Qalo Haqqında Məlumat - Axtarış

Qalo Haqqında Məlumat - Axtarış


Qalo üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Qalo sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Qalo sözünə uyğun gələn mahnı axtar və yüklə


Qalo sözünə uyğun gələn lazımlı linklərə bax


Qalo sözünə uyğun gələn şəkillərə bax və yüklə


Qalo sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaQalo sözünə uyğun gələn məqaləni oxu


Qalo sözünə uyğun gələn xəbər axtar və oxu


Qalo sözünə uyğun gələn kinoya bax və yüklə


Qalo sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Qalo sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Qalo tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Halə

(Qalo səhifəsindən istiqamətləndirilmişdir)

Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir.

Halənin yaranmasına dair foto

Yaranma fizikası redaktə

Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir.

Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır.

Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir. Çox az hallarda rəngli qövslər və səmada sanki nəhəng pərgarlarla çəkilmiş və bir-biri ilə kəsişən çevrələr görünür. Bu işıqlı qövsləri və halqaları halə adlandırırlar. Onlar nəinki gündüz vaxtı Günəşin yaxınlığında, hətta gecə vaxtı Ayın ətrafında da əmələ gəlir. Bu vaxt onlar daha qəşəng olur.

Çox vaxt kiçik ölçülü haləlar müşahidə olunur. Bu, Günəşin və ya Ayın ətrafında əmələ gələn və bucaq radiusu 220 olan işıq halqalarıdır. Böyük halələrin bucaq radiusu 460 -yə yaxındır. Bəzən bu haləların ayrı-ayrı sahələri daha parlaq olub, yalançı Günəş deyilən periheliləri ("peri" — yaxın, "helios" — Günəş) yaradır. Səbəbi işığın kristallarda sınması ilə bağlı olan bu halələr az da olsa həmişə göy qurşağının rəng çalarlarına malik olur ki, bu da işığın dispersiyası ilə izah olunur.

Çox ehtimal ki, səmadakı ən gözəl təzahürlərdən biz daha tez-tez halənu müşahidə edirik, lakin ona çox az diqqət veririk. Əslində isə onun səmada görünməsi bizə çox şey deyə bilər. Əgər göy qurşağı bizə atmosferdəki su damcıları haqqında nə isə söyləyə bilirdisə, onda halə bizə qarı, yağışı və dolunu əmələ gətirən buz kristalları haqqında çox şey söyləyə bilər.

Damcılarda yaranan göy qurşağı kimi halə da kristallarda yaranır, lakin bütün damcılar qovuqcuq kimi eyni formaya malikdir. Atmosferdə üzən buz kristalları isə forma və ölçü cəhətdən çox müxtəlifdir. Bundan başqa hər bir kristal müxtəlif vəziyyətlərdə ola bilər.

Atmosferdə buz istənilən müxtəlif formada, məsələn, çox kiçik buz iynəciklərindən tutmuş, qəşəng qar dənəciyinə kimi müşahidə oluna bilər. Çox vaxt bu kristallar yastı ulduz lövhəcikləri, altıbucaqlı və təsadüfü hallarda üçbucaqlı lövhəciklər şəklində olur. Bu qar dənəciklərini asanlıqla müşahidə edə bilərik. Qışda qar vaxtı onları geydiyimiz paltonun üzərində görmək olar. Prizma və ya iynə şəkilli buz kristalları isə çox kiçik olduqları üçün onları yalnız mikroskopla görmək mümkündür. Məlumdur ki, belə kiçik buz kristalları atmosferin yuxarı qatlarında əmələ gəlir. Onlar 7–10 kilometr hündürlükdə yerləşən lələkvari buludlların yaranmasına səbəb olur. Belə buz iynəciklərinin altı tərəfi olur.

Bu cür mikroskopik kristal ehmalca aşağı düşə-düşə uzun müddət atmosferdə üzə bilər. Üzə-üzə o, özünün yan tərəfi və ya oturacağı istiqamətdə Günəşə doğru dönə bilər. Əgər Günəş şüası kristalın yan tərəfinə düşərsə, ondan sınaraq onun digər yan tərəfindən çıxa bilər. Düşən şüaların müəyyən qismi elə düşür ki, işıq kristaldan sınaraq 220 və ya buna yaxın bucaq altında çıxır. Onda müşahidəçinin gözünə düşən şüalar elə təsəvvür yaradır ki, guya onlar işıqlanan cismin ətrafında 220-lik bucaq altında yerləşmiş halqa əmələ gətirən bir neçə mənbədən çıxır.

Əgər kristallar yastı düzgün oturacağa malikdirsə, onda şüa oturacağa düşərək, sınıb 460-lik bucaq altında çıxacaqdır. Bu vaxt halənin ikinci, böyük halqası yaranacaqdır.

Günəş ətrafında yaranan iki konsentrik halqa (böyüyü 460, kiçiyi 220), yəni bu iki halə digərlərinə nisbətən tez-tez müşahidə olunur. Bu onu göstərir ki, buz kristalları atmosferdə nizamsız, həm şaquli istiqamətdə, həm də maili istiqamətdə hərəkət edir.

Məlum olan böyük ölçülü haləlardan, tez-tez təkrar olunan məşhur "Brohen görünməsini" misal göstərmək olar. Bu halə Günəş ətrafında əmələ gələn nəhəng işıq halqalarından ibarətdir. Bu vaxt səmanın dumanlı fonunda müşahidəçilərin siluetləri get-gedə böyüyərək onların bütün hərəkətlərini əks etdirir.

İstinadlar redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024