Leonid Kravçuk Haqqında Məlumat - Axtarış

Leonid Kravçuk Haqqında Məlumat - Axtarış


Leonid_Kravçuk üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Leonid Kravçuk sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Leonid Kravçuk sözünə uyğun gələn mahnı axtar və yüklə


Leonid Kravçuk sözünə uyğun gələn lazımlı linklərə bax


Leonid Kravçuk sözünə uyğun gələn şəkillərə bax və yüklə


Leonid Kravçuk sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaLeonid Kravçuk sözünə uyğun gələn məqaləni oxu


Leonid Kravçuk sözünə uyğun gələn xəbər axtar və oxu


Leonid Kravçuk sözünə uyğun gələn kinoya bax və yüklə


Leonid Kravçuk sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Leonid Kravçuk sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Leonid Kravçuk tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Leonid Makaroviç Kravçuk (ukr. Леонід Макарович Кравчук; 10 yanvar 1934[1][2][…], Velikiy Jitin[d], Volın voyevodluğu[d]10 may 2022[3], Münxen[4]) — sovetukraynalı partiya, dövlət və siyasi xadimi, Ukrayna Respublikasının 1-ci Prezidenti (5 dekabr 1991 – 19 iyul 1994).

Leonid Kravçuk
ukr. Леонід Макарович Кравчук
5 dekabr 1991 – 19 iyul 1994
SonrakıLeonid Kuçma
Ukraynanın xalq deputatı[d]
15 may 1990 – 5 dekabr 1991
Ukraynanın xalq deputatı[d]
25 sentyabr 1994 – 12 may 1998
Ukraynanın xalq deputatı[d]
12 may 1998 – 14 may 2002
Ukraynanın xalq deputatı[d]
14 may 2002 – 25 may 2006
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1934(1934-01-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 may 2022(2022-05-10)[3] (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, iqtisadçı
Dini Ukrayn Pravoslav Kilsəsi — Kiyev Patriarxlığı
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[5]
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d] (1970)

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Əmək veteranı" medalı "Kiyevin 1500 illik xatirəsinə" medalı Hero of Ukraine, Order of the State Azadlıq ordeni "Ukrayna müstəqilliyinin 25 illiyi" yubiley medalı 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni 2-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni 3-cü dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni 4-cü dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni 5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni
Honorary Diploma of the Cabinet of Ministers of Ukraine
İmzanın şəkli
leonid-kravchuk.com.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ukrayna Respublikasının Ali Radasının sədri I–IV çağırış deputatı. 1958–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası üzvü, 1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası MK sədri.

Həyatı redaktə

Leonid Makaroviç Kravçuk 1934-cü ildə Polşa Respublikasının Böyük Jitin kəndində (indiki Rivne vilayəti, Ukrayna) anadan olmuşdur. Atası — Makar Alekseyeviç Kravçuk (17.03.1906–1944)[6] 1930-cu illərdə polşa kavaleriyasında xidmət edib. Anası — Yefimiya İvanovna Kravçuka polşa osadniki ətrafında işləyib[7]. İkinci Dünya müharibəsi vaxtı 1944-cü ildə Makar Alekseyeviç Kravçuk cəbhədə həlak olmuş, Belarusda dəfn olunmuşdur[8]. Leonidin anası isə 1980-ci ildə insult səbəbindən vəfat etmiş, doğma kəndində dəfn edilmişdir[9].

Leonid Kravçuk 1958-ci ildə Kiyev Milli Universitetini bitirmiş, 1958–1960-cı illərdə Çernovtsı Maliyyə Texnikunda dərs demişdir.

1967–1970-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası MK İctimai Elmlər Akademiyasının aspiranturasında oxumuşdur. "Sosializmdə mənfəətin mahiyyəti və kolxoz təsərrüfatında onun rolu" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi olmuşdur.

1970–1988-ci illərdə sektor müdiri, müfəttiş, katib köməkçisi, birinci müavini, Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsinin təşviqat və təbliğat şöbəsinin müdiri olmuşdur.

1989–1990-cı illərdə Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji şöbəsinin müdiri, katibi olmuşdur. 1980-ci illərin sonlarında, "Kiyev axşamı" qəzetinin səhifələrində Kravçuk Ukrayna müstəqilliyinin tərəfdarları ilə açıq müzakirəyə başlayır. KP-nın çox mühafizəkar liderliyinə zidd olanlarrın fonunda, onun mövqeyi mülayim görünür.

1989–1990-cı illərdə Siyasi Büro üzvlüyünə namizəd, 1990–1991-ci illərdə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olmuşdur.

1990-cı ildən — Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi olmuşdur.

1990-cı ilin martında Ukrayna SSR Ali Sovetinin deputatı seçilmişdir.

1990-cı ildən Sovet İttifaqı Kommunist Partiyası MK üzvü seçilmişdir.

