Macica Serbska Haqqında Məlumat - Axtarış

Macica Serbska Haqqında Məlumat - Axtarış


Macica_Serbska üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Macica Serbska sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Macica Serbska sözünə uyğun gələn mahnı axtar və yüklə


Macica Serbska sözünə uyğun gələn lazımlı linklərə bax


Macica Serbska sözünə uyğun gələn şəkillərə bax və yüklə


Macica Serbska sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaMacica Serbska sözünə uyğun gələn məqaləni oxu


Macica Serbska sözünə uyğun gələn xəbər axtar və oxu


Macica Serbska sözünə uyğun gələn kinoya bax və yüklə


Macica Serbska sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Macica Serbska sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Macica Serbska tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Macica Serbska (Upper Sorbian; a.sorb Maśica Serbska) — Sorbların elmi birliyidir. Bu Sorb tədqiqatlarını təşviq etmək və Sorblar və onların mədəniyyəti haqqında bilikləri yaymaq məqsədi daşıyır. 1847-ci ildən fəaliyyət göstərən Sorbların ən qədim mədəni və ictimai təşkilatıdı. Bu, hələ də fəaliyyət göstərən ən qədim Sorb birliyidir.

Macica Serbska
Maćica Serbska
Sorb evi
Sorb evi
Yaranma tarixi 1847
Rəsmi dili sorb dili
Fəaliyyət göstərdiyi yer Saksoniya
Sədr Anja Pohončova
macica.sorben.com

Macica Serbska 1847-ci ildə Bautzen şəhərində sorb ədəbiyyatının inkişafı klubu və sorb elminin inkişafı mərkəzi kimi təsis edilmişdir. Cəmiyyətin yaradıcıları arasında sorb yazıçıları Handrij Zejler, Yan Arnost Smoler və pedaqoq Korla Yan Smoler var idi. Tarixinin ilk dövründə Sorb Vətəninin üzvləri əsasən dil məsələləri, Sorb tarixi, ədəbiyyatının, folklorunun və demoqrafiyasının öyrənilməsi ilə maraqlanırdılar. 1847-1937-ci illərdə təşkilat ildə bir dəfə " Časopis Maćicy Serbskeje " jurnalını nəşr etdirirdi.[1] 1867-ci ildə Pređenak adı altındaMacica Serbska nəşr olundu. Şərqi Prussiyadakı inqilabi hərəkatlardan sonra 1848-ci ildə Macica Serbska üzvləri Sakson məhkəməsinə müraciət edərək məktəb sistemində tədrisdə alman dili ilə yanaşı sorb dillərinə də bərabər hüquqlar verilməsini tələb etdilər. 19-cu əsrin ikinci yarısında Macica Serbska vahid sorb yazısının yaradılmasında və birləşməsində mühüm rol oynamışdır. 1880-ci ildə Kottbus şəhərində Macica Serbska Aşağı sorb şöbəsi yaradıldı. 19-cu əsrin ikinci yarısında təşkilatın üzvlərinin maksimum sayı 191 nəfər idi. 1905-ci ildə təşkilatın 206 üzvü var idi. Hal hazırda təşkilat 108 ilkin şöbə, 6 rayon, 5 şəhər və 3 müstəqil şöbədən ibarət olub. 1904-cü ildə Bautzendə arxiv materiallarının toplanması və sorb kitabxanasının formalaşması ilə məşğul olan Sorb Evi açıldı. Sorb evi müxtəlif icma toplantıları və mədəni tədbirlər üçün də istifadə olunurdu. 1937-ci ildə nasistlər hakimiyyətə gəldikdən sonra Macica Serbska fəaliyyəti tamamilə qadağan edildi. 1941-ci ildə təşkilatın əmlakı müsadirə edildi. Serb evi 1945-ci ildə hərbi əməliyyatlar zamanı tamamilə dağıdılıb. Cəmiyyətin fəaliyyəti İkinci Dünya müharibəsi başa çatdıqdan dərhal sonra bərpa edildi. Cəmiyyətin üzvləri əsasən dil və tarixi məsələlərlə məşğul olurdular. Daha sonra Macica Serbska müstəqillikdən məhrum edilərək Domovina təşkilatına bağlandı. Macica Serbska 1951-ci ildə Sorb İnstitutunun yaradılmasının təşəbbüskarı oldu. 1991-ci ildə Macica Serbska Domovinadan ayrıldı. Hal-hazırda Macica Serbska Sorb mədəniyyətinə dair müxtəlif konfranslar təşkil edir və sorb ictimai xadimlərinin və fəallarının fəaliyyətini dəstəkləyir. Hazırda Macica Serbska Şurası dünyanın müxtəlif ölkələrində yaşayan 22 nəfərdən ibarətdir. Hər il Baş Assambleya Pasxadan sonrakı ilk şənbə günü Bautzendə toplanır.[2]

Sədrlər

redaktə
  • Bedrich Adolf Klin (1847-1855);
  • Ernst Richtar (1856-1872);
  • Yan Arnost Smoler (1872-1882);
  • Mixal Qornik (1882-1894);
  • Korla Avqust Kaliç (1894-1895);
  • Yuri Luschansky (1895-1905);
  • Yan Pavol Krzyzan (1905-1923);
  • Yakub Skaliya (1923-1925);
  • Arnost German (1925-1934);
  • Beno Simank (1934-1938);
  • Qustav Alvin Merva (1938-1941);
  • Yakub Vyatslavk (1946-1949);
  • Gerard Wirth (1990-1991);
  • Mertin Wölkel (1991-2007);
  • Yan Malink (2008-2016);
  • Yuri Luşçanski (2016-2020).
  • Anya Poqonçova (2020-ci ilin sentyabrından).

Ədəbiyyat

redaktə
  • Матица сербо-лужицкая — статья из Большой советской энциклопедии.
  • Устав от 1875 года, Časopis Maćicy Serbskeje, 1875, səh. 57 — 63
  • Měrćin Völkel: Trać dyrbi Serbstwo. Ludowe Nakładnistwo Domovina, Budyšin 1997, ISBN 3-7420-1709-8
  • Siegmund Musiat: Sorbische/wendische Vereine. 1716—1937. (= Schriften des Sorbischen Instituts. 26). Domovina, Bautzen 2001. ISBN 3-7420-1835-3
  • Katalog Serbskeho Wotdzela Knihownje Maćicy Serbskeje (dt. Katalog der Wendischen Abteilung der Bibliothek der Gesellschaft Macica Serbska), bearbeitet und geordnet von Jacob Jatzwauk. Bautzen 1924.
  • Völkel, Měrćin (1997). Trać dyrbi Serbstwo (1. nakł. изд.). Budyšin: Ludowe nakładnistwo Domowina. ISBN 978-3-7420-1709-3.
  • Musiat, Siegmund (2001). Sorbische, wendische Vereine : 1716—1937. : ein Handbuch (1. Aufl. изд.). Bautzen: Domowina-Verl. ISBN 978-3-7420-1835-9.

İstinadlar

redaktə
  1. "1848-ci ildən 1915-ci ilə qədər rəqəmsal nüsxələr". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
  2. "Rəsmi saytı". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025