Mütaliə Haqqında Məlumat - Axtarış

Mütaliə Haqqında Məlumat - Axtarış


Mütaliə üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Mütaliə sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Mütaliə sözünə uyğun gələn mahnı axtar və yüklə


Mütaliə sözünə uyğun gələn lazımlı linklərə bax


Mütaliə sözünə uyğun gələn şəkillərə bax və yüklə


Mütaliə sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaMütaliə sözünə uyğun gələn məqaləni oxu


Mütaliə sözünə uyğun gələn xəbər axtar və oxu


Mütaliə sözünə uyğun gələn kinoya bax və yüklə


Mütaliə sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Mütaliə sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Mütaliə tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Mütaliə — hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya – əlaqə fəaliyyətidir. Bu kommunikasiyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur.

Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır.

Mütaliə elmi-nəzəri problem kimi redaktə

İstər ümumtəhsil, istərsə də ali və orta-ixtisas məktəblərinin tədris proqramında nəzərdə tutulan biliklər insanın həyata fəal müdaxiləsi üçün kifayət deyildir. Təcrübələr göstərir ki, heç bir ali məktəb öz məzunu olan mütəxəssisə müəyyən ixtisas üzrə müasir həyatın tələbi həcmində məlumat və biliklər məcmusunu verə bilmir. Bu isə təbii haldır. Çünki müəyyən vaxtla məhdudlaşan ali və orta ixtisas təhsili məktəblərinin proqramları lazımi bilikləri tam şəkildə özündə əks etdirmək imkanına malik deyildir. Ona görə də zamanın tələbinə uyğun olaraq rəsmi təhsillə şəxsi təhsil mütaliəsi paralel getməlidir. Bu baxımdan mütaliə mühüm elmi-nəzəri problemdir.

Geniş oxucu kütləsi arasında kitab təbliğini və oxucu mütaliəsini istiqamətləndirməyin elmi əsaslarını təhlil edən mütaliə nəzəriyyəsində təkmilləşmə prosesi gedir. Müasir kitabxanaşünaslıq mütaliənin sosial, sosial psixoloji və pedaqoji problemlərinin, eyni zamanda onun ictimai həyata təsirinin tədqiqi sahəsində geniş nailiyyətlər qazanmışdır.

Müasir insanın mütaliəsi redaktə

Müasir insanın mütaliə tələbatının artmasını şərtləndirən amillərdən biri də elmi-texniki nailiyyətlərdir. Dünyanın qabaqcıl ölkələrində istehsal sahələrinin yeni-yeni texnika ilə silahlanması, yeni elmi kəşflərin, böyük elmi nailiyyətlərin meydana gəlməsi, yeni-yeni elm və bilik sahələrinin yaranması, eləcə də dünyada gedən ictimai-siyasi proseslər mütaliəni obyektiv sosial zərurətə çevirmişdir.

Mütaliənin istiqamətləri redaktə

Mütaliə:

  • Mütaliə insanlar üçün fasiləsiz artmaqda olan sosial tələbatdır;
  • Mütaliə insanların ictimai şüurunun formalaşmasına və təhsil

səviyyəsinin yüksəlməsinə, artmasına təsir göstərən ictimai əlaqə sistemidir.

  • Bununla da mütaliənin cəmiyyətdə ictimai rolu müəyyənləşir. Bu baxımdan mütaliə mühüm tədqiqat problemi kimi

Mütaliənin ictimai məzmunu özünü əsasən üç istiqamətdə göstərir:

  • Mütaliə üçün materialın seçilməsi və oxunmuş

ədəbiyyatın qiymətləndirilməsi meyarı insana ictimai təsir amili və mexanizmi ilə şərtlənir.

  • Mütaliə üçün material və qiymətləndirmə motivləri

şəxsiyyətlər arasında əlaqə predmetidir və ictimai mütaliə atmosferi yaradır.

  • 3. Mütaliənin nəticələri insanın ictimai və istehsalat

fəaliyyətində əks olunur, onun dünyagörüşünün, əməyinin səmərəliliyini müəyyən edir.

Bütün bunlar isə mütaliənin sosial xarakterini açan faktlardır. Mütaliə prosesində oxucu kitabla sosial psixoloji münasibətlərə girir. Məhz bu münasibətlərin mexanizmini və onun sosial nəticələrini aşkar etmək mütaliə haqqında elmin mühüm vəzifələrindəndir.

Mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir.

Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər də mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən toplanmış biliklərin mənimsənilməsi (tədris), bu biliklərin sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə olunur. Bu funksiyalar insanın məktəbə getdiyi ilk dövrdən ömrünün sonuna qədərki intellektual fəaliyyətində ifadə olunur.

Elmi ədəbiyyatda mütaliənin səbəb və məqsədlərinin növləri təxmini olaraq aşağıdakı kimi müəyyənləşdirilmişdir.

  1. Həyat təcrübəsi qazanmaq və özünütəkmilləşdirmə
  2. İdraki ehtiyac
  3. Şəxsi təhsil və təcrübi faydalanmaq
  4. Emosional və estetik tələbat
  5. Əylənmək.

Ədəbiyyat redaktə

  1. Azərbaycan Sovet Ensiklopediyası. C. 6.- B., 1982.- S.351
  2. Bayramov Ə.S. və Əlizadə Ə.Ə. Psixologiya/ Ali məktəblər üçün dərslik.- B., 2002.- 624 s.
  3. Xələfov A. Kitabxanaşünaslığa giriş. Dərslik. 3 hissədə. H. 1–2.- B., Bakı Universiteti nəşriyyatı, 2001.- 400 s. H.3-B.: BUN, 2003.-315 s
  4. Художественное восприятие. Сборник.-Л.: "Наука", 1971.-386 с.
  5. Засорина Л.Н. Структура читательской деятель- ности. Психолого-педагогический аспект. Психологические проблемы чтения.-Л.-1981.- 126 с.

Xarici keçidlər redaktə


Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024