1990–1991 — Ukrayna Respublikasının Ali Radası Sədri olmuşdur.

1991-ci il avqustun 24-də Leonid Kravçukun sədrliyi ilə Ali Rada Ukraynanın müstəqilliyini elan edən akt qəbul etmişdir.

Ukrayna Prezidenti redaktə

Prezidentlik postunda partiyasız kimi səsə qoyuldu. Artıq qadağan edilmiş Kommunist Partiyasının (onların namizədi Aleksandr Tkaçenko Kravçukun lehinə namizədliyini geri çəkdi), həmçinin Ali Rada sədrini "müstəqillik atası" elan edən milli demokratların bir hissəsi kimi dəstəklədi[10].

1991-ci il dekabrın 1-də Leonid Kravçuk Ukrayna Respublikasının 1-ci Prezident seçkilərində 61,6% səs toplayaraq Ukrayna Respublikasının 1-ci Prezidenti seçildi.

 
L. M. Kravçuk, S. S. Şuşkeviç, B. N. Yeltsinn. 1991-ci il.

8 dekabr 1991-ci ildə RSFSR prezidenti Boris Yeltsin və Belarus Respublikası Ali Sovetinin sədri Stanslav Şuşkeviç ilə birlikdə Sovet İttifaqının mövcudluğunun son qoyulması haqqında Belovej müqviləsi imzalandı. İki gün sonra Ukrayna Respublikasının Ali Şurası müqaviləni şərtlərlə təsdiqlədi.[11]

19 iyun 1992-ci il Leonisd Kravçuk 1978-ci il Ukrayna Konstitusiyasındakı SSRİ haqqında istinadların tam aradan qaldırılması haqqında qanun imzaladı[12].

İtalyan jurnalist və politoloqu Culyetta Kyoza "Əlvida, Rusiya!" adlı kitabında Kravçukun SSRİ-nin dağılmasının əsas təşəbbüskarı olduğunu düşünür[13]. 2016-cı ildə Leonid praktik olaraq bildirdi ki, Ukrayna xalqı SSRİ-nin qəbirqazanı olmuşdur[14].

 
Ukrayna Prezidenti Leonid Kravçuk 1992-ci ildə

1993-cü il 3 sentyabr tarixində Massandra müqaviləsini imzaladı ki, bu da Qara dəniz Donanmasının və Ukraynada yerləşdirilən nüvə silahlarının gələcək taleyini narahat etdi. Bundan sonra 1994-cü ilin iyul ayında növbədənkənar prezident seçkiləri ilə razılaşdı. İlk turda o, digər namizədlər arasında ən çox səs aldı, ikinci turda isə Leonid Kuçmanın seçilməsi ilə birinciliyi itirdi.

Ailəsi redaktə

  • Arvadı — Antonina Mixaylovna Kravçuk (qızlıq soyadı: Mişura[15]) (d. 1935) — Taras Şevçenko adına Kiyev Milli Universitetinin iqtisadiyyat fakültəsinin dosenti, 1957-ci ildə evlənmişdir.
  • Oğlu — Aleksandr Leonidoviç Kravçuk (d. 21 iyul 1959) — biznesmen[16], həyat yoldaşı Yelena Anatolyevna Kravçuk Kiyev Milli Universitetində işləyir[17].
  • Nəvəsi — Andrey Aleksandroviç Kravçuk (d. 1981) — Kiyev Milli Universitetində Beynəlxalq Münasibətlər İnstitutundan məzunu olub, reklam agentliyində işləyir, həyat yoldaşı Mariya Viktorovna Kravçuk biznes-firmasında çalışır[18].
  • nəticəsi — Yelena Andreyevna Kravçuk (d. 2005).

Kitabları redaktə

 
L. M. Kravçuk
  • Beşillik planın effektivlik və keyfiyyətinin qısa iqtisadi lüğəti (həmmüəllif, 1078);
  • Sarsılmaz ittifaq: Soraq kitabçası (həmmüəllif, 1982);
  • On birinci beşillik planın iqtisadi lüğəti (həmmüəllif, 1982)
  • Ailə birdir. (ümumi redaksiyada — M., "Plakat", 1985. — 240 səh., Qiyməti: 8 rubl 60 q.);
  • Yeni iqtisadi mexanizm (həmmüəllif, 1989);
  • İdeoloji iş: Yenidənqurma təcrübəsi: Respublikanın Partiya təşkilatı materialları (həmmüəllif, 1989);
  • "Dövlət və hakimiyyət: inzibati islahatlar təcrübəsi" (2001);
  • "Bizdə nə var?" (2002);
  • "Bir Ukrayna, vahid xalq" (ukr. «Одна Україна, єдиний народ») (2010).

