Məşədi Məhəmməd Fərzəliyev Haqqında Məlumat - Axtarış

Məşədi Məhəmməd Fərzəliyev Haqqında Məlumat - Axtarış


Məşədi_Məhəmməd_Fərzəliyev üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Məşədi Məhəmməd Fərzəliyev sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Məşədi Məhəmməd Fərzəliyev sözünə uyğun gələn mahnı axtar və yüklə


Məşədi Məhəmməd Fərzəliyev sözünə uyğun gələn lazımlı linklərə bax


Məşədi Məhəmməd Fərzəliyev sözünə uyğun gələn şəkillərə bax və yüklə


Məşədi Məhəmməd Fərzəliyev sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaMəşədi Məhəmməd Fərzəliyev sözünə uyğun gələn məqaləni oxu


Məşədi Məhəmməd Fərzəliyev sözünə uyğun gələn xəbər axtar və oxu


Məşədi Məhəmməd Fərzəliyev sözünə uyğun gələn kinoya bax və yüklə


Məşədi Məhəmməd Fərzəliyev sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Məşədi Məhəmməd Fərzəliyev sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Məşədi Məhəmməd Fərzəliyev tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Məşədi Məmməd Fərzəliyev

Azərbaycan xanəndəsi
(Məşədi Məhəmməd Fərzəliyev səhifəsindən istiqamətləndirilmişdir)

Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa1962, İstanbul) — Azərbaycanlı xanəndə.[1]

Məşədi Məmməd Fərzəliyev
Ümumi məlumatlar
Ləqəbi Löhbala Məmməd
Doğum tarixi 1872
Doğum yeri
Vəfat tarixi 1962
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə, musiqiçi
Janr muğam
Musiqi aləti qaval
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı.[2]

Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı.[2]

Məşədi Məmmədin oxuduğu “Bayatı-Kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”, “Mənsuriyyə”, “Səmayi–Şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də “Şüştər” ustası kimi daha məşhur idi.[3]

Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən bir dəvət aldı. O, Varşavada tarzən Qurban Pirimov, kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə 40-a qədər muğam, təsnif və mahnını oxuyub vala yazdırır.[4] Daha sonra Kiyev şəhərindən dəvət gəldi. Görkəmli sənətkar burada “Ekstrafon” şirkəti tərəfindən muğam və xalq mahnılarını qramofon valına yazdırdı.[1] Müasirləri yazırlar ki, Məşədi Məmməd bütün muğam və mahnılarında ən çox Natəvanın qəzəllərini ifa edərmiş. Məşhur bir xanəndə kimi tanınmış Məşədi Məmməd 1913-cü ilin yazında Zubalov adına xalq evi tərəfindən Tiflisə dəvət edilir. 1926-cı ildə Məşədi Məmməd Fərzəliyev Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyəİranda konsertlər verir.[5][6]

1923-cü ildə Məşədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır.

1929-cu ildə Məşədi Məmməd Fərzəliyev yenidən xaricə qastrol səfərinə çıxmış, bir daha Azərbaycana qayıtmamışdır. Məşədi Məmməd Fərzəliyev uzun illər Türkiyənin İstanbul şəhərində yaşamış və 1962-ci ildə dünyasını dəyişmişdir.[5][7]

İstinadlar redaktə

  1. 1 2 Енциклопедия Азербайджанского Мугама. Баку: Шарг-Гарб. 2012. səh. 227.
  2. 1 2 Шушински, 1985. səh. 146
  3. "Muğamla dünyanı dolaşan ustad xanəndə Şuşalı Məşədi Məmməd Fərzəliyev". anl.az. 2013-03-03. 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.
  4. Шушински, 1985. səh. 149
  5. 1 2 "Məşədi Məmməd Fərzəliyev". mugamradio.az. 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.
  6. Шушински, 1985. səh. 150
  7. Шушински, 1985. səh. 151

Ədəbiyyat redaktə


Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024