Salernitana 1919 FK Haqqında Məlumat - Axtarış

Salernitana 1919 FK Haqqında Məlumat - Axtarış


Salernitana_1919_FK üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Salernitana 1919 FK sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Salernitana 1919 FK sözünə uyğun gələn mahnı axtar və yüklə


Salernitana 1919 FK sözünə uyğun gələn lazımlı linklərə bax


Salernitana 1919 FK sözünə uyğun gələn şəkillərə bax və yüklə


Salernitana 1919 FK sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaSalernitana 1919 FK sözünə uyğun gələn məqaləni oxu


Salernitana 1919 FK sözünə uyğun gələn xəbər axtar və oxu


Salernitana 1919 FK sözünə uyğun gələn kinoya bax və yüklə


Salernitana 1919 FK sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Salernitana 1919 FK sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Salernitana 1919 FK tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Salernitana 1919 FK

İtaliyanın futbol klubu

Salernitana FK (Unione Sportiva Salernitana 1919) — Salerno, Kampania şəhərində yerləşən İtaliya futbol klubudur. Klub ilk dəfə 1919-cu ildə yaradılıb və tarixi ərzində üç dəfə, ən son 2011-ci ildə yenidən qurulub. Hazırkı klub keçmiş "Salernitana Calcio 1919"un varisidir və 2011–12 mövsümündə D Seriyasından yenidən başladı. Salernitana 23 mövsümlük fasilədən sonra 2021-ci ildə B Seriyasını ikinci yeri tutaraq A Seriyasına qayıtdı.

Salernitana 1919 FK
Loqonun şəkli
Klubun rəsmi loqosu
Ölkə
Yaranma tarixi 1919, 1927, 2005, 2011
Liqa İtaliya A Seriyası
2022–23 15
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Salernoda yerləşən klub ilk olaraq 1919-cu ildə "Unione Sportiva Salernitana" adı ilə yaradılmışdır. Klub 1920-ci illərdə "Audax Salerno" klubu ilə birləşmədən sonra bir müddət "Società Sportiva Salernitanaudax" kimi tanınır. 1978-ci ildə klub "Salernitana Sport" adlandırıldı. Klub tarixinin çox hissəsini İtaliya futbolunun "B Seriyası" və "C Seriyası" səviyyələrində keçirib.

Salernitana ev oyunlarını "Stadio Arechi" stadionunda keçirir. İlk illərində Salernitana regional İtaliya Futbol Çempionatında yarışdı. 1920-ci illərdə dörd mövsüm bu səviyyədə oynadılar. O vaxtdan sonra klub üç dəfə İtaliya futbolunun yüksək liqasına yüksəlir. Bu A Seriyasının 1947–48, 1998–99 və 2021–22 mövsümlərində baş verir.2005-ci ildə klub müflis oldu, lakin Antonio Lombardi tərəfindən adını Salernitana Sport -dan Salernitana Calcio 1919-a dəyişdirərək yenidən fəaliyyətə başladı.

21 iyul 2011-ci ildə, "Salernitana" klubunun peşəkar statusunun alınmasından sonra, Salerno şəhərinin meri Vinçenzo De Luka, "NOIF"in 52-ci maddəsinə uyğun olaraq, Latsio klubunun sahibi və sədri Klaudio Lotitonun qaynı Marko Mezzaromaya yeni titul verdi. Yeni klub "Salerno Calcio" adı altında D Seriyasında mübarizəyə başlayır.[1][2]

2011–12 mövsümündə "Salernitana" D Seriyasının G qrupunun qalibi olduqdan sonra dərhal "Lega Pro Seconda Divisione"yə yüksəldi. 12 iyul 2012-ci ildə klubun adı dəyişdirilərək "US Salernitana 1919" oldu.[3] 2012–13 mövsümunu "Lega Pro Seconda Divisione"də keçirən klub, Girone B-də birinci oldu və "Lega Pro Prima Divisione"yə yüksəldi. Bu, komandanın ardıcıl ikinci yüksəlişi idi. Nəhayət, Salernitana "Lega Pro"nun C qrupunun qalibi olur və 2014–15 mövsümündə B Seriyasına qayıdır.

B seriyasında bir neçə mövsüm keçirdikdən sonra Salernitana, "B Seriyası"nın 2020–21 mövsümünün sonunda baş məşqçi Fabrizio Kastorinin rəhbərliyi altında çempion Empolidən sonra 2-ci yeri tutur A Seriyasına yüksəldi. Son oyun günündə "Peskara" üzərində 3–0 hesablı qələbə ilə yüksəliş təmin edildi. "Salernitana"nın A Seriyasına qayıtması, İtaliya futbol qanunlarının eyni sahibin iki klubunun eyni liqada oynamasına icazə verməməsi səbəbindən Lotito və Mezzaromanın klubu satmasını tələb etdi.[4] 7 iyul 2021-ci ildə FIGC Federal Şurası Salernitananın kluba nəzarəti ələ keçirmək üçün etimadını təsdiqlədi və bununlada klub son 23 ildə ilk dəfə A Seriyasına rəsmi olaraq iştirak hüququ qazanır.[5]

