Sabirlər Haqqında Məlumat - Axtarış

Sabirlər Haqqında Məlumat - Axtarış


Sabirlər üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Sabirlər sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Sabirlər sözünə uyğun gələn mahnı axtar və yüklə


Sabirlər sözünə uyğun gələn lazımlı linklərə bax


Sabirlər sözünə uyğun gələn şəkillərə bax və yüklə


Sabirlər sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaSabirlər sözünə uyğun gələn məqaləni oxu


Sabirlər sözünə uyğun gələn xəbər axtar və oxu


Sabirlər sözünə uyğun gələn kinoya bax və yüklə


Sabirlər sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Sabirlər sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Sabirlər tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Sabirlər[1] (sabarlar, savirlər, suarlar) — qədim Türk xalqı.

Tarixi redaktə

Sabirlərin adı ilk dəfə Klavdi Ptolemeyin (100-175) əsərində "Savar" kimi (Ptolomey, VI,V,10), Bizans mənbələrində isə "Sabir" kimi qeyd olunmuşdur. Bəzi tədqiqatçılara görə( V.V.Bartold və b.) Suvar (əsli Savar) Bolqarların bir hissəsinin adı idi.Mənbələrdə Suvarların III əsrdən başlayaraq Cənubi Qafqaza basqınları barədə məlumatlar var.515-ci ilə aid Bizans mənbəsində Suvarlar Don-Volqa çayları arasında qeyd olunurlar. Oradan onlar Kuban çölləri və Şimali Qafqaza keçmiş və orada kiçik bir xaqanlıq yaratmışlar, daha sonra isə onlardan bir qismi Anadoluya qədər yayılmışlar.Sibir əvvəllər Ob çayının orta və aşağı hissəsinə deyilmişsə, sonradan Sabirlərin İrtış çayıBaykal gölünə doğru yayılmaları nəticəsində nəhayət Kamçatkaya qədər uzanan bütün Quzey Asiyaya "Sibir" deyilmişdir. Ərəbdilli mənbələrdə bu ölkənin adı "Sibir" və ya "İbir", Çin mənbələrində "Si-bi-rh" və "Bissibur" kimi qeyd edilmiş, rus mənbələrində də "Sibir" kimi göstərilmişdir.

Sabirlər və Azərbaycan redaktə

 
Mehranilərin bayrağı

Şəmkir şəhərinin taleyi VI yüzildə türk tayfası savirlərlə bağlıdır. Azərbaycanda savir (ermənilər onları sevordik, ərəblər isə siyəvərdiyyə adlandırırlar) tayfasının izinə IV yüzildə, daha dəqiqi 350-ci ildə rastlanır. Arxasından 600-cü ildə İdil bulqarları arasında bir suvar boyu görünür. Daha sonra 1300-cü ildə isə Qərbi Sibirdə bir sibir boyuna ürcah olunur. Bu boyların bir kökdən gəldiyini alimlər sübut ediblər. Savirlər 515-ci ildə Anadoluya keçərək o dönəmdə Kappadokiya kimi tanınan bölgəyə getdilər. Ancaq 527-ci ildə Aran və Şirvana bölgəsinə gəldilər. 528-ci ildə bu dövlətin başında Balak,sonra arvadı Boarik(əsli Buy-Arik) dururdu.Elə həmin il Boarik Xatun 100 minlik ordu ilə Bizansın tərəfində Sasanilər imperiyasına qarşı vuruşmuşdur. Burda gah sasanilərlə birləşib Bizansla, gah Bizansla birləşib Sasanilərlə savaşdılar. İran şahı I Xosrov Albaniyaya 10 min suvar yerləşdirmişdir.576-cı ildə türk tayfası savirlər Bizansa gedərkən yolüstü bu çiçəklənən şəhəri dağıtdılar. Səbəbi isə elçilərin öldürülməsi idi.

 
Girdiman knyazlığı(629-705)

Q.Kazımov yazır ki, hunlarla Albaniyaya qayıdan savarların e.ə. III minillikdə Zaqros ərazilərində, Şumerlərdən şimalda yaşayan subir tayfasının bölümlərindən olduğu şübhə doğurmamalıdır. Biz sakların kaslar olduğuna, İtaliya ərazisindəki tursakaların Albaniyadakı turlar və saklarla bir kökdən olduğuna şübhə etmədiyimiz kimi, hunlarla birlikdə eramızın ilk əsrlərindən Albaniyada görünən savarların da 3 min il əvvəl şumerlərin qonşuluğundakı subarlarla eyni kökdən olduğuna şübhə etmirik." Əksər tədqiqatçılar Biləsuvar toponiminin suvar tayfasının adından yarandığını qeyd edir. N.Əsgərov isə bu etnotoponimin bülər və suvar tayfa adlarından yarandığını göstərir.Həmçinin bəzi tədqiqatçılara görə V əsrdə təşəkkül tapmış Şabran şəhərinin adı məhz Sabaran(Savaran) adının fonetik formasıdır.Bu onunla bağlıdır ki,VI əsrdən Suvarlar şimaldan Albaniyaya gələrək orada məskunlaşdılar.VI əsrin axırlarında Avarlar Subarları özlərinə tabe etdilər. Ondan sonra suvarların bir hissəsi avarlarla qarışdılar.Digər hissəsi isə Azərbaycana gəlib,orada məskunlaşdılar.

Mənbə redaktə

İstinadlar redaktə

  1. Britannica, The Editors of Encyclopaedia. "Khazar". Encyclopedia Britannica, 5 Aug. 2021, https://www.britannica.com/topic/Khazar. Accessed 14 September 2021.

Həmçinin bax redaktə


Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024