Qubad Bayramov Haqqında Məlumat - Axtarış

Qubad Bayramov Haqqında Məlumat - Axtarış


Qubad_Bayramov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Qubad Bayramov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Qubad Bayramov sözünə uyğun gələn mahnı axtar və yüklə


Qubad Bayramov sözünə uyğun gələn lazımlı linklərə bax


Qubad Bayramov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Qubad Bayramov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaQubad Bayramov sözünə uyğun gələn məqaləni oxu


Qubad Bayramov sözünə uyğun gələn xəbər axtar və oxu


Qubad Bayramov sözünə uyğun gələn kinoya bax və yüklə


Qubad Bayramov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Qubad Bayramov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Qubad Bayramov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Qubad İbadoğlu

(Qubad Bayramov səhifəsindən istiqamətləndirilmişdir)

Qubad İbad oğlu Bayramov (12 sentyabr 1971, Aşağı Güzlək, Füzuli rayonu[1]) — azərbaycanlı siyasətçi, iqtisad elmləri namizədi,[2][3][4] Azərbaycan Demokratiya və Rifah Hərəkatının qurucusu və ilk sədri.[5]

Qubad İbadoğlu
Şəxsi məlumatlar
Doğum tarixi 12 sentyabr 1971(1971-09-12) (52 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti alim, universitet müəllimi[d], insan hüquqları fəalı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d] (2000)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

12 sentyabr 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub.

20 ilə yaxın müddətdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi təhlil" kafedrasında çalışmışdır. 53 adda və 175 çap vərəqi həcmində elmi əsərin, 20-dək kitabın, monoqrafiyanın və dərs vəsaitinin müəllifidir.[6]

2004–2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008–2009-cu tədris ilində Çapel Hill Şimali Karolina Universitetində, 2015–2016-cı tədris ilində Dyuk Universitetində, 2017–2018-ci tədris ilində Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018–2021-ci tədris illərində Nyu-Cersidə Ratqers Universitetində yarımştat qaydada pedoqoji fəaliyyətlə məşğul olub. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin qonaq elmi işçisi olmuşdur.[7]

Ailəsi redaktə

İctimai fəaliyyəti redaktə

1995–1999-cu illərdə "Ekonomiks" iqtisadiyyat qəzetinin baş redaktoru olmuş, 1 yanvar 2000-ci ildən isə elmi-iqtisadi "Ekspert" jurnalının baş redaktorudur.[8]

2002-ci ildən 2012-ci ilədək İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olub.

2007-ci ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir.

2008-ci ildə qərargahı Londonda yerləşən "Ödədiyini Açıqla" Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun, 2009-cu ildə qərargahı Buxarestdə yerləşən Qara Dəniz QHT Forumunun İdarə Heyətinin, 2013–2019-cu illərdə qərargahı Osloda yerləşən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin üzvü olub.

Siyasi fəaliyyəti redaktə

Müsavat partiyasının divan üzvü olmuşdur.

2000-ci il parlament seçkilərində Qubad İbadoğlu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 5-ci sırada olmuşdur.[9] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Qubad İbadoğlu deputat seçilə bilməmişdir.[10][11]

2014-cü ilin sentyabrında partiyanın sədrliyinə keçirilən seçkilərdə iştirak edərək 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya məğlub olmuşdur. 2015-ci il fevralın 6-da Müsavat partiyasından xaric edilmişdir.[12]

2015-ci il fevralın 21-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis qurultayında Hərəkatın sədri seçilmişdir.[13] 17 oktyabr 2021-ci il tarixində onlayn olaraq 88 nümayəndədən 82-sinin iştirakı ilə keçirilən qurultayda hərəkatı partiya olmaq qərarına gəlib.[5] Azərbaycan Demokratiya və Rifah Hərəkatı dəfələrlə partiya kimi qeydiyyatdan keçmək üçün müraciət etsə də, Ədliyyə Nazirliyi tərəfindən rədd edilib.[14]

23 iyul 2023-cü ildə Sumqayıta partiya gəncləri ilə görüşə gedərkən DİN əməkdaşları tərəfindən saxlanılaraq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.[15] Vəkilinin bildirdiyinə görə Qubad İbadoğluna Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham verilib və o təqsirləndirilən şəxs qismində cəlb edilib. 24 iyul 2023-cü ildə keçirilən məhkəmə prosesində barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.[16] 22 aprel 2024-cü il tarixində ev dustaqlığına buraxılıb.[17]

İstinadlar redaktə

  1. "Curriculum Vitae" (PDF) (ingilis). Economic Research Center. 2016-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-01-25.
  2. Mədən sənayesində şəffafığın artırılması Koalisiyası. "Qubad İbadoğlu" (PDF) (ingilis). eiti-ngo-azerbaijan.org. 2016-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-01-22.
  3. Asif Nərimanlı. "Əyləncəli, ağıllı, eqoist, tədbirli... Qubad İbadoğlu kimdir? - "Fizioqnomiya" testi" (ingilis). publika.az. 2014-09-19. 2016-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
  4. Azad Fikir Universiteti. "Qubad İbadoğlu" (az.). www.azadfikir.org. 2016-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
  5. 1 2 24saat.org. "ADR Hərəkatı partiya oldu" (az.). Vüqar Qurdqanlı. 16 oktyabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2021.
  6. "Qubad İbadoğlu" (az.). Adam.az. 2016-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
  7. Science, London School of Economics and Political. "Gubad Ibadoghlu". London School of Economics and Political Science (ingilis). İstifadə tarixi: 2023-11-12.
  8. Democratic Institutions and Human Rights Social Union. "Gubad Ibadoglu" (ingilis). www.democraticinstitutions.org. 2010-10-09. 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-05.
  9. "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  10. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  11. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  12. Amerikanın Səsi. "Qubad İbadoğlu Müsavat Partiyası üzvlüyündən xaric edilib" (az.). www.amerikaninsesi.org. 2015-02-06. 2016-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-04.
  13. Amerikanın Səsi. "Azərbaycan Demokratiya və Rifah Hərəkatı təsis edilib" (az.). www.amerikaninsesi.org. 2015-02-21. 2016-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-04.
  14. "Ədliyyə Nazirliyi ADR Partiyasını dövlət qeydiyyatına almaqdan imtina edib". Voice of America (az.). 2022-03-01. 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
  15. "Məhkəmə Qubad İbadoğlu barəsində qərar verib". Report İnformasiya Agentliyi (az.). 24 iyul 2023. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2023.
  16. "Məhkəmə Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib". Sputnik Azərbaycan (az.). 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2023.
  17. "Qubad İbadoğlu ev dustaqlığına buraxıldı". Qafqazinfo (az.). 2024-04-22. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.

Xarici keçidlər redaktə


Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024