Qara qu quşu (film, 2010) Haqqında Məlumat - Axtarış

Qara qu quşu (film, 2010) Haqqında Məlumat - Axtarış


Qara_qu_quşu_(film,_2010) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Qara qu quşu (film, 2010) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Qara qu quşu (film, 2010) sözünə uyğun gələn mahnı axtar və yüklə


Qara qu quşu (film, 2010) sözünə uyğun gələn lazımlı linklərə bax


Qara qu quşu (film, 2010) sözünə uyğun gələn şəkillərə bax və yüklə


Qara qu quşu (film, 2010) sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaQara qu quşu (film, 2010) sözünə uyğun gələn məqaləni oxu


Qara qu quşu (film, 2010) sözünə uyğun gələn xəbər axtar və oxu


Qara qu quşu (film, 2010) sözünə uyğun gələn kinoya bax və yüklə


Qara qu quşu (film, 2010) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Qara qu quşu (film, 2010) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Qara qu quşu (film, 2010) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Qara qu quşu (film)

(Qara qu quşu (film, 2010) səhifəsindən istiqamətləndirilmişdir)

Qara qu quşu (ing. Black swan) — psixoloji triller filmi.

Qara qu quşu
ing. Black Swan
Film posteri
Film posteri
Janr Psixoloji triller
Əsas mövzu perfektsionizm[d], Psixoz
Rejissor Darren Aronofski
Prodüserlər Ari Handel
Skot Franklin
Mayk Medavoy
Arnold Messer
Brian Oliver
Əsərin müəllifi Andres Heinz
Ssenari müəllifləri Mark Heyman
Andres Heinz
Con McLaughlin
Baş rollarda Natali Portman
Vinsent Kassel
Mila Kunis
Barbara Herşi
Operator Metyu Libatique
Bəstəkarlar Klint Mansell
Pyotr İliç Çaykovski
Montajçı Endrü Vaysblum[d]
İstehsalçı Fox Searchlight Pictures
Distribütor Searchlight Pictures[d], Netflix
İlk baxış tarixi 1 sentyabr 2010
Filmin növü Bədii film
Müddət 108 dəq.
Büdcə $13 000 000[1]
Gəlir $325 378 977[2]
Ölkələr ABŞ ABŞ
Dil ingilis dili
İl 2010
Rəng rəngli
Çəkiliş yeri Nyu-York
IMDb ID0947798
Mükafatları Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun redaktə

Bakirə, saf və gözəl qız. Bir qu quşunun bədəninə sıxışıb qalıb. Azad olmağa can atır. Sadəcə həqiqi və güclü məhəbbət bu tislimi qıra bilər. Arzusu çin olmağa az qalıb deyərkən şahzadəni qara qəlbli əkizi- Qara Qu quşu yoldan çıxarır. Qu Quşuna vurulan şahzadə daha çıxış yolu olmur. Arzuları qırılan Ağ qu quşu uçurumun təpəsinə çıxıb özünü aşağı atır. Ölüm onu azadlığa qovuşdurur.

Bu bəstəkar Çaykovskinin məşhur "Qu gölü" baletinin qısa məzmunudur. "Qara Qu quşu" (Black Swan) filminə girişi də məşhur rejissor Darren Aronofski məhz bu baletdəki rəqslə başlayır. Filmin qəhrəmanı Nina (Natali Portman) adlı balerin qızdır. O öz rəqibləri arasında hər zaman birinci olmağa can atır. Baletdə baş rolu ifa etmək üçün dəridən –qabıqdan çıxır. Amma o heç ağlına belə gətirə bilmir ki, bu rolu alandan sonra o özündə bu obrazın bütün keyfiyyətlərini tapacaq. O saf, təmiz qızın içində qəddar, amansız biri peyda olacaq. Hadisələr daha da gərginləşməyə başlayır. Çünki Ninanın həqiqi və dəyərli rəqibi Lili (Mila Kunis) meydana çıxır. Nina bütün şər qüvvələrin ondan gəldiyinə əmindir ta ki filmin son akkordlarına qədər. Filmin digər dramatik nöqtəsi Ninanın anası (Barbara Xerşi) ilə olan münasibətləridir. Anası da bir vaxtlar balerina olub amma heç vaxt məşhur səhnələrdə çıxış etməyib. Bunu hər nə qədər arzulasa da, nə cəsarəti, nə də istedadı buna imkan verir. Karyerasını bitirib özünü qızına həsr edir və Ninanın peşəkar balerina olması üçün hər cür fədakarlıq edir. Amma eyni zamanda o bir balerina kimi qısqancdır … içində gizli-gizli, bilmədən, bildirmədən böyüyən qısqanclıq… Rejissorun bütün obrazları kimi Barbara Xerşinin obrazı da təzadlı və sual doludur. Natali Portman Nina obrazı ilə 2010-cu ilə damğasını vurdu. Aldığı mükafatlar bunun ən yaxşı sübutudur. Film boyu onun oyununa, balet rəqsinə heyran qalmamaq mümkün deyil. Bununla yanaşı, filmin möhtəşəm ssenarisi, rejissor baxışı, operator işi də onun uğurunda müəyyən rol oynayır. Ninanin içindəki xeyirlə-şərin bir–birilə mübarizəsi o qədər gözəl, incə və peşəkarcasına çəkilmişdi ki, bəzən hansının həqiqi olduğunu sual etməli olursan. Filmin sonu isə bütün suallara cavab verir. Bir teatr səhnəsində balet oyununu qurmaq asan deyil, Tomas (Vensan Kassel) bunu bacardı. Ninanı bir az vadar, bir az təşviq etməklə. O öz baletinin qəhrəmanını yarada bildi. Bir teatr səhnəsində qurulan balet oyununu kinoya gətirmək də asan bir iş deyil. Çünki ssenarinin daha çox mesaj vermək və vurucu olması vacibdir. Səhnə dekorasiyasının, aktyor oyununun inandırıcı olması əsas məsələdir. Amma Darren Aronofski bunu sözün həqiqi mənasında bacardı. Natalia Portman bu filmdəki roluna görə 2011-ci il 27 fevral tarixində keçirilmiş 83-cü Akademiya mükafatlarının verilməsi mərasimində, Ən yaxşı qadın aktrissa nominasiyasına layiq görüldü.

İstinadlar redaktə

  1. Zeitchik, Steven. "Darren Aronofsky's 'Black Swan' a feature film of a different feather". Los Angeles Times. September 17, 2010. 2012-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2010.
  2. "Black Swan (2010)". Box Office Mojo. 2010-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 09, 2011.

Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024