsi olmuşdur.[3] Ölkələr arasında diplomatik əlaqələr 25 fevral 2009-cu ildə qurulmuşdur. 16 iyul 2010-cu ildə Kosovonun Tokioda səfirliyi,[4] 1 yanvar 2020-ci ildə isə Yaponiyanın Priştinada səfirliyi açılmışdır.[5]

Rəsmi səfərlər redaktə

Yaponiya xarici işlər naziri Yohey Kono 1999-cu ilin dekabrında Kosovoya rəsmi səfər etmişdir.[6] Kosovo xarici işlər naziri Enver Hocay 2011 və 2012-ci illərdə, Kosovo baş naziri Haşim Taçi 2012 və 2014-cü illərdə Yaponiyaya səfər etmişdir.[7] 2019-cu ildə Yaponiyaya Kosovo prezidenti kimi səfər edən Haşim Taçi Naruhitonun taxta çıxma mərasimində iştirak etmiş və Yaponiya baş naziri Şinzo Abe ilə görüşmüşdür.[8] Kosovo prezidenti Vyosa Osmani 2021-ci ildə Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Yaponiyada səfərdə olmuşdur.[9] Kosovo baş naziri Albin Kurti 2022-ci ildə Şinzo Abenin dəfn mərasimində iştirak etmək məqsədilə Yaponiyaya səfər etmiş və Yaponiya baş naziri Fumio Kişida ilə görüşmüşdür.[10]

İqtisadiyyat redaktə

2019-cu ilin məlumatına əsasən Yaponiyanın Kosovoya ixrac etdiyi məhsulların ümumi dəyəri 175 milyon yen, Kosovodan idxal etdiyi məhsulların ümumi dəyəri 32,8 milyon yen təşkil etmişdir.[7]

Mədəniyyət redaktə

2008-ci ildə Kosovodan olan rəsmilər Fuci dağına dırmaşmış və dağın zirvəsinə Kosovo bayrağını sacmışdırlar.[11] 2013-cü ildə Hiroşimadan olan bir vətəndaş qrupu 1945-ci ildə Hiroşimaya atılan atom bombası partlayışından qalma, üzərində buddizmdə mərhəmət ilahəsinin təsviri olan, "Sülh daşı" adlı adlı qranit daşı Priştina şəhərində yerləşən Kosovo Muzeyinə bağışlamışdır.[12]

İstinadlar redaktə

  1. "Statement by Mrs. Sadako Ogata, United Nations High Commissioner for Refugees, to the Humanitarian Issues Working Group of the Peace Implementation Council, Geneva, 20 November 1998". BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (ingilis). 20 noyabr 1998. 23 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  2. "Japan's Contribution to the Kosovo". Yaponiya Xarici İşlər Nazirliyi (ingiliscə). 27 aprel 1999. 2021-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  3. "Countries That Have Recognized Kosovo As An Independent State". Be In Kosovo (ingiliscə). 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  4. "About Embassy". Kosovonun Tokiodakı səfirliyi (ingiliscə). 2 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  5. "About us". Yaponiyanın Kosovodakı səfirliyi (ingiliscə). 1 aprel 2024. 2023-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  6. "Japan-Kosovo Relations". Yaponiya Xarici İşlər Nazirliyi (ingiliscə). iyun 2009. iyul 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  7. 1 2 "Japan-Kosovo Relations (Basic Data)". Yaponiya Xarici İşlər Nazirliyi (ingilis). 25 sentyabr 2020. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  8. "Thaçi meets the Japanese Prime Minister, they express satisfaction with the rapprochement between the two countries". KOHA.net (ingiliscə). 21 oktyabr 2019. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  9. "Osmani udhëtoi drejt Japonisë për ceremoninë hapëse të Lojërave Olimpike". Kallxo (albanca). 22 iyul 2021. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  10. "Prime Minister Kurti was hosted by the Prime Minister of Japan, Fumio Kishida". Kosovo baş nazirinin ofisi (ingiliscə). 28 sentyabr 2022. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  11. "コソボ関係者、富士山頂でコソボ国旗を掲揚(T)" (yaponca). 7 sentyabr 2008. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  12. "Peace stone from Hiroshima presented to Kosovo". The Japan Times (ingiliscə). 22 may 2013. 8 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.

Xarici keçidlər redaktə


Saytda 49 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024