Nərmin Şirəliyeva Haqqında Məlumat - Axtarış

Nərmin Şirəliyeva Haqqında Məlumat - Axtarış


Nərmin_Şirəliyeva üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Nərmin Şirəliyeva sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Nərmin Şirəliyeva sözünə uyğun gələn mahnı axtar və yüklə


Nərmin Şirəliyeva sözünə uyğun gələn lazımlı linklərə bax


Nərmin Şirəliyeva sözünə uyğun gələn şəkillərə bax və yüklə


Nərmin Şirəliyeva sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaNərmin Şirəliyeva sözünə uyğun gələn məqaləni oxu


Nərmin Şirəliyeva sözünə uyğun gələn xəbər axtar və oxu


Nərmin Şirəliyeva sözünə uyğun gələn kinoya bax və yüklə


Nərmin Şirəliyeva sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Nərmin Şirəliyeva sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Nərmin Şirəliyeva tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Nərmin Şirəliyeva

Nərmin Şirəliyeva (rus. Нармин Ширалиева; d. 9 noyabr 1974, Bakı, Azərbaycan SSR, SSRİ) — Moskva vilayətinin mədəniyyət naziri.

Nərmin Şirəliyeva
Doğum tarixi (49 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya Rusiya
Həyat yoldaşı Yevgeni Ginsburq
Uşağı Aleksandr Ginsburq
Atası Oqtay Şirəliyev
Milliyyəti Azərbaycanlı
İxtisası Beynəlxalq jurnalistika
Təhsili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
Fəaliyyəti jurnalist
Narmin-shiralieva.ru

Həyatı redaktə

Nərmin Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə balet kursuna, daha sonra musiqi məktəbinə, ardınca bal rəqsinə gedib. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olub. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərmin ingilisfransız dillərində sərbəst danışır.[1]

1995-ci ildə İTAR-TASS agentliyində müxbir qismində praktika keçən N.Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirib və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb.

"Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.

Bundan sonra N.Şirəliyevanın yolu televiziya sahəsinə yönəlib. Belə ki, o, 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan “Kultura”da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam edib.

2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub, 2004-cü ildə isə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

2003-ci ilin fevralından N.Şirəliyeva “Kultura” telekanalında "Mədəniyyət yenilikləri" proqramının"Xudsovet" adlı xüsusi rubrikasının aparıcısı təyin olunub. 2008-ci ildən isə "Mədəniyyət yenilikləri" verilişinin axşam buraxılışının da daimi aparıcısı olub.

Nərmin Şirəliyeva sonrakı illərdə "Kultura" telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışıb. O, Moskvanın aparıcı KİV-lərində köşə yazarı kimi də çıxış edib.

Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının (rus. Единая Россия) üzvüdür. O, 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub. O, həm də "Əlaçılar" Ümumrusiya qadınlar ictimai təşkilatını yaradanlardan biridir.

Rusiyada ictimai-siyasi və mədəniyyət sahəsində aktiv fəaliyyətilə seçilən Nərmin Şirəliyeva, 2012-ci ilin sentyabrından Moskva vilayəti İctimai Palatasının üzvü, mədəniyyət və xeyriyyəçilik üzrə beynəlxalq komissiya qrupunun rəhbəri olub. 2013-cü ilin fevralından isə Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tutub. 2018-ci ilin sentyabrında Moskva vilayətinin mədəniyyət naziri təyin edilib.[1]

Şəxsi Həyatı redaktə

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin qızı olan Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından biri, məşhur televiziya və kino rejissoru Yevgeni Ginsburqla ailə həyatı qurub. Onların bu evlilikdən Aleksandr adlı bir oğulları dünyaya gəlib. Qinsburq 2012-ci il yanvarın 15-də insultdan vəfat edib.[2]

Mükafatları redaktə

Nərmin Şirəliyeva Rusiyada göstərdiyi xidmətlərə görə bir sıra mükafatlara layiq görülüb. O, mədəniyyət sahəsində tədbirləri ən yaxşı işıqlandıran və şərh edən peşəkar televiziya jurnalisti kimi Moskva şəhər meriyasının laureatı adına layiq görülüb, "Qızıl lira" mükafatı ilə təltif olunub.[1]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 "Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi". Modern.az (az.). 25 sentyabr 2018. 2018-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr.
  2. "Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi". Qafqazinfo.az (az.). 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-26.

Xarici keçidlər redaktə


Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024