Mirmehdi Seyidzadə Haqqında Məlumat - Axtarış

Mirmehdi Seyidzadə Haqqında Məlumat - Axtarış


Mirmehdi_Seyidzadə üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Mirmehdi Seyidzadə sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Mirmehdi Seyidzadə sözünə uyğun gələn mahnı axtar və yüklə


Mirmehdi Seyidzadə sözünə uyğun gələn lazımlı linklərə bax


Mirmehdi Seyidzadə sözünə uyğun gələn şəkillərə bax və yüklə


Mirmehdi Seyidzadə sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaMirmehdi Seyidzadə sözünə uyğun gələn məqaləni oxu


Mirmehdi Seyidzadə sözünə uyğun gələn xəbər axtar və oxu


Mirmehdi Seyidzadə sözünə uyğun gələn kinoya bax və yüklə


Mirmehdi Seyidzadə sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Mirmehdi Seyidzadə sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Mirmehdi Seyidzadə tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Mirmehdi Seyidzadə

1907 ci ildə doğulub, 1974 cü ildə vəfat etmişdir

Mehdi (Mirmehdi) Həsən oğlu Seyidzadə (11 noyabr 1907, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu30 avqust 1976, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1936), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).

Mirmehdi Seyidzadə
Təxəllüsü Mehdi Seyidzadə
Doğum tarixi 11 noyabr 1907(1907-11-11)
Doğum yeri
Vəfat tarixi 30 avqust 1976(1976-08-30) (68 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Atası Həsən Seyidzadə
Fəaliyyəti şair
Fəaliyyət illəri 1935-ci ildən
Əsərlərinin dili Azərbaycanca
İstiqamət şeir
Janr lirik
Tanınmış əsərləri İlan və Qurbağa
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960

Həyat və fəaliyyəti redaktə

Mirmehdi Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. 1926–1930-cu illərdə QubadlıŞəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil almış yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938–1939-cu illərdə yenidən təşkil olunmuş "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cü ildə Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur. Mirmehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da vəfat etmişdir.

Yaradıcıllığı redaktə

Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeiri ilə başlamışdır. Seyidzadə 1927–29-cu illər uşaq şeirləri "Zirək Səməd" mənzum nağılını, "Şanlı gün" poemasını yazmış, "Nərgiz", "Ayaz", "Qızılquş", "Elsevər" və şairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şeirlərinə isə mahnılar bəstələnmişdir. 1932-ci ildə mükafata layiq görülən "Şanlı gün" poeması ayrıca kitab şəklində nəşr edilmişdir. Bakıda onun bir sıra başqa kitabları, o cümlədən "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları çıxmışdır. Mirmehdi Seyidzadə yaradıcılıqdan əlavə A. S. Puşkin, Jukovski, Krılov, Ömər Xəyyam və digər sənətkarların əsərlərindən tərcümələr etmişdir.

Əsərləri redaktə

  • "Keçəl Səməd" (1929);
  • "Şanlı gün" (1932);
  • "Kiçik təyyarəçilər" (1932);
  • "Neftə doğru" (şeirlər, 1933);
  • "Pinti Həsən" (1936);
  • "Uşaq şeirləri" (1936);
  • "Nərgiz" (1937);
  • "Pilotlar" (1938);
  • "Qızıl quş" (mənzum pyes, 1939);
  • "Kiçik pyeslər" (uşaq pyesi, 1939);
  • "Qara şəhər" (1939);
  • "Ceyran" (mənzum nağıl, 1940);
  • "And" (şeirlər, 1942);
  • "İsgəndər və Çoban" (nağıl, 1942);
  • "Bizim ellər" (şeirlər, 1943);
  • "Maral" (şeirlər, 1945);
  • "Qorxmaz" (pyeslər, 1945);
  • "Mübahisənin səmərəsi" (1946);
  • "Şeirlər" (1948);
  • "Çiçəklənən düzlər" (1950);
  • "Bağçamız" (1953);
  • "Yeni il hədiyyəsi" (1954);
  • "Ürək sözləri" (1959);
  • "Sirli Çeşmə" (1962);
  • "Qəzəllər" (1961);
  • "Seçilmiş əsərləri" (1962);
  • "Ulduzlar səpələnir" (1963);
  • "Şeirlər və poemalar" (1964);
  • "Seçilmiş əsərləri" ( I cild, 1966);
  • "Seçilmiş əsərləri" ( II cild, 1966);
  • "Həyat eşqi" (1968);
  • "Nərgiz" (1970);
  • "Qəzəllər" (1970);
  • "Təmsillər" (1972);
  • "Yadigar" (Mənzum nağıl, 1973);
  • "Qəzəllər" (1975);
  • "Gümüşü qar" (1976);
  • "Xatırlayarsan məni" (1978);
  • "Bahar duyğuları" (1979);
  • "Ağacların şikayəti" (şeirlər, təmsillər, poemalar, 1987)

Tərcümələri redaktə

  • Ömər Xəyyam. Rübailər. (2004).

Mükafatları redaktə

Mirmehdi Seyidzadə 1966-cı ildə "Əmək veteranı" medalı, "Şərəf nişanı" ordeni, 1958-ci ildə Lenin komsomolu mükafatı, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 1975-ci ildə "Lenin" ordeni ilə təltif edilmişdir.

Xatirəsi redaktə

2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Mirmehdi Seyidzadənin 110 illik yubileyi qeyd olunmuşdur.[1]

Haqqında yazılanlar redaktə

  • Əzizov Ə. Gənc nəslin xidmətində // Bakı. 10 aprel 1972, səh. 4.
  • Əliyev M. Xatırla məni: Mehdi Seyidzadənin 70 illiyi münasibətilə // Ədəbiyyat və incəsənət. 12 noyabr 1977, səh. 6.
  • Qasımzadə Q. Uşaqların qocaman tərbiyəçisi: (Mehdi Seyidzadənin yaradıcılığı haqqında) // Ədəbiyyat və incəsənət. 18 mart 1972, səh. 10.
  • Yusifli V. Ağanı unutmaq olarmı? : [Mehdi Seyidzadə haqqında] // Panorama. 22 yanvar 1998, səh. 6.
  • Məmmədov K. "Unudulmaz xatirələr kimlərdən danışır: /Mehdi Seyidzadənin eyni adlı kitabı haqqında/ // Azərbaycan müəllimi. 19 mart 1976, səh. 3.

İstinadlar redaktə

  1. Lider TV. "Görkəmli şair Mirmehdi Seyidzadənin 110 illiyi qeyd olunub" (az.). Youtube.com. 03.11.2017. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024