Maryana İskəndər Haqqında Məlumat - Axtarış

Maryana İskəndər Haqqında Məlumat - Axtarış


Maryana_İskəndər üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Maryana İskəndər sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Maryana İskəndər sözünə uyğun gələn mahnı axtar və yüklə


Maryana İskəndər sözünə uyğun gələn lazımlı linklərə bax


Maryana İskəndər sözünə uyğun gələn şəkillərə bax və yüklə


Maryana İskəndər sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaMaryana İskəndər sözünə uyğun gələn məqaləni oxu


Maryana İskəndər sözünə uyğun gələn xəbər axtar və oxu


Maryana İskəndər sözünə uyğun gələn kinoya bax və yüklə


Maryana İskəndər sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Maryana İskəndər sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Maryana İskəndər tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Maryana İskəndər

Amerikalı sosial sahibkar və hüquqşünas, Vikimedia Fondunun baş direktoru (2022)

Maryana İskəndər (/ˌmæriˈænə ɪˈskændər/, MARR-ee-AN-ə isk-AN-dər,[4] ərəb. ماريانا إسكندر‎; 1 sentyabr 1975[1][2], Qahirə[3]) — Misir əsilli amerikalı sosial sahibkar və hüquqşünas.[5] 2022-ci ildə o, Vikimedia Fondunun baş icraçı direktoru (CEO) vəzifəsində Ketrin Maheri əvəz edib. Bu vəzifədən əvvəl İskəndər Harambee Youth Employment Accelerator şirkətinin baş direktoru və Nyu-Yorkda Amerika Planlaşdırılmış Valideynlik Federasiyasının keçmiş baş əməliyyat direktoru olub.

Maryana İskəndər
ərəb. ماريانا إسكندر
Vikimedia Fondunun baş icraçı direktoru
Vəzifədədir
5 yanvar 2022-ci ildən
ƏvvəlkiKetrin Maher
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1975(1975-09-01)[1][2] (48 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti icraçı direktor[d], vəkil, icraçı direktor, social entrepreneur[d]
wikimediafoundation.org/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Maryana İskəndər Misirin Qahirə şəhərində anadan olub. 4 yaşında ailəsi ilə birlikdə ABŞ-yə mühacirət edib, Texas ştatının Round Rock şəhərində məskunlaşıb.[6] Harri S. Truman təqaüdü ilə Rays Universitetinə daxil olub və 1997-ci ildə sosiologiya üzrə bakalavr dərəcəsində fəqlənmə ilə məzun olub.[6][7]

1999-cu ildə İskəndər, Rodos təqaüdü ilə Oksford Universitetinin Triniti Kollecində magistr dərəcəsi alıb və burada Rodos Qadınlar Assosiasiyasını qurub. Daha sonra Yel Hüquq Məktəbinə daxil olub və 2003-cü ildə Yuris Doktoru dərəcəsi ilə bitirib.

Karyerası redaktə

Oksfordu bitirdikdən sonra İskəndər karyerasına McKinsey & Company-də başlayıb. Yel Hüquq Məktəbini bitirdikdən sonra isə İllinoys ştatının Çikaqo şəhərindəki Yeddinci Dairə Apellyasiya Məhkəməsində böyük dairə hakimi D. P. Vud üçün katiblik edib. Daha sonra o, Rays Universitetinin prezidenti Devid Libronun müşaviri vəzifəsində çalışıb. 2 ildən sonra İskəndər Nyu Yorkda Amerika Planlaşdırılmış Valideynlik Federasiyasının baş əməliyyat direktoru vəzifəsi üçün Raysdakı vəzifəsindən ayrılıb.[6] O, həmçinin W. L. Gore & Associates üçün strategiya məsləhətçisi kimi fəaliyyət göstərib və Nyu-Yorkda Cravath, Swaine & MooreHyustonda Vinson & Elkins şirkətlərində hüquq işçisi kimi işləyib.[8]

Planlaşdırılmış Valideynlik Federasiyasında işlədikdən sonra İskəndər 2012-ci ildə Cənubi Afrikada Harambee Youth Employment Accelerator təşkilatında baş əməliyyat direktoru oldu və 2013-cü ildə baş direktor vəzifəsinə yüksəldi. Harambee, gənclər arasında işsizliyi azaltmaq və ilk dəfə işçi qüvvəsinə daxil olan şəxslərin məşğulluğunu artırmaq üçün işəgötürənləri bu gənc işçilərlə əlaqələndirməyə yönəlmiş bir təşəbbüsdür. 2015-ci ildə İskəndər Nyu-York şəhərində Klinton Qlobal Təşəbbüsü qarşısında Harambee-nin Cənubi Afrikalı gənclərə 50.000 iş və iş təcrübəsi təqdim edəcəyinə dair öhdəlik götürdü; o, keçmiş ABŞ prezidenti Bill Klintonun Yohannesburqa səfəri zamanı Harambee-nin 2018-ci ilə qədər 85.000-dən çox belə fürsət təqdim edərək öhdəliklərini aşdığı məlumatını bölüşdü.[9]

