Rok Mark Kristian Kabore Haqqında Məlumat - Axtarış

Rok Mark Kristian Kabore Haqqında Məlumat - Axtarış


Rok_Mark_Kristian_Kabore üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Rok Mark Kristian Kabore sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Rok Mark Kristian Kabore sözünə uyğun gələn mahnı axtar və yüklə


Rok Mark Kristian Kabore sözünə uyğun gələn lazımlı linklərə bax


Rok Mark Kristian Kabore sözünə uyğun gələn şəkillərə bax və yüklə


Rok Mark Kristian Kabore sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaRok Mark Kristian Kabore sözünə uyğun gələn məqaləni oxu


Rok Mark Kristian Kabore sözünə uyğun gələn xəbər axtar və oxu


Rok Mark Kristian Kabore sözünə uyğun gələn kinoya bax və yüklə


Rok Mark Kristian Kabore sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Rok Mark Kristian Kabore sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Rok Mark Kristian Kabore tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Rok Mark Kristian Kabore

Keçmiş prezident

Rok Mark Kristian Kabore (fr. Roch Marc Christian Kaboré; 25 aprel 1957[1][2], Uaqaduqu[3]) — Burkina Fasonun keçmiş Prezidenti vəzifəsində çalışan siyasətçi.

Rok Mark Kristian Kabore
fr. Roch Marc Christian Kaboré
Burkina-Fasonun Prezidenti
29 dekabr 2015 – 24 yanvar 2022
ƏvvəlkiMişel Kofando
SonrakıPol-Anri Sandaoqo Damiba
Burkina-Fasonun Baş naziri
22 mart 1994 – 6 fevral 1996
ƏvvəlkiYusuf Uedraoqo
SonrakıKadre Dezire Uedraoqo
Şəxsi məlumatlar
Doğum tarixi (66 yaş)
Doğum yeri Uaqaduqu, Fransa Yuxarı Voltası (indiki Burkina-Faso)
Fəaliyyəti siyasətçi, iqtisadçı, bankir
Həyat yoldaşı Sika Bella Kabore
Uşağı 3
Dini islam
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kabore səsvermənin ilk turunda səs çoxluğu qazanaraq 2015-ci ilin noyabr ayında keçirilmiş ümumi seçkilərdə Burkina-Faso Prezidenti seçildi. Vəzifəyə gəldikdən sonra hərbi fəaliyyəti olmayan 49 ildə ilk prezident oldu. Kabore siyasi fəaliyyətindən öncə bankir idi.

24 yanvar 2022-ci ildə, 2022-ci ildə Burkina Faso dövlət çevrilişi zamanı Kabore ordu tərəfindən devrildi və həbs edildi. Bu açıqlamadan sonra hərbçilər parlamentin, hökumətin və konstitusiyanın buraxıldığını bəyan ediblər.[4]

Həyatı redaktə

Kabore o zaman Yuxarı Volta adlandırılan indiki Burkina-Faso paytaxtı Uaqaduquda anadan olub. O, keçmiş hökumət naziri və Qərbi Afrika Dövlətləri Mərkəzi Bankının keçmiş sədr müavini Bila Çarlz Kaborenin oğludur. 1962–1968-ci illərdə ibtidai təhsilini almışdır. Ardınca Uaqaduquda Müqəddəs Con Sal Kollecində təhsilini davam etdirmişdir. 1968-ci ildən 1975-ci ilədək orada təhsil almış, 1972-ci ildə oradan sertifikat əldə edərək 1975-ci ildə bakalavr dərəcəsinə qəbul olmuşdur. Burqundiya Universitetində iqtisadi idarəetmə ixtisası üzrə təhsil almışdır. Orada 1980-ci ildə magistr dərəcəsi almışdır.[5]

Kabore gələcək həyat yoldaşı Sika Bella Kabore ilə Fransada təhsil alarkən tanış oldu. Cütlük 1982-ci ildə evləndi və üç övladı var.[6]

Fəaliyyəti redaktə

Bankir fəaliyyəti redaktə

Kabore atası Bila Çarlz Kabore kimi Burkina Beynəlxalq Bankında bankir olaraq tanındı. Tomas Sankaranın prezidentliyi dövründə Burkina-Fasonun ən böyük bankına rəhbərlik etdi. 1984-cü ildə, 27 yaşında BBB-ın baş direktoru seçildi, 1989-cu ilin sentyabrına qədər hökumətə təyin olunana qədər bu vəzifədə qaldı.[7]

Siyasi fəaliyyəti redaktə

Nazir olaraq Burkina-Faso hökumətində çalışmış, Prezidentin xüsusi müşaviri olmuş və Milli Məclisdə millət vəkili olmuşdur. 1994-cü ildə Baş nazir seçildi. Demokratiya və Tərəqqi üçün Konqres 1996-cı il fevralın əvvəlində qurulduqda Kabore Baş nazir vəzifəsindən istefa etdi və yeni hakim partiyanın Birinci vitse-prezidenti, habelə Prezidentin Xüsusi müşaviri təyin edildi.

