Sənubər İsgəndərli Haqqında Məlumat - Axtarış

Sənubər İsgəndərli Haqqında Məlumat - Axtarış


Sənubər_İsgəndərli üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Sənubər İsgəndərli sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Sənubər İsgəndərli sözünə uyğun gələn mahnı axtar və yüklə


Sənubər İsgəndərli sözünə uyğun gələn lazımlı linklərə bax


Sənubər İsgəndərli sözünə uyğun gələn şəkillərə bax və yüklə


Sənubər İsgəndərli sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaSənubər İsgəndərli sözünə uyğun gələn məqaləni oxu


Sənubər İsgəndərli sözünə uyğun gələn xəbər axtar və oxu


Sənubər İsgəndərli sözünə uyğun gələn kinoya bax və yüklə


Sənubər İsgəndərli sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Sənubər İsgəndərli sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Sənubər İsgəndərli tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Sənubər İsgəndərli

Sənubər Sabir qızı İsgəndərli (25 oktyabr 1960, Bakı) — Azərbaycan teatr və kino aktrisası,[1] müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002), Prezident mükafatçısı.[2]

Sənubər İsgəndərli
Digər adı Sənubər İsgəndərova
Doğum tarixi 25 oktyabr 1960(1960-10-25) (63 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktrisa, müğənni
Fəaliyyət illəri 1986-cı ildən
Təhsili
Teatr
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002"Sənətkar" medalı

Həyatı redaktə

Sənubər Sabir qızı İsgəndərova 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.Bir qızı,iki nəvəsi var.

Sənubər İsgəndərova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olaraq Həlimə xanım ("Qətl günü" Y. Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı" R. Əlizadə), Leyli ("Leyli və Məcnun" M. Füzuli), Fərizə ("Şəhidlər" R. Səməndər), Bahar ("Kimdir müqəssir" Ə.Haqverdiyev), Tomris ("Yeddi məhbusə" Ə. Əmirli), Müğəni qız ("Laləli düzən" R. Əlizadə), Qonaq ("Qurbanəli bəy" C. Məmmədquluzadə), Yelena ("Yay gecəsində yuxu")V.Şekspir,Qız(S.Stratiyev "Çarəsiz sərnişinlər")Aqrippina(Xubai"Neron oynayır")tamaşası və s. rollarını oynayıb.

1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), İcraçı ("Şah Edip" Sofokl), Burla Xatun ("Burla xatun" N.Xəzri), Nisə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov), Ulduz ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Aysel ("Cəzasız günah" B.Vahabzadə), Gertruda ("Hamlet" V.Şekspir), Firəngiz və Fransuaza ("Brüsseldən məktublar" H.Həsənov),Molli ("Siçan tələsi" A.Kristi), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı),Nora ("Oyuncaq ev" H.İbsen), Falçı ("Mesenat" Ə.Əmirli), Klara Veşer ("Yaşli xanimin gəlişi", F.Durrenmatt), məşuqə ("Generalın son əmri", Vaqif Səmədoğlu), Qadın ("21-15 qatari" T.Orbay) Sveta("Sinif yoldaşları"Y.Polyakov)LalByuz(C.Məmmədquluzade "Dəli yığıncağı"), Həcər ("Dantenin yubileyi" Anar) rollarını oynayıb.

Sənubər İsgəndərova "Şöhrət və ya unudulan adam" (Qadın), "Qurbanəli bəy" (Xanım), "Yaşıl eynəkli adam" (Jalə), "Şirin çay"(Aktrisa),"Bəyaz gecələr" (Nastya), "Qu quşunun məhəbbəti" (Gülər)"Fatehlərin divani"(OlcayTürkan Xatun) teletamaşalarına və "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (İsmayılın arvadı), "Təsədüfi görüş" (Tamara xanım), "Leyli və Məcnun"( Leylinin anası),"Hökmdarın Taleyi" (Tubu xatun) filmlərinə çəkilib. Xəzər TV-də yayımlanan "Qayınana" serialında Afət xanım, "Ataocağı" serialında Zəminə rolunu ifa etmişdir.

2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

9 may 2012-ci ildə, 10 may 2019-cu ildə[3], 7 may 2020-ci ildə[4], 7 may 2021-ci ildə[5], 6 may 2023-cü ildə[6] və 9 may 2024-cü ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.

8 mart 2016-cı ildə Azərbaycan mədəniyyəti və incəsənətinə, həmçinin kino yaradıcılığı sahəsinə verdiyi töhfələrə görə Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyi tərəfindən "İlin işgüzar xanımı" mükafatı ilə təltif edilmişdir. Həmçinin "Qızıl Dərviş" mükafatına da layiq görülmüşdür.

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.[8]

Filmoqrafiya redaktə

  1. Kimin sualı var (film tamaşa 1986) – Ağgül
  2. Kişi sözü (film, 1987)
  3. Unudulan adam (film, 1987)
  4. Şöhrət və ya unudulan adam (televiziya tamaçasi 1987) – qadın
  5. Şahid qız (film, 1990)
  6. Fəryad (film, 1993)
  7. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  8. Fatehlərin divanı
  9. Nigarançılıq (film, 1998)
  10. Təsadüfi görüş (film, 1999)
  11. Yaşıl eynəkli adam-2 (film, 1999)
  12. Dirsə xan oğlu Buğac boyu (film, 2000) (2 hissəli bədii film)
  13. Şeirin xəzrisi (film, 2000)
  14. Yaşıl eynəkli adam-3 (film, 2002) – Jalə
  15. Əlvida, cənub şəhəri (film, 2006)
  16. Bir dəfə Qafqazda (film, 2007)
  17. Cavid ömrü (film, 2007)
  18. Hökmdarın taleyi (film, 2008)
  19. Vəkil hanı? (film, 2011) (aktyor seçimi)
  20. Qayınana (film, 2011) – Afət
  21. 16+ (film, 2012) (qısametrajlı bədii film) (rol: psixoloq)
  22. Varlı qız, kasıb oğlan – Samirə
  23. Dəfnə ağacı (teleserial, 2016) – Adilə
  24. BƏYAZ GECƏLƏR(1994)NASTYA
  25. Ata Ocağı - Zəminə

İstinadlar redaktə

  1. İsgəndərli, S. Sənubər İsgəndərli: “Görünüşü imkan verirsə, aktrisa gənc obraz yarada bilər”: [Əməkdar artist ilə söhbət] //Ekspress.- 2011.- 11 fevral.- S.23.
  2. Sənubər İsgəndərli Arxivləşdirilib 2021-07-27 at the Wayback Machine  (az.)
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.
  8. "Bakıda Milli Teatr Günü qeyd edilib". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024