Latın dili Haqqında Məlumat - Axtarış

Latın dili Haqqında Məlumat - Axtarış


Latın_dili üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Latın dili sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Latın dili sözünə uyğun gələn mahnı axtar və yüklə


Latın dili sözünə uyğun gələn lazımlı linklərə bax


Latın dili sözünə uyğun gələn şəkillərə bax və yüklə


Latın dili sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaLatın dili sözünə uyğun gələn məqaləni oxu


Latın dili sözünə uyğun gələn xəbər axtar və oxu


Latın dili sözünə uyğun gələn kinoya bax və yüklə


Latın dili sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Latın dili sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Latın dili tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Latın dili

Hind-Avropa dillərinə daxil dillərdən biri

Latın diliHind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir.

Latın dili
Orijinal adı Lingua Latina
Ölkələr QərbiCənubi Avropa, Yaxın Şərq, Şimali Afrika (I–V əsrlərdə)
Rəsmi status Vatikan
əvvəlcə — Qədim Romada
Ölü dil Yazı dili XII–XV əsrlərdə romangerman dilləri ilə əvəzlənmişdir (Şərqi Avropada XVII əsrdə), elmdə XVIII əsrdə də öz mövcudluğunu qoruyub saxlamışdır, tibbdə, hüquq sahəsində və katolisizmdə bu günə qədər qalır
Şifahi dil: IX–XII əsrlərdə roman dillərinə çevrilmişdir.
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
Hind-Avropa dilləri,
İtalik dillər,
Latın-faliskan dilləri
Yazı latın əlifbası
Dil kodları
QOST 7.75–97 лат 380
ISO 639-1 la
ISO 639-2 lat
ISO 639-3 lat
Ethnologue lat
ABS ASCL 2902
IETF la
Glottolog lati1261
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latin xalqı tarix səhnəsindən çixmis və bununlada bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur. Bədii ədəbiyyatin, elmin dilinə çevrilmişdir.

Roma imperiyasının Qərbi və Şərqi Romaya parçalanması və bizans dövlətinin yaranması ilə yunan dili elmi sahədədə latın dilini geridə buraxmışdır. Baxmayaraq ki latın dili b.e.ə I və b.e I əsrləri arasinda artıq təsirlərə məruz qalmış və yerini digər roman dillərinə buraxmışdır, ancaq eyni zamanda bu dövr latın dilinin qızıl dövrü sayılır. Bizim eranın 200-cü ilindən sonra isə bu dil tamamilə unudulmuş yalnız cadugərlərin, dini təriqət üzvlərinin, alimlərin və simyagerlərin istifadə etdiyi dilə çevrilmişdir.

Renessans dövründə redaktə

Təxminən 1200 il sonra XIV, XVI əsrlərdə renessans dövrü və Avropada mədəniyyətinincəsənətin bütün sahələrində çiçəklənmə yaşanması ilə əlaqədar olaraq latın dili yenidən araşdırılmağa başlanmışdı. Buna təsir edən ən önəmli faktor isə Bizans dövlətinin dağılması ilə yunan dilinin arxa planda qalması idi.

Kilsənin dili kimi redaktə

Latin dili xristianlığın inkisafi və yunan dilinin daha çox məişət həyatında işlədiyi üçün alınma sözlərin artmasına görə Papa Damasusun dövründən (b.e. 384) etibarən Vatikan kilsəsinin rəsmi dili kimi qəbul edilib. Vatikanın gizli kitabxanasındakı kitabların böyük əksəriyyətinin də bu dildə yazıldığı iddia edilir. 1962–65-ci ildə ikinci Vatikan məclisində bu dilin vatikanın ayinlərində və dini təlimlərində istifadəsi məsələsinə bir daha toxunulmuş və dini ayinlərin bundan sonra da latın dilində davam etdirilməsi qərara alinmisdir. Papa 16-cı Benediktin latin dilinin 20-ci əsrdəki inkisafinda rolu əvəz edilməzdir.

Məşhur filosoflarından tutmuş, elm adamlarınadək bütün dahilər öz fikirlərini, elmi kəşflərini, nəzəriyyələrini və ideologiyalarını latın dilində yazıya çeviriblər. Bu baxımdan Latın dili söz zənginliyi cəhətdən ərəbcədən sonra ikinci ən zəngin dildir. Lakin müxtəlif sivilizasiyaların bir-birini əvəz etməsi, bu dildə danışanların axırına çıxsa da, latın dili bugünədək öz qüdrətini qorumağı bacarıb. Bu baxımdan latın dilinin öyrənilməsinə və tədqiqinə böyük ehtiyac var. Çünki latın dili bugünkü Avropa dillərindən bir neçəsinin (fransız, italyan, roman, ispan, portuqal dili) yaranmasında önəmli rol oynamışdır.

Latın ifadələri redaktə

lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum."

  • Tərcüməsi:

azərb. "Səhv etmək insana xasdır lakin, səhv etməyə məcbur etmək (səhvə israrlılıq) iblislikdir."

Lat. "Dura lex , sed lex"

Az. "Qanun sərtdir, amma hamı üçün qanundur

Lat. "Mors et vita in manibus lingue."

Az. "Ölüm və həyat dilin əlindədir."

Xarici keçidlər redaktə


Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024