Media ekologiyası Haqqında Məlumat - Axtarış

Media ekologiyası Haqqında Məlumat - Axtarış


Media_ekologiyası üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Media ekologiyası sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Media ekologiyası sözünə uyğun gələn mahnı axtar və yüklə


Media ekologiyası sözünə uyğun gələn lazımlı linklərə bax


Media ekologiyası sözünə uyğun gələn şəkillərə bax və yüklə


Media ekologiyası sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaMedia ekologiyası sözünə uyğun gələn məqaləni oxu


Media ekologiyası sözünə uyğun gələn xəbər axtar və oxu


Media ekologiyası sözünə uyğun gələn kinoya bax və yüklə


Media ekologiyası sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Media ekologiyası sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Media ekologiyası tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Media ekologiyası

Media ekologiyası — media, texnologiya və kommunikasiyanı və onların insan mühitinə necə təsir etdiyini öyrənən nəzəriyyə.[1] Nəzəri konsepsiyalar 1964-cü ildə Marşall MakLuhan tərəfindən təklif edilmişdir.[2] Media ekologiyası termini isə ilk dəfə rəsmi olaraq 1968-ci ildə Nil Postman tərəfindən təqdim edilmişdir.[3]

Bu kontekstdə ekologiya medianın istifadə olunduğu mühitə – onların nə olduğu və cəmiyyətə necə təsir etdiyinə aiddir.[4] Nil Postman qeyd etmişdir ki, "biologiyada "mühit" bakteriya mədəniyyətinin böyüdüyü bir şeydirsə (Petri qabında olduğu kimi), media ekologiyasında mühit [insan] mədəniyyətinin böyüdüyü texnologiyadır".[5] Başqa sözlə, "media ekologiyası ünsiyyət vasitələrinin insan qavrayışına, anlayışına, hisslərinə və dəyərlərinə necə təsir etməsi, media ilə qarşılıqlı əlaqələrinin onların yaşamaq şansını necə asanlaşdırması və ya əngəlləməsi məsələsinə baxır. Ekologiya sözü bu mühitlərin öyrənilməsini nəzərdə tutur: onların strukturu, məzmunu və insanlara təsiri. Nəticə etibarı ilə mühit, insanlara müəyyən düşüncə, hiss və davranış üsullarını tətbiq edən mürəkkəb mesaj sistemidir."[6]

Bundan əlavə, alimlər medianı geniş şəkildə cəmiyyətin təbiəti və mədəniyyətini ikisi arasında "trafik"i öyrənən media ekologiyası ilə birləşdirən infrastruktur sistemi ilə müqayisə etmişdilər.[7]

Qlobal kənd redaktə

border=none  Əsas məqalə: Qlobal kənd

Marşall MakLuhan təcridin sonunu xarakterizə etmək üçün qlobal kənd ifadəsini işlətmişdir: "insanlar artıq təcrid olunmuş vəziyyətdə yaşaya bilməzlər, əksinə, həmişə davamlı və ani elektron media ilə bağlanacaqlar".[8] MakLuhan "Qutenberq qalaktikası: Tipoqrafik insanın yaradılması" kitabında qlobal kənd ideyasına toxunur: "Bir kəndin xarakteri belədir və ya elektrik mediası olduğu üçün qlobal kəndin də xarakteri belədir. Qlobal qarşılıqlı asılılığın bu əsas yeni ölçüsündən ən çox xəbərdar olan reklam və PR icmasıdır".[9]

Araşdırılması redaktə

"Twitter", "Instagram", "Facebook" kimi sosial media platformalarının yüksəlişi və onların cəmiyyətdəki ünsiyyətə təsiri ilə bağlı əhəmiyyətli araşdırmalar aparılır. Bu araşdırmalarnın bəziləri media ekologiyası perspektivi ilə aparılır.

Bir çox insan sosial media platformalarından dostları və ailəsi ilə əlaqə saxlamaq, sosiallaşmaq və ya hətta alış-veriş etmək üçün istifadə etsə də, bu platformalar sosial aktivlik üçün də mühüm rol oynayır. Sosial media aktivizmiheşteq aktivizmi əsas medianın və ictimaiyyətin diqqətini müəyyən səbəblərə görə cəlb etmək və etirazları asanlaşdırmaq üçün populyar üsullara çevrilmişdir.[10]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. West, Richard; Turner, Lynn H. Introducing Communication Theory. New York: McGraw-Hill Education. 2014. 454–472. ISBN 978-0-07-353428-2.
  2. McLuhan, Marshall. Understanding media. New York: Mentor. 1964. ISBN 978-0-262-63159-4.
  3. Gencarelli, T. F. Perspectives on culture, technology, and communication: The media ecology tradition. Gencarelli: NJ: Hampton. 2006. 201–225.
  4. Understanding Me: Lectures and Interviews, by Marshall McLuhan, edited by Stephanie McLuhan and David Staines, Foreword by Tom Wolfe. MIT Press, 2004, p. 271.
  5. Postman, Neil. "Media Ecology Education". Explorations in Media Ecology. 5 (1). 1 March 2006: 5–14. doi:10.1386/eme.5.1.5_1.
  6. Postman, Neil. "What is Media Ecology?". Media Ecology Association. 14 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 Oct 2016.
  7. Peters, John Durham. Infrastructuralism: Media as Traffic between Nature and Culture // Näser-Lather, Marion; Neubert, Christoph (redaktorlar ). Traffic: Media as Infrastructures and Cultural Practices. BRILL. 2015. 29–49. doi:10.1163/9789004298774_003. ISBN 978-90-04-29877-4.
  8. West, Richard. Introducing communication theory: analysis and application. McGraw-Hill. 2009-02-17. 432. ISBN 978-0-07-338507-5.
  9. Tremblay, Gaëtan. "From Marshall McLuhan to Harold Innis, or From the Global Village to the World Empire". Canadian Journal of Communication. 37 (4). 13 December 2012: 561–575. doi:10.22230/cjc.2012v37n4a2662.
  10. Correa, Teresa; Hinsley, Amber Willard; de Zúñiga, Homero Gil. "Who interacts on the Web?: The intersection of users' personality and social media use". Computers in Human Behavior. 26 (2). 2010-03-01: 247–253. doi:10.1016/j.chb.2009.09.003.

Xarici keçidlər redaktə


Saytda 48 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024