Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı Haqqında Məlumat - Axtarış

Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı Haqqında Məlumat - Axtarış


Qurban_Qurbanovun_milli_komandada_vurduğu_qolların_siyahısı üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı sözünə uyğun gələn mahnı axtar və yüklə


Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı sözünə uyğun gələn lazımlı linklərə bax


Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı sözünə uyğun gələn şəkillərə bax və yüklə


Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaQurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı sözünə uyğun gələn məqaləni oxu


Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı sözünə uyğun gələn xəbər axtar və oxu


Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı sözünə uyğun gələn kinoya bax və yüklə


Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı

Qurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) baş məşqçisidir.[1]

Qurban Qurbanov millidə keçirdiyi 68 oyunda 14 qol vurub.

Qurbanov Azərbaycan milli futbol komandasının ən məhsuldar oyunçusudur. Keçmiş hücumçu 1992–2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisində 68 oyunda[Qeyd 1] 14 qol[Qeyd 2] vurub.[2][3][4][5][6][7] Qurbanov artıq 14 ildir futbolçu karyerasını bitirsə də, hələ də millisinin ən məhsuldar oyunçusu olaraq qalmaqdadır.

Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib.[8] O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib.[8][9] Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb.[2][3]

Vurduğu qollar redaktə

  Xarici video
  Qurban Qurbanovun milli komandada vurduğu qolların bir qismi.  

Qurbanovun milli komandada ilk qolu 1993-cü ilə təsadüf edir. İyunun 8-də İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə Azərbaycan 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan yığma komandası ilə qarşılaşırdı.[8][10] Qurbanov görüşün 14-cü dəqiqəsində hesabı açır, 41-ci dəqiqədə isə ikinci qolu qazaxların qapısından keçirir.[8] Qarşılaşma 3:3 hesabı ilə başa çatır.[8] Bu oyun Qurbanov üçün millidə qol hesabını açması və dubl etməsi ilə əlamətdar olur.

Qurbanov millidə növbəti qolunu Farer adaları ilə keçirilən yoldaşlıq oyununda vurur. 1996-cı il fevralın 27-də Kiprdə keçirilən görüşdə (3:0) Qurbanov komandasının 3-cü qoluna imza atıb.[8][11]

Həmin ilin mayında isə Qurbanov millidə 4-cü qolunu vurur. Bu, Belarusla yoldaşlıq oyununda (2:2) gerçəkləşir. Matçın 46-cı dəqiqəsində kapitan Nazim Süleymanovu əvəzləyən Qurbanov 53-cü dəqiqədə fərqlənir.[8][12]

Qurbanov 1997-ci ilin martında Türkmənistanla Bakıda keçirilən yoldaşlıq oyununda da rəqibi məyus etməyi bacarır. O, 3:0 hesabı ilə qalib gəldikləri matçın 88-ci dəqiqəsində son nöqtəni qoyur.[8][13]

Avro-2000-in seçmə mərhələsində səfərdə Lixtenşteynlə keçirilən oyunda da Qurbanov fərqlənir. O, 1:2 hesablı məğlubiyyətdə təsəlli qolunu vurur.[8][14]

Qurbanov növbəti qol sevincini Estoniya ilə yoldaşlıq matçında yaşayıb. O, 2:2 hesablı bərabərliklə bitən qarşılaşmanın 1-ci dəqiqəsində rəqibi məyus edib.[8][15]

Avro-2000-nin seçmə mərhələsində Lixtenşteynlə Bakıda keçirilən görüş də Qurbanov üçün əlamətdardır. O, səfərdəki matçda olduğu kimi, "Tofiq Bəhramov"da da rəqib qapısına yol tapmağı bacarır. 4:0 hesablı qələbədə ilk qolu Qurbanov vurur.[8][16]

Artıq millinin əsas qol silahına çevrilən Qurbanov Avro-2004-ün seçmə mərhələsində də komandasına öz töhfəsini verir. O, 2003-cü ilin 12 fevralında səfərdə Serbiya və Çernoqoriya ilə keçirilən görüşün qəhrəmanı olur. Yığması 0:2 hesabı ilə geridə olan zaman matçın 58 və 77-ci dəqiqələrində qol vuran hücumçu komandasını məğlubiyyətdən xilas edərək millisinə bir xal qazandırır.[17] Qurbanov bu rəqiblə Bakıda keçirilən oyunda da toru silkələməyi bacarır.[8][18]

Qurbanov 2004-cü ildə Moldova, ÖzbəkistanLatviya ilə keçirilən yoxlama oyunlarının hərəsində bir qol vurur.[8][19][20][21]

Qolların siyahısı redaktə

Azərbaycanın qolları ilk sırada göstərilmişdir.