6 iyun 2002-ci ildə Melege Moris Traorenin əvəzinə Burkina-Faso Milli Məclisinin Prezidenti seçildi.[8]

2007-ci ilin mayında parlament seçkilərində Kabore DİP-ın siyahısından ilk namizəd olaraq yenidən Milli Məclisə seçildi. Seçkidən sonra Milli Məclis yenidən Kaboreni Prezident etdi. Burada Kobre 90, Norbert Tiendrebeoqo 13 səs topladı və 7 səs etibarsız hesab edildi.[9]

DİP-dən istefası redaktə

Kabore DİP-in bir sıra digər tanınmış simaları ilə birlikdə 6 yanvar 2014-cü ildə partiyadan istefa etdiyini açıqladı. İstefa edənlər partiyanın qeyri-demokratik şəkildə idarə olunduğunu söylədilər və dəyişiklik planlarına qarşı olduqlarını bildirdilər.[10]

Prezident fəaliyyəti redaktə

4-5 iyul 2015-ci il tarixlərində Uaqaduquda yerləşən İdman Sarayında keçirilən qurultayda Kabore 29 noyabr 2015-ci il tarixində keçiriləcək prezident seçkiləri üçün XİH namizədi olaraq rəsmi şəkildə təsdiq edildi.[11]

29 noyabr 2015-ci il seçkilərində Kabore rəqibi Zefirin Diabrenin topladığı 29.7% səsə qarşı səslərin 53.5%-i toplayaraq səsvermənin ilk turunda qalib gəldi. 29 dekabr 2015-ci ildə Prezident vəzifəsinə and içdi. 7 yanvar 2016-cı ildə iqtisadçı Pol Kaba Tiyebanı Baş nazir təyin etdi. Yeni hökumətin tərkibi 13 yanvar tarixində Kaborenin nazirlər kabinetinin tərkibini şəxsən özü tərtib etməsi ilə açıqlandı. Daha öncə Gənclər Naziri vəzifəsini icra edən Jan-Klod Bauda 20 fevral 2017-ci ildə Kaboredən Müdafiə Naziri vəzifəsinə keçmək üçün təyinat aldı.[12]

22 noyabr 2020-ci il ümumi seçkilərində səslərin 57.74%-i toplayaraq ikinci müddətə Prezident seçildi.[13]

Həbsi redaktə

24 yanvar 2022-ci ildə Kabore hərbçilər tərəfindən devrildi. Bu açıqlamadan sonra hərbçilər parlamentin, hökumətin və konstitusiyanın buraxıldığını bəyan ediblər. Mühafizə və Bərpa Uğrunda Vətənpərvər Hərəkat onun imzaladığı əl ilə yazılmış istefa məktubunu paylaşıb və onun həqiqiliyi "Reuters" tərəfindən təsdiqlənib. "Millətin maraqları naminə, dünəndən bəri baş verən hadisələrdən sonra mən Burkina-Faso Prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim", məktubda deyilir. Daha sonra Kaborenin hərbi kazarmada saxlanıldığı bildirilib. Daha sonra o, ev dustaqlığına köçürülüb.[14]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Roch Marc Christian Kaboré // Brockhauz Ensiklopediyası (alm.).
  2. Roch Marc Christian Kabore // Munzinger Personen (alm.).
  3. Roch Marc Christian Kaboré // Munzinger Personen (alm.).
  4. "Arxivlənmiş surət". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.
  5. https://web.archive.org/web/20080628092420/http://www.an.bf/SiteAn/president/biographie.html
  6. "Arxivlənmiş surət". 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  7. "Arxivlənmiş surət". 2011-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-25.
  8. "Arxivlənmiş surət" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-06-25.
  9. https://web.archive.org/web/20070810101731/http://www.an.bf/SiteAn/afficher.jsp?code=140
  10. "Arxivlənmiş surət". 2014-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-25.
  11. "Arxivlənmiş surət". 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-25.
  12. "Arxivlənmiş surət". 2017-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-25.
  13. "Arxivlənmiş surət". 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-25.
  14. https://www.aljazeera.com/news/2022/1/31/burkina-faso-restores-constitution-names-coup-leader-president%7Ctitle=Burkina[ölü keçid]

Xarici keçidlər redaktə


Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024