Mehdi Hüseyn Haqqında Məlumat - Axtarış

Mehdi Hüseyn Haqqında Məlumat - Axtarış


Mehdi_Hüseyn üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Mehdi Hüseyn sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Mehdi Hüseyn sözünə uyğun gələn mahnı axtar və yüklə


Mehdi Hüseyn sözünə uyğun gələn lazımlı linklərə bax


Mehdi Hüseyn sözünə uyğun gələn şəkillərə bax və yüklə


Mehdi Hüseyn sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaMehdi Hüseyn sözünə uyğun gələn məqaləni oxu


Mehdi Hüseyn sözünə uyğun gələn xəbər axtar və oxu


Mehdi Hüseyn sözünə uyğun gələn kinoya bax və yüklə


Mehdi Hüseyn sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Mehdi Hüseyn sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Mehdi Hüseyn tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Mehdi Hüseyn

Azərbaycanlı yazıçı, nasir, dramaturq, tənqidçi

Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası10 mart 1965[1], Bakı[1]) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), "Stalin" mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-ci ildən Sov.İKP üzvü.

Mehdi Hüseyn
1958 – 1965
ƏvvəlkiSüleyman Rəhimov
SonrakıMirzə İbrahimov
Şəxsi məlumatlar
Doğum adı Mehdi Əli oğlu Hüseynov
Doğum tarixi 4 (17) aprel 1909
Doğum yeri
Vəfat tarixi 10 mart 1965(1965-03-10)[1] (55 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti yazıçı, dramaturq, ictimai xadim, tənqidçi, nasir, dramaturq
Atası Əli Hüseynov[d]

Həyatı redaktə

Mehdi Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli kinossenariçilər kursunu bitirmişdir. Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı redaktə

O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı "Kin" povesti və siyasi motivli "Daşqın" romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən "Tərlan" romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə "Nişan üzüyü" hekayəsini, "Fəryad" və "Ürək"povestlərini yazmışdır. 1948-ci ildə Bakı neftçilərinin bədii obrazını "Abşeron" romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: "Cavanşir", "Nizami",[2] "Şamil" görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M. Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini "Yeraltı çaylar dənizə axır" romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi. O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950). Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur. Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi ("Bizdə futurizm cərəyanı") 1926 ildə, ilk hekayəsi ("Qoyun qırxımı") isə 1927 ildə dərc edilmişdir. "Bahar suları" (1930), "Xavər" (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. "Tunel" (1927), "Qan intiqamı" (1928), "Kin" (1935), "Daşqın" (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır. Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan "Komissar"da (1942–49) pəşəkar inqilabçı M. Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan "Səhər" (1953), "Tərlan" (1940), "Vətən çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən "Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara daşlar" (1957–59) və ölməz "Yeraltı çaylar dənizə axır" (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına "Şöhrət" (1939) pyesi ilə başlamışdır. "Nizami" (1942) və "Cavanşir" (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. "Alov" (1961), "İntizar" (1944, İ. Əfəndiyevlə birgə), "Şamil" (1940–41) və "Qardaşlar" (1948) pyesləri, habelə xatirələri, yol qeydləri "Bir ay və bir gün" (1963), gündəlikləri var. "Şair" (1939), "Fətəli xan" (1947, Ə. Məmmədxanlı ilə birgə), "Səhər" (1958), "Qara daşlar" (1958) kino ssenarilərinin müəllifidir. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

İrsi redaktə

Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.

Əsərləri redaktə

Filmoqrafiya redaktə

 

Mənbə redaktə

  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 Гусейн Мехти // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.

Saytda 209 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024