Baş direktor vəzifəsində işlədiyi müddətdə qeyri-kommersiya təşkilatı 2019-cu ilin iyun ayına kimi 500 müəssisə ilə əməkdaşlıq edərək 100.000 gənc işçini iş imkanları ilə birləşdirdi.[10]

İskəndər 2021-ci il sentyabrın 14-də Vikimedia Fondunun baş direktoru təyin edilib və 5 yanvar 2022-ci ildə vəzifəsinin icrasına başlayıb.[11] Müsahibələrində o, vəzifəyə gəldikdən sonra prioritetlərinin Vikipediyanın könüllü yazarlarını və redaktorlarını şaxələndirmək və Vikimedia Fondunun məlumata əlçatanlıq missiyasını dəstəkləmək olduğunu bildirib.[12]

2023-cü ildə İskəndər Yel Qəyyumlar Şurasına seçilib.[13]

Mükafatları redaktə

İskəndər Skoll Sosial Sahibkarlıq Mükafatı və Yel Hüquq Məktəbinin Görkəmli Məzunu Mükafatı da daxil olmaqla bir sıra mükafat və təqaüdlərin sahibidir.[14] 2002-ci ildə o, "ABŞ cəmiyyətinə, mədəniyyətinə və ya akademik sahələrinə əhəmiyyətli töhfələr verməyə hazır olan" immiqrantlara və ya immiqrantların uşaqlarına verilən Yeni Amerikalılar üçün Paul & Daisy Soros Təqaüdünə layiq görülüb.[15][6] O, Rodos Təqaüdü və Harri S. Truman Təqaüdü alıb. İskəndər həmçinin Aspen İnstitutunun 2006-cı ildə Henry Crown Təqaüdçüləri sinfinin və Aspen Qlobal Liderlik Şəbəkəsinin üzvü olub.[16]

İstinadlar redaktə

  1. 1 2 https://www.myheritage.com/research/record-10220-225536608/maryana-felib-iskander-in-us-public-records-index.
  2. 1 2 https://books.google.ru/books?id=D-IrAQAAIAAJ&q=ISKANDER.
  3. 1 2 https://wikimediafoundation.org/news/2021/09/14/wikimedia-foundation-appoints-maryana-iskander-as-chief-executive-officer/.
  4. Maryana Iskander, Harambee Youth Employment Accelerator. Devex. 2019-06-18. 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-14.
  5. Who's who Among Students in American Universities and Colleges. 62. Randall Publishing Company. 1996. 714.
  6. 1 2 3 4 "Maryana F. Iskander, 2001". Paul & Daisy Soros Fellowships for New Americans. P'unk Ave. 25 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2020.
  7. "Scholar Listing". The Harry S. Truman Scholarship Foundation (ingilis). İstifadə tarixi: 2023-05-05.
  8. "About Our Team". Harambee. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  9. Linington, Darryl. "Harambee's exceeds youth employment commitment to Clinton global initiative – IT News Africa – Up to date technology news, IT news, Digital news, Telecom news, Mobile news, Gadgets news, Analysis and Reports" (ingilis). November 5, 2018. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  10. "Youth-owned township businesses complain of market access barriers". IOL. Independent Media and affiliated. 26 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2020.
  11. Lima, Cristiano. "Wikimedia taps leader of South African nonprofit as its next CEO". Washington Post (ingilis). 2021-09-14. ISSN 0190-8286. 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-14.
  12. "Wikipedia parent's new CEO wants to make it more global". The Seattle Times (ingilis). 2021-09-27. 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
  13. Peed, Andrea Thompson. "Yale announces new alumni fellow trustee and two new successor trustees". YaleNews (ingilis). 13 June 2023. 4 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2023.
  14. Edwards, Caryn. "Yale honours CEO of South African youth employment accelerator". The South African. Blue Sky Publications Ltd. February 9, 2018. 30 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2020.
  15. "Maryana Iskander". University of Arkansas Clinton School of Public Service Speaker Series. Clinton School. 26 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2020.
  16. "Maryana Iskander". AGLN. The Aspen Institute. 25 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2020.

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024