# Tarix Məkan Rəqib Hesab Nəticə Yarış İst
1 08.06.1993 Azadi stadionu, Tehran, İran Qazaxıstan  Qazaxıstan (21 yaşlılar) 1–0 3–3 1993 EKO Kuboku [10]
2 08.06.1993 Azadi stadionu, Tehran, İran Qazaxıstan  Qazaxıstan (21 yaşlılar) 2–1 3–3 1993 EKO Kuboku [10]
3 27.02.1996 Antonis Papadopulos stadionu, Larnaka, Kipr Farer adaları  Farer adaları 3–0 3–0 Yoldaşlıq oyunu [11]
4 27.05.1996 Şəhər stadionu, Molodeçno, Belarus Belarus  Belarus 1–1 2–2 Yoldaşlıq oyunu [12]
5 22.03.1997 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Türkmənistan  Türkmənistan 3–0 3–0 Yoldaşlıq oyunu [13]
6 14.10.1998 Reynpark stadionu, Vaduts, Lixtenşteyn Lixtenşteyn  Lixtenşteyn 1-2 1–2 Avro 2000-in seçmə mərhələ oyunu [14]
7 06.03.1999 Antonis Papadopulos stadionu, Larnaka, Kipr Estoniya  Estoniya 1–0 2–2 Yoldaşlıq oyunu [15]
8 05.06.1999 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Lixtenşteyn  Lixtenşteyn 1–0 4–0 Avro 2000-in seçmə mərhələ oyunu [16]
9 12.02.2003 Pod Qoritsom stadionu, Podqoritsa, Serbiya və Monteneqro Serbiya və Monteneqro  Serbiya və Monteneqro 1-2 2–2 Avro 2004-ün seçmə mərhələ oyunu [17]
10 12.02.2003 Pod Qoritsom stadionu, Podqoritsa, Serbiya və Monteneqro Serbiya və Monteneqro  Serbiya və Monteneqro 2-2 2–2 Avro 2004-ün seçmə mərhələ oyunu [17]
11 11.06.2003 Şəfa stadionu, Bakı, Azərbaycan Serbiya və Monteneqro  Serbiya və Monteneqro 1–1 2–1 Avro 2004-ün seçmə mərhələ oyunu [18]
12 31.03.2004 Respublika stadionu, Kişinyov, Moldova Moldova  Moldova 1-1 2–1 Yoldaşlıq oyunu [19]
13 28.05.2004 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Özbəkistan  Özbəkistan 1–0 3–1 Yoldaşlıq oyunu [20]
14 06.06.2004 Skonto stadionu, Riqa, Latviya Latviya  Latviya 2-1 2–2 Yoldaşlıq oyunu [21]

Statistika redaktə

Qeydlər redaktə

  1. Qurbanovun milli komandanın heyətində keçirdiyi 68 oyundan 2-si FİFA tərəfindən tanınmayıb: Azərbaycan 3:3 Qazaxıstan (21 yaşlılar)Azərbaycan 2:0 Kipr (21 yaşlılar).[2]
  2. Qurbanovun milli komandanın heyətində vurduğu 14 qoldan 2-si FİFA tərəfindən tanınmayıb: Azərbaycan 3:3 Qazaxıstan (21 yaşlılar) (dubl edib).[2]

İstinadlar redaktə

  1. "Azərbaycanın "Qarabağ" futbol klubu "Neftçi"nin keçmiş baş məşqçisi ilə müqavilə bağlayıb". Trend.az. 14 Noyabr 2017 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 "Gurban Gurbanov - Goals in International Matches". Rsssf.com. 20 Noyabr 2017 tarixində arxivləşdirilib.
  3. 1 2 "Football PLAYER: Qurban Qurbanov". Eu-football.info. 20 Noyabr 2017 tarixində arxivləşdirilib.
  4. "QURBAN QURBANOV AZƏRBAYCAN MİLLİSİNİN BAŞ MƏŞQÇİSİ TƏYİN OLUNUB". CBC.az. 2017-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  5. "Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olunub". Apa.az. 2017-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  6. "Qurban Qurbanov 43 yaşında". Sportal.az. 2017-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  7. "ATV kanalının Qurban Qurbanov haqqında süjeti. 2005-ci il 25 sentyabr. Həftəsonu proqramı". Sportpress.az. 2017-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-04.
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Bombardirin millimizə qayıdışı". Qol.az. 2017-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
  9. "Football MATCH: 17.09.1992 Georgia v Azerbaijan". Eu-football.info. 2017-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
  10. 1 2 3 "Football MATCH: 08.06.1993 Kazakhstan* v Azerbaijan". Eu-football.info. 14 Noyabr 2017 tarixində arxivləşdirilib.
  11. 1 2 "Football MATCH: 27.02.1996 Azerbaijan v Faroe Islands". Eu-football.info. 16 Noyabr 2017 tarixində arxivləşdirilib.
  12. 1 2 "Football MATCH: 27.05.1996 Belarus v Azerbaijan". Eu-football.info. 2017-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.
  13. 1 2 "Football MATCH: 22.03.1997 Azerbaijan v Turkmenistan". Eu-football.info. 2017-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.
  14. 1 2 "Football MATCH: 14.10.1998 Liechtenstein v Azerbaijan". Eu-football.info. 16 Noyabr 2017 tarixində arxivləşdirilib.
  15. 1 2 "Football MATCH: 06.03.1999 Azerbaijan v Estonia". Eu-football.info. 2017-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.
  16. 1 2 "Football MATCH: 05.06.1999 Azerbaijan v Liechtenstein". Eu-football.info. 16 Noyabr 2017 tarixində arxivləşdirilib.
  17. 1 2 3 "Gurbanov earns surprise point". UEFA.com. 2017-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  18. 1 2 "Ismaylov the toast of Azerbaijan". UEFA.com. 17 Noyabr 2017 tarixində arxivləşdirilib.
  19. 1 2 "Football MATCH: 31.03.2004 Moldova v Azerbaijan". Eu-football.info. 18 Noyabr 2017 tarixində arxivləşdirilib.
  20. 1 2 "Football MATCH: 28.05.2004 Azerbaijan v Uzbekistan". Eu-football.info. 18 Noyabr 2017 tarixində arxivləşdirilib.
  21. 1 2 "Football MATCH: 06.06.2004 Latvia v Azerbaijan". Eu-football.info. 18 Noyabr 2017 tarixində arxivləşdirilib.

Saytda 145 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024