Lider TV Haqqında Məlumat - Axtarış

Lider TV Haqqında Məlumat - Axtarış


Lider_TV üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Lider TV sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Lider TV sözünə uyğun gələn mahnı axtar və yüklə


Lider TV sözünə uyğun gələn lazımlı linklərə bax


Lider TV sözünə uyğun gələn şəkillərə bax və yüklə


Lider TV sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaLider TV sözünə uyğun gələn məqaləni oxu


Lider TV sözünə uyğun gələn xəbər axtar və oxu


Lider TV sözünə uyğun gələn kinoya bax və yüklə


Lider TV sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Lider TV sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Lider TV tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Lider TV — 1 sentyabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri idi. 16 iyun 2020-ci ildə məhkəmə qərarı ilə müflis elan edilmişdir.[1] 1 iyun 2021-ci ildən etibarən Lider TV və radiosunun fəaliyyəti rəsmən dayandırılmışdır.[2]

Lider TV
Loqonun şəkli
1 sentyabr 2010-cu il tarixindən fəaliyyətini dayandırdığı günə kimi istifadə edilən loqotip
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
Baş qərargah Şəfayət Mehdiyev küçəsi 177, Bakı, Azərbaycan
Yaranma tarixi 1 sentyabr 2000
Bağlanma tarixi 1 iyun 2021
Sahibi Ədalət Əliyev
Şüar Biz sizinləyik!
Qardaş kanallar Lider Jazz FM
Sayt lidertv.com

Tarixçə redaktə

Lider TV 1 sentyabr 2000-ci ildə fəaliyyətə başlamışdır. "Lider Tv&Radio-Azərbaycan" MMC-nin nəzdində fəaliyyət göstərən telekanal idi. 30 avqust 2001-ci ildən Lider televiziyası dünya teleməkanına daxil olaraq, dünyaya yayımlanmağa başlamışdır.

Lider TV klip yayımına görə ölkədə ilk yerlərdə idi. Yeni çəkilmiş hit klipləri tez-tez Lider TV-nin efirində görmək olurdu.

2003-cü il Prezident seçkiləri günü axşam saatlarında baş verən hadisələr zamanı Azad Azərbaycan TV-nin çəkiliş heyəti ilə yanaşı Lider TV-nin çəkiliş heyəti də ciddi zərər görmüşdülər. Oktyabrın 15-dən 16-na keçən gecə Lider TV-nin müxbiri Sahil Kərimlinin Müsavat Partiyasının qərargahı önündə soyuq silahla döyülməsi həmin dövrdə bir çox mətbuat orqanı tərəfindən ciddi etirazla qarşılanmışdı.[3] Həmin vaxt Lider TV-yə təhdid məktubu yazılaraq televiziya binasının boşaldılması tələb edilirdi.

2003-cü ildə Lider TV ilə Fransanın "Canal France International (CFI)" şəbəkəsi arasında tərəfdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən "CFI" Lider TV-nin həftəlik yayımının 19 saatını öz proqramları ilə təmin edirdi.

"Səda" Lider televiziyasının əsas informasiya proqramı idi. Həftənin 5 günü Azərbaycanda və dünyada baş vermiş ictimai-siyasi, iqtisadi, mədəni prosesləri geniş tamaşaçı auditoriyasına təqdim edirdi. "Səda" hər gün saat 09:00, 13:00, 15:00, 17:00 və 19:00-da efirə çıxırdı. Telekanal həmçinin Azərbaycan Premyer Liqasının, İngiltərə Premyer Liqasının, Fransa Liqa 1-in, UEFA Çempionlar Liqasının, UEFA Avropa Liqasının, UEFA Superkubokunun, 2004, 2008-ci illərin Olimpiya oyunlarının, FIFA 2006FIFA 2010 Kuboklarının oyunlarını canlı yayımlamışdır.

2008-ci ildə idman kanalının yaradılması ilə əlaqədar müsabiqədə iştirak etsə də AzTV-yə məğlub olaraq idman kanalını yaratmaqdan məhrum olmuşdu. 1 sentyabr 2010-cu il tarixində 10 illik loqotipini dəyişdirmişdir. 1 aprel 2011-ci il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanırdı. Bir müddət sonra "NTV Plus"un kanal siyahısından çıxarılıb.

15 yanvar 2016-cı il tarixində "Azerspace-1" peykində HD sınaq yayıma başlamışdır. Lakin bu yayım 1 aydan sonra dayandırıldı.

8 yanvar 2019-cu ildə qismən 16:9 geniş ekran formatlı yayıma keçmişdir. 1 iyun 2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb.[4] 16 iyun 2020-ci il tarixində iddia təmin edilib və telekanal və radionun tabe olduğu şirkət müflis elan edilmişdir.[5] Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edildi.

Beləliklə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il tarixində saat 00:00-dan etibarən dayandırılıb.

Bağlanması redaktə

2020-ci ilin mart ayının 10-da saat 22:00-da telekanalın yayımı dayandırılıb.[6] MTRŞ sədrinin sözlərinə görə, telekanalda texniki problemlər yarandığına görə yayım dayanıb.[7] Şura tərəfindən Lider TV ilə bağlı heç bir qərar qəbul olunmayıb. MTRŞ-nin aparat rəhbəri isə qeyd edib ki, texniki problem aradan qalxdıqdan sonra Lider fəaliyyətini bərpa edəcək.[8] Martın 11-də telekanalın və radionun fəaliyyəti bərpa edilib.[9]

3 may 2020-ci ildə "O qızı tapın" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 6 may 2020-ci il tarixli 5/2 nömrəli qərarı ilə Lider TV-nin yayımı 7 may 2020-ci ildə 1 saatlıq (saat 11:00-dan saat 12:00-dək) dayandırılıb. Telekanal saat 12:00-da fəaliyyətini bərpa edib.[10]

4 avqust 2020-ci ildə saat 20:00–21:00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 20 avqust 2020-ci il tarixli 12/1 nömrəli qərarı ilə Lider TV-nin yayımı 22 avqust 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.

Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edildi.

Beləliklə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Loqoları redaktə

İstinadlar redaktə

  1. "Məhkəmə "Lider" TV-nin iflas elan olunmasına dair iddianı təmin edib". 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-01.
  2. ""Lider TV"də "SON ZƏNG":". 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-01.
  3. "Arxivlənmiş surət". 2017-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-15.
  4. ""Lider" TV-nin müflis elan edilməsi barədə iddia qaldırıldı". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  5. ""Lider TV"nin müflis elan edilməsi haqda qərar verildi". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  6. Lent.az — "Lider" TV-nin yayımı dayandırıldı[ölü keçid]
  7. "APA — "Lider" TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
  8. "Qafqazinfo — Lider TV-də nə baş verir". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
  9. "Arxivlənmiş surət". 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  10. "Arxivlənmiş surət". 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.

Xarici keçidlər redaktə


Saytda 229 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024