Kult kino Haqqında Məlumat - Axtarış

Kult kino Haqqında Məlumat - Axtarış


Kult_kino üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Kult kino sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Kult kino sözünə uyğun gələn mahnı axtar və yüklə


Kult kino sözünə uyğun gələn lazımlı linklərə bax


Kult kino sözünə uyğun gələn şəkillərə bax və yüklə


Kult kino sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaKult kino sözünə uyğun gələn məqaləni oxu


Kult kino sözünə uyğun gələn xəbər axtar və oxu


Kult kino sözünə uyğun gələn kinoya bax və yüklə


Kult kino sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Kult kino sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Kult kino tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Kult film

(Kult kino səhifəsindən istiqamətləndirilmişdir)

Kult kino (ingiliscə: Cult film) sədaqətli, ehtiraslı, lakin nisbətən az fanat kütləsi olan filmlər üçün nəzərdə tutulmuş termindir.[1] Kult sözü (ingiliscə: Cult, fransızca: Culte, almanca: Kult) qərb dillərindəki ibadət, sitayiş etmək mənasında olan, Latın mənşəli cultus sözündən götürülmüşdür. Bu söz Azərbaycan dilində də qərb dillərində olduğu kimi aludəçisi olmaq, ilahiləşdirmə, həddindən artıq ehtiram mənasını verir.

Kult kinolar, ümumiyyətlə, ilk buraxılış tarixlərində əhəmiyyətli kommersiya müvəffəqiyyətləri əldə etməyən, eyni zamanda film tənqidçilərindən müsbət rəylər əldə edə bilməyən aşağı büdcəli müstəqil filmlərdirlər.[2] Bu filmlər ilk vaxtlarda çoxluq təşkil edən adi kino tamaşaçısının diqqətini cəlb etməmişdirsə də, zaman keçdikcə özlərinə kiçik, lakin ehtiraslı və hətta obsesif bir tamaşaçı kütləsi yaratmışdırlar. Bu filmlərin fanatik pərəstişkarları (və ya izləyiciləri) kult kino hesab etdikləri kinoya təkrar-təkrar baxırlar, replikaları, dialoqları əzbərləyirlər, film haqqında ən xırda detalları belə öyrənirlər, filmin müxtəlif versiyalarını əldə edirlər və hətta filmlə bağlı efemera materiallardan ibarət kolleksiyalar yığırlar.[3][4]

Kult kinoların həmişə kiçik bir fanat kütləsinin olması lazım deyildir. Bunun bir çox istisnaları mövcuddur. Məsələn, Taxi Driver (1976), Pulp Fiction (1994) və ya Döyüş Klubu (1999) kimi filmləri geniş auditoriya kütlələrinə çatmış məşhur kult kinolara misal kimi göstərmək mümkündür.

Kult anlayışı subyektivdir. Biri üçün kult olan kino başqası üçün kult olmaya da bilər. Həm də kult kinonun yaxşı film olması heç də şərt deyildir. Kino tarixi baxımından heç bir dəyəri olmayan filmlərin də xüsusi fanat kütləsi ola bilər. Buna misal olaraq "Dünyanı xilas edən adam" adlı türk elmi-fantastika filmini göstərmək mümkündür. Klassik kinolar arasında çoxlu kult kinoları olduğu kimi (Məsələn: M — Şəhər qatili axtarır), hər klassik kino da kult kino deyildir.

Qorxu və elmi fantastika kimi bəzi kino janrları kult kinolar yaratmağa daha çox meyllidirlər və kult kinolar özlərindən sonrakı kinolara ilham mənbəyi olduğu kimi, bir çox kinolar da özlərindən əvvəl çəkilmiş belə kult filmlərə istinad edilərək çəkilirlər. Qorxu və elmi fantastika janrında çəkilmiş olan filmlərdən əlavə olaraq, "Musiqinin Səsi" kimi muzikallardan Conni Gitar kimi vesternlərə, Shaft kimi zorakılıq və istismarı özündə ehtiva edən filmlərdən Animal House kimi yeniyetmə filmlərinə, hətta Cənnət Qapıları kimi sənədli filmlərdən Deep Throat kimi porno klassiklərinə qədər demək olar ki, bütün kino janrlarında kult kinolara rast gəlmək mümkündür.

Bəzi kinoların kult kino olmasına onların musiqisi təsir göstərmişdirsə (məsələn: The Blues Brothers), bəzi filmlərdə fetiş obyekti (məsələn, Çirkli Adam filmindəki məşhur tapança və ya Vanishing Point (Ölüm nöqtəsi) filmindəki dözümlü avtomobil) və ya bir şəxs (Böyük Lebowski filmində Jeffrey "The Dude" Lebowski personajı) həmin filmi kult statusuna yüksəldən amillərdəndir.

Həmçinin də bəzi rejissorların daha çox sayda kult kinolar olaraq qəbul edilmiş kinoları olduğuna görə onlar da kult rejissor kimi qəbul edilirlər. David Lynch, Quentin Tarantino, Stanley Kubrick, Tim Burton və Con qardaşları (Coen Brothers) kimi rejissorlar belə kult rejissorlara nümunədirlər.[5][6][7][8]

İstinadlar redaktə

  1. Pearson, Roberta E. "Kings of Infinite Space: Cult Television Characters and Narrative Possibilities". Scope (Nov 2003). 2003. 2013-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-01.
  2. Haigh, Ian. "What Makes a Cult Film?". BBC News Magazine. 2010-05-03. 2019-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-17.
  3. Cox, Alex; Jones, Nick. Moviedrome: The Guide (PDF). London: BBC. 1990. August 21, 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: June 13, 2019.
  4. "Moviedrome - Wicker Man - Alex Cox intro". YouTube. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-16.
  5. Dowling, Stephen. "When a Cult Film's Not a Cult Film". BBC News. 2003-10-17. 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-19.
  6. Briggs, Joe Bob. "Cult Cinema: A Critical Symposium". Cineaste. 34 (1). Winter 2008: 43–44. JSTOR 41690732.
  7. Reed, Jim. "Film Scene: Lucas offers an odd one-two film punch". Savannah Morning News. 2014-04-10. 2014-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  8. Aftab, Kaleem. "Scholar Devises Equation for Determining a Cult Film". The Independent. 2010-12-10. 2017-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-20.

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023