Mixail Saltıkov-Şedrin Haqqında Məlumat - Axtarış

Mixail Saltıkov-Şedrin Haqqında Məlumat - Axtarış


Mixail_Saltıkov-Şedrin üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Mixail Saltıkov-Şedrin sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Mixail Saltıkov-Şedrin sözünə uyğun gələn mahnı axtar və yüklə


Mixail Saltıkov-Şedrin sözünə uyğun gələn lazımlı linklərə bax


Mixail Saltıkov-Şedrin sözünə uyğun gələn şəkillərə bax və yüklə


Mixail Saltıkov-Şedrin sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaMixail Saltıkov-Şedrin sözünə uyğun gələn məqaləni oxu


Mixail Saltıkov-Şedrin sözünə uyğun gələn xəbər axtar və oxu


Mixail Saltıkov-Şedrin sözünə uyğun gələn kinoya bax və yüklə


Mixail Saltıkov-Şedrin sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Mixail Saltıkov-Şedrin sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Mixail Saltıkov-Şedrin tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Mixail Saltıkov-Şedrin

Mixail Yevqrafoviç Saltıkov-Şedrin (rus. Михаил Евграфович Салтыков-Щедрин, 15 (27) yanvar 1826[1][2]28 aprel (10 may) 1889[1][2], Sankt-Peterburq[1]) — Rusiya yazıçısı.

Mixail Saltıkov-Şedrin
rus. Михаил Евграфович Салтыков
Təxəllüsü Н. Щедрин[1], Николай Щедрин
Doğum tarixi 15 (27) yanvar 1826[1][2]
Vəfat tarixi 28 aprel (10 may) 1889[1][2] (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Literatorski mostki[d]
Təhsili
  • Çarskoselsk liseyi[d]
Fəaliyyəti yazıçı, jurnalist, roman yazıçısı, tərcüməçi, dramaturq, nasir
Əsərlərinin dili rus dili
Janrlar satira, roman, Salnaməçi[d], hekayə, nağıl, oçerk, povest
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Mixail Yevqrafoviç Saltıkov-Şedrin 1826-cı il yanvar ayının 27-də Moskva vilayətinin Taldom rayonunda anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. Natural məktəb ruhunda yazılmış ilk povestlərin ("Ziddiyyətlər" 1847, "Dolaşıq iş" 1848) görə həbs olunmuş və sonradan Vyatkaya sürgün edilmişdir. 1855-ci ildə sürgündən Peterburqa qayıdaraq, ədəbi fəaliyyətini davam etdirmişdir. "Quberniya oçerkləri"ndə (1856–1857) təhkimçilik quruluşuna nifrət, təhkimçi kəndlilərə rəğbət motivləri geniş əks olunmuşdur.

1856–1862-ci illərdə bir sıra yüksək quberniya vəzifələrində çalışan Saltıkov onlarla cinayətkar mülkədarı məhkəməyə cəlb etmiş, çoxlu rüşvətxor məmur xidmətdən çıxarılmışdır. 1862-ci ilin əvvəllərində, ehtimal ki, "yuxarıların" təkidi ilə Saltıkov istefaya göndərilmişdir.

Qeyd etmək lazımdır ki, əyalətdə yaşayıb-işləmək yazıçıya zəngin yaradıcılıq materialı vermişdir. "Mənsur satiralar" (1863) kitabındakı oçerk və hekayələrdə təhkimçi mütləqiyyət üsul-idarəsinin tarixən ölümə məhkumluğu fiziki əksini tapmışdır. Dövlət xidmətindən uzaqlaşdırıldıqdan sonra "Russkaya pravda" jurnalını nəşr etmək fikrinə düşdü, lakin hökumət buna icazə vermədi. N.А. Nekrasovun dəvəti ilə "Sovremennik" jurnalının redaksiyasına işə girdi. Onun burada dərc edilmiş "İctimai həyatımız" aylıq şərhləri həmin illər rus publisistikası və ədəbi tənqidinin görkəmli nümunələrindən sayılır.

1864-cü ildə Saltıkov dövlət xidmətinə qayıtsa da, rus tənqidi realizm ənənələrinə sadiq qaldı. 1868-ci ildə çarın göstərişi ilə Saltıkov birdəfəlik ehtiyata buraxıldı və ona hər hansı bir dövlət vəzifəsi tutmaq qadağan edildi. Həmin vaxtdan Saltıkov "Oteçestvennıye zapiski" jurnalında işləmiş, Nekrasovun vəfatından sonra isə onun baş redaktoru olmuşdur.

Bədii yaradıcılığının zirvəsi olan "Bir şəhərin tarixi" (1869–1870), "Nəcib nitqlər" (1872–1876), "Müasir idilliya" (1877–1881), "Xalacığaza məktublar" (1881–1882) əsərlərində mütləqiyyət və təhkimçilik quruluşu kəskin satira atəşinə tutulur, о dövr rus cəmiyyətinin sosial ziddiyyətləri, kapitalist münasibətlərinin yaranması göstərilir. Saltıkov ömrünün son illərində "Nağıllar" (1882–1886), "Həyatın təfərrüatı" (1886–1887) və s. kimi bədii sənət inciləri yaratmışdır. Onun bədii və publisistik əsərləri rus ədəbiyyatında tənqidi realizmi daha da inkişaf etdirmişdir. Ezop üslubu Saltıkov satirasının başlıca xüsusiyyətlərindəndir.

Yazıçı 1889-cu il mayın 10-da Sankt-Peterburqda vəfat etmişdir.

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 Макашин С. А., Макашин С. А. Салтыков // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 6. С. 618–629.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Xarici keçidlər redaktə


Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024