Quba məsələsi Haqqında Məlumat - Axtarış

Quba məsələsi Haqqında Məlumat - Axtarış


Quba_məsələsi üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Quba məsələsi sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Quba məsələsi sözünə uyğun gələn mahnı axtar və yüklə


Quba məsələsi sözünə uyğun gələn lazımlı linklərə bax


Quba məsələsi sözünə uyğun gələn şəkillərə bax və yüklə


Quba məsələsi sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaQuba məsələsi sözünə uyğun gələn məqaləni oxu


Quba məsələsi sözünə uyğun gələn xəbər axtar və oxu


Quba məsələsi sözünə uyğun gələn kinoya bax və yüklə


Quba məsələsi sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Quba məsələsi sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Quba məsələsi tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Quba məsələsiDağlılar Respublikası hökumətinin bəzi üzvlərinin Quba qəzası ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə əsassız ərazi iddiası.

Hadisələr redaktə

Dağlılar Respublikası 1918-ci ilin payızında Şimali Qafqazda öz mövqelərini möhkəmləndirmek üçün müəyyən tədbirlər görməklə yanaşı, bəzi addımları ilə AzərbaycanGürcüstanla münasibətlərdə problemlər yaratdı. Dağlı hökumətinin bəzi üzvləri Quba qəzası ilə bağlı Azərbaycana, Cənubi OsetiyaAbxaziya ilə əlaqədar isə Gürcüstana qarşı ərazi iddiası qaldırdılar. Dağlı Respublikası rəhbərliyinin ayrı-ayrı üzvləri Quba qəzası ilə bağlı ərazi iddiası irəli sürərkən, həmin bölgədə ləzgilərin də yaşamasını əsas gətirirdilər[1].

Yalama dəmir yolu stansiyasının ələ keçirilməsi redaktə

Dağlı hərbçiləri bu əsassız iddianı həyata keçirmək məqsədilə, hətta, Quba qəzası ərazisinə müdaxilə etmiş, Yalama dəmir yolu stansiyasını ələ keçirmişdilər. Azərbaycan sərhəd keşikçiləri 1918-ci il dekabrın 24-də onları bu ərazidən çıxarmış, şimal sərhəddini keçmiş Bakı quberniyası hüdudları boyunca bərpa etmişdilər. Dağlı hökumətinin Bakıdakı nümayəndəsi Əlixan Qantəmir bu münaqişə ilə bağlı Azərbaycan hökumətinə etirazını bildirmiş, "mübahisəli" sərhəd məsələlərinin həlli üçün xüsusi orqan yaradılması, ona qədər isə Quba qəzasının idarə olunmasında hər iki tərəfi təmsil edən müştərək qrupun fəaliyyət göstərməsi təklifini irəli sürmüşdü.

Sonrakı proseslər redaktə

Dağlı hökumətinin bəzi nümayəndələri bu cür əsassız hərəkətləri ilə ən yaxın müttəfiqləri olan qonşu dövlətlərlə münasibətlərdə soyuqluq yaradırdılar. Lakin hökumətin əksər üzvləri AzərbaycanGürcüstana qarşı ərazi iddiaları qaldırılmasına qəti etiraz etdilər. Xarici işlər naziri Heydər Bammatovun başçılıq etdiyi bu qrup Qafqazda ərazi mübahisələrinin həlli zamanı Azərbaycanın təklif etdiyi prinsipləri dəstəklədi. Həmin prinsiplər bunlar idi:

  • Ərazi məsələlərinin həllində mübahisəli bölgədə yaşayan əhalinin öz iradəsini azad surətdə bildirməsi əsas götürülməlidir.
  • Ərazi mübahisəsi yalnız əhalinin qarışıq yaşadığı bölgələrə aid edilməlidir.
  • Əhalinin rəyi yekdil olmadığı halda bölgənin iqtisadi-təsərrüfat əlaqələrinə üstünlük verilməlidir.

Quba qəzası əhalisi və Quba Müsəlman şurası bu ərazinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəti şəkildə bəyan etdi. Quba nümayəndəsi Murtuza Axundzadə Azərbaycan Parlamentində bu məsələ ilə bağlı 1919-cu il fevralın 5-dəki çıxışında bildirdi:

"  Qubada kasıb, dövlətli - hər kəsin ipək parçadan tikilmiş üçrəngli bayrağı var. " 

Quba Müsəlman şurası Dağlı hökumətinə göndərdiyi məktubda onun bəzi üzvlərinin ərazi iddiasının ümummüsəlman mənafeyini müəmmalı məqsədlərə qurban vermək kimi qiymətləndirdi. "Quba məsələsi" Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qətiyyətli mövqeyi, Quba qəzası əhalisinin öz iradəsini birmənalı şəkildə bildirməsi və Dağlı hökumətində sağlam düşüncənin üstün gəlməsi nəticəsində qısa müddətdə həll edildi[2].

Mənbə redaktə

  • Göyüşov A ., 1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000;
  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. Stenoqrafik hesabatlar, c.l, B., 1998.

İstinadlar redaktə

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 159
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 160

Həmçinin bax redaktə


Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024