Qış sarayının Böyük saray kilsəsi Haqqında Məlumat - Axtarış

Qış sarayının Böyük saray kilsəsi Haqqında Məlumat - Axtarış


Qış_sarayının_Böyük_saray_kilsəsi üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Qış sarayının Böyük saray kilsəsi sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Qış sarayının Böyük saray kilsəsi sözünə uyğun gələn mahnı axtar və yüklə


Qış sarayının Böyük saray kilsəsi sözünə uyğun gələn lazımlı linklərə bax


Qış sarayının Böyük saray kilsəsi sözünə uyğun gələn şəkillərə bax və yüklə


Qış sarayının Böyük saray kilsəsi sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaQış sarayının Böyük saray kilsəsi sözünə uyğun gələn məqaləni oxu


Qış sarayının Böyük saray kilsəsi sözünə uyğun gələn xəbər axtar və oxu


Qış sarayının Böyük saray kilsəsi sözünə uyğun gələn kinoya bax və yüklə


Qış sarayının Böyük saray kilsəsi sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Qış sarayının Böyük saray kilsəsi sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Qış sarayının Böyük saray kilsəsi tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Qış sarayının Böyük saray kilsəsi

Böyük saray kilsəsi (rus. Большой придворный собор) və ya Xilaskarın təsviri kilsəsi (rus. Собор Спаса Нерукотворного образа) - Sankt-Peterburqdakı Qış sarayının tərkibində yerləşən, keçmiş pravoslav kilsəsi. Ümumilikdə Qış sarayının tərkibinə iki kilsə daxildir ki, onlardan da kiçik olanı şəxsi otaqların yaxınlığında yerləşməklə daha şəxsi (sırf ailə üzvlərinə xidmət edən) xarakterə malikdir. Həmin kiçik kilsə 1768-ci ildə inşa edilib. Sarayın şərq qanadında yerləşən Böyük saray kilsəsi isə Françesko Bartolomeo Rastrellinin layihəsi əsasında inşa edilmişdi və Qış sarayının "ən dəbdəbəli otaqlarından biri" kimi təsvir edilir.[1] Günümüzdə artı fəaliyyət göstərməyən kilsədən Ermitajın sərgi zallarından biri kimi istifadə edilir.[1]

Böyük saray kilsəsi
E.P.Hau, 1866
Kilsənin sarayın planında yeri

Tarixi redaktə

 
Qış sarayının böyük kilsəsi 1828-ci ildə, Aleksey Tiranov

Kilsənin inşasına 14 oktyabr 1753-cü ildə (Yuli təqvimi) başlanmışdır. Yeddi il sonra kilsənin interyeri italyan rəssamlar Karlo Zuççi, Françesko Martini, Covanni Antonio Veneroni və heykəltaraş G.B. Canni tərəfindən həll edilmişdir. Rastrelli şəxsən, İvan İvanoviç Belskiİvan Vişnyakovun ikonaları çəkdiyi üç səviyyəli ikonstasın inşasına cavabdehlik daşımışdır. İtalyan rəssam Françesko Fontebasso kilsənin spandrellərində yevangelistlərin təsvirlərini və vestibülün tavanında “İsanın dirilməsi” təsvirini çəkmişdir.

Böyük saray kilsəsi Qış sarayının son tamamlanan hissələrindən biri olmuşdur. 6 aprel 1762-ci ildə saray ilk dəfə məskunlaşmağa başladıqda kilsə hələ tamamlanmamışdı, buna görə də müvəqqəti yaradılmış “İsanın dirilməsi kilsəsi”nə Novqorod arxiyepiskopu Dmitri Seçenov tərəfindən xeyir-dua verilmişdir.

12 iyul 1763-cü ildə Sankt-Peterburq arxiyepiskopu Qavriil Krementski sarayda inşası tamamlanmış kilsəyə “Xilaskarın Əl ilə Çəkilməmiş Təsviri” adına xeyir-dua vermişdir. Eyni adlı ikona 1693-cü ildə Fyodor Uxtomski tərəfindən çəkilmiş, qızıl və brilyantlarla bəzədilmiş və mehrab yaxınlığında yerləşdirilmişdi.

Memarlıq xüsusiyyətləri redaktə

 
Çar II NikolayAleksandra Fyodorovna 4/26 noyabr 1894-cü ildə Qış sarayında, əsərin müəllifi Laurits Tuksen.

Böyük saray kilsəsi və İordan pilləkəni Qış sarayında Françesko Bartolomeo Rastrellinin yaratdığı rokoko interyeri xüsusiyyətlərinin saxlandığı azsaylı hissələrdəndir. 1837-ci ildə baş vermiş yanğından sonra məhv olmuş Qış sarayını bərpa etmək üçün vəzifələndirilmiş Vasili Stasov onun ilkin interyerini eyniylə bərpa etmişdir. Buna baxmayaraq, yeni interyerdə mürəkkəb naxışlar taxtadan yox, preslənmiş papye-maçedən işlənmişdir.[1]

Yanğından əvvəl kilsə korinf sütunları ilə üç nefə ayırılmışdı. Kənar pəncərələrdən düşən işıqlar kilsəni işıqlandırırdı. Mərkəzi nef günbəzlə tamamlanmışdı. Kilsənin divarları rokoko stilində stukkolarla zəngin şəkildə bəzədilmişdi. Gümbəzdə rəssam Pyotr Basinm tərəfindən “Məsihin yüksəlişi” freskası, lunetlərdə isə Fyodor Bruni tərəfindən Müqəddəs Matfey, Mark, Lukaİohann freskaları çəkilmişdi.[1] Kilsənin yanğından sonra bərpası tamamlandıqda 25 mart 1839-cu ildə Moskva mitropoliti tərəfindən xeyir-dua verilmişdi.

Kilsə, Romonovlar sülaləsi ilə bağlı anım mərasimlərinin və dini mərasimlərin keçirildiyi əsas məkan olmuşdur. Kilsə həm də imperator ailəsinin əsas ibadət yeri olmuşdur və ailə üzvləri kilsənin küncündəki yasaqlıqda ibadət edirdi. 1914-cü ildə Almaniyaya müharibə elan etmək üçün Qış sarayının eyvanına çıxmazdan əvvəl Çar II Nikolay təntənəli şəkildə bu kilsədə ibadət mərasimi təşkil etmişdi.

Böyük saray kilsəsi müasir dövrdə redaktə

1918-ci ildə kilsə rəsmən ibadətə bağlanmışdır. Hazırda kilsə Ermitaj muzeyinin sərgi zallarından biri kimi fəaliyyət göstərir.[2]

İstinadlar redaktə

Ədəbiyyat redaktə

  • Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024