Mükafat və adları redaktə

  • Ukrayna Qəhrəmanı (21 avqust 2001)[19]müstəqil Ukrayna dövlətinin formalaşmasına və inkişafına şəxsi töhfəsi və uzun illər göstərdiyi fəal siyasi və ictimai fəaliyyətinə görə.
  • Azadlıq Ordeni (10 yanvar 2014) — uzun illər göstərdiyi səmərəli sosial və siyasi fəaliyyəti və Ukrayna dövlətinin inkişafında göstərdiyi şəxsi töhfəsi üçün[20].
  • II (2007[21]), III (2004[22]), IV (1999[23]) və V dərəcəli knyaz Yaroslav Mudrı ordeni (1996[24]);
  • "Oktyabr inqilabı" ordeni;
  • İki dəfə "Qırmızı əmək bayrağı" ordeni;
  • Ukrayna Nazirlər Kabinetinin fəxri diplomu (2004);
  • Müqəddəs Stanislav ordeninin Böyük Xaç kavaleri (1999).

Ədəbiyyat redaktə

  • На 1/6 планеты // Филателия. 1993. — № 4. — С. 7.
  • Валентин Чемерис. Президент.- К., 1994
  • Прощай, Россия. М.: Гея, 1998
  • Л. В. Губерський. Кравчук Леонід Макарович // Українська дипломатична енциклопедія: У 2-х т. /Редкол.:Л. В. Губерський (голова) та ін. — К: Знання України, 2004 — Т.1–760с. ISBN 966–316–039-X
  • Ю. Шаповал, М. Михальченко. Кравчук Леонід Макарович // Політична енциклопедія. Редкол.: Ю. Левенець (голова), Ю. Шаповал (заст. голови) та ін. — К.: Парламентське видавництво, 2011. — с.371 ISBN 978-966-611-818-2

İstinadlar redaktə

  1. 1 2 Leonid Kravchuk // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Leonid Makarowitsch Krawtschuk // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Умер первый президент Украины Леонид Кравчук — РБК (rus.). РБК daily, 2022.
  4. 1 2 https://glavcom.ua/country/politics/pohoron-kravchuka-priznacheniy-lishe-na-vivtorok-stala-vidoma-prichina-845115.html.
  5. Çex Milli Hakimiyyət Məlumat bazası.
  6. "Arxivlənmiş surət". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  7. "Как Сталин Галичину нам отдал  (rus.)". 2009-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  8. "Леонид Кравчук: Я на всю жизнь запомнил халву, которую в платочке мама принесла мне ко дню рождения … — Газета Полярная правда"". 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  9. Новини України | Обозреватель [ölü keçid]
  10. "Леонид Кравчук — Новости Укринформ". 2018-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  11. Постановление Верховного Совета Украины от 10 декабря 1991 года № 1958-XII "О ратификации Соглашения о создании Содружества Независимых Государств"
  12. Закон Украины от 19.06.1992 № 2480-XII
  13. "Круглый стол в редакции "Правды", посвящённый 85 лет со дня провозглашения Советского Союза". 2008-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  14. "Кравчук предсказал, когда наступит последний день жизни России". 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  15. "Студент леонид кравчук разгружал вагоны, поднимал целину и подрабатывал… Натурщиком в… — Газета "ФАКТЫ и комментарии"". 2012-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  16. "Родственникам Кравчука выделили пять участков в Конча-Заспе. Общество. ФОКУС". 2011-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  17. Леонид КРАВЧУК: "Я считаю себя демократическим президентом, ещё больше демократическим мужчиной и совсем демократическим мужем" /ДЕНЬ/ [ölü keçid]
  18. "Родственникам Кравчука выделили пять участков в Конча-Заспе — bigmir)net". 2015-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  19. Указ Президента України № 701/2001 від 21 серпня 2001 року "Про присвоєння звання Герой України" Arxivləşdirilib 2020-06-28 at the Wayback Machine (ukr.)
  20. "Указ Президента Украины № 2/2014 "О награждении Л. Кравчука орденом Свободы"". 2014-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
  21. Указ Президента України № 4/2007 від 9 січня 2007 року "Про нагородження Л. Кравчука орденом князя Ярослава Мудрого" Arxivləşdirilib 2020-06-28 at the Wayback Machine (ukr.)
  22. Указ Президента України № 11/2004 від 10 січня 2004 року "Про нагородження Л. Кравчука орденом князя Ярослава Мудрого" Arxivləşdirilib 2021-08-10 at the Wayback Machine (ukr.)
  23. Указ Президента України № 6/99 від 10 січня 1999 року "Про нагородження відзнакою Президента України "Орден князя Ярослава Мудрого"" Arxivləşdirilib 2021-08-10 at the Wayback Machine (ukr.)
  24. Указ Президента України № 731/96 від 21 серпня 1996 року "Про нагородження відзнакою Президента України "Орден князя Ярослава Мудрого"" Arxivləşdirilib 2021-08-10 at the Wayback Machine (ukr.)

Xarici keçidlər redaktə


Saytda 208 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024