"Salernitana"nın yüksək liqaya qayıtdıqdan sonra ilk oyunu 22 avqust 2021-ci ildə Bolonyaya qarşı 3–2 hesablı məğlubiyyət olur.[6] Mövsümə zəif başlayandan sonra, ilk altı matçdan cəmi bir xal qazanan klub, A Seriyasının yeddinci turunda Cenoa ilə oyunda Milan Duriçin qolu sayəsində 1–0 hesabı ilə qalib gələrək ilk qələbəsini qazandı.[7]

Oktyabr ayında Salernitana idarə heyəti, Speziyaya 2–1 hesabı ilə uduzduqları səkkiz liqa oyunundan dörd xalla klubu cədvəlin sonunda qərarlaşdıqlarından sonra Kastorini qovdu. Onu Stefano Kolantuono əvəzləyir.[8] 22 may 2022-ci ildə Salernitana cəmi 31 xal toplayır və bu xal onlara aşağı liqaya düşməmək üçun kifayət edir. Salernitana son 15 oyundan 18 xal toplayaraq böyük xilası bacardı.[9]

Rəngləri, Forma və Emblem redaktə

Salernitana əvvəlcə İtaliyada biancocelesti kimi tanınan açıq mavi və ağ zolaqlı köynəklər geyinirdi.[10] Köynəkdəki mavi dənizi təmsil etmək üçün seçilib, çünki Salerno Salerno körfəzinin düz yanında yerləşir və liman şəhəri kimi qədim ənənələrə malikdir. 1940-cı illərdə klub nar rəngli köynəklərə keçdi və bu, onlara vətənlərində granata ləqəbini qazandırdı.

2011–12 mövsümündə onların forma rəngləri FC Barcelona-nı xatırladan zolaqlı mavi və tünd qırmızı idi. Salernonun himayədarı olan Müqəddəs Metyu simvolu da yenidən işlənmiş dəstin bir hissəsi idi.[11]

Klubun adını US Salernitana 1919 adlandırdıqdan sonra onların ev rəngləri yenidən ənənəvi nar rəngi oldu.[12]

100-cü ildönümü loqosu 24 iyun 2019-cu ildə elan edildi və 2019–20 mövsümü dəstlərində göründü.[13]

Uğurları redaktə

  • B Seriyası:
Qalib: 1946–47 (C qrupu), 1997–98
  • C Seriyası / C1 Seriyası:
Qalib: 1937–38; 1965–66; 2007–08; 2014–15
  • Lega Pro Seconda Divisione / C2 Seriyası:
Qalib: 2012–13
  • D Seriyası:
Qalib: 2011–12 (Salerno Calcio)

Heyəti redaktə

Sonuncu dəfə 21 Oktyabr 2022 tarixində yeniləndi
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 İtaliya  GK Vincenzo Fiorillo
2 Tunis  DF Dylan Bronn
3 Xorvatiya  DF Domagoj Bradariç
5 Avstriya  DF Flavius Daniliuc
6 Fransa  MF Junior Sambia
8 Norveç  MF Emil Bohinen
9 İtaliya  FW Federico Bonazzoli
10 Niderland  MF Tonny Vilhena (Espanyoldan icarə)
11 Norveç  FW Erik Botheim
12 İtaliya  GK Alessandro Micai
14 Çili  FW Diego Valencia
16 Serbiya  MF Ivan Radovanoviç
17 Argentina  DF Federico Fazio (Kapitan)
18 Mali  MF Lassana Coulibaly
19 Norveç  FW Julian Kristoffersen
Nömrə Ölkə Mövqeyi Futbolçu
20 Kipr  MF Grigoris Kastanos
23 Slovakiya  DF Norbert Gyömbér
25 İtaliya  MF Giulio Maggiore
26 Fransa  DF Sanasi Sy
28 İtaliya  MF Leonardo Capezzi
29 Seneqal  FW Boulaye Dia (Vilyarealdan icarə)
30 İtaliya  MF Pasquale Mazzocchi
33 İtaliya  GK Luigi Sepe
35 Moldova  DF Andrei Moțoc
66 İtaliya  DF Matteo Lovato
71 İtaliya  GK Jacopo De Matteis
87 İtaliya  MF Antonio Kandreva (Sampdoriyadan icarə)
98 İtaliya  DF Lorenzo Pirola (İnter Milandan icarə)
99 Polşa  FW Krzysztof Piątek (Hertadan icarə)

İstinadlar redaktə

  1. "Lotito, show a Salerno "Torneremo in alto"". Repubblica.it. 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
  2. "E' nata la nuova Salernitana Il Salerno calcio sarà "blau-grana" Lotito: non è un satellite della Lazio" (italyan). Ilmattino.it. 7 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2011.
  3. "UFFICIALE. Da adesso chiamatela U.S. SALERNITANA 1919 – Salernitana – Resport". Resport.it. 18 February 2013 tarixində arxivləşdirilib.
  4. "Il paradosso della Salernitana" (Italian). Il Post. 11 May 2021. 13 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2021.
  5. "Official: Salernitana are officially returning to Serie A after 23 years". Football Italia. 7 July 2021. 25 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2022.
  6. "Bologna 3-2 Salernitana: De Silvestri double rescues Rossoblu". Football Italia. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
  7. "Salernitana 1-0 Genoa: Granata finally get first win". Football Italia. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
  8. "Salernitana appoint Colantuono after Castori sacking". Reuters.com. 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
  9. "Salernitana avoid relegation with record low points total". forzaitalianfootball.com. 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
  10. (#empty_citation)
  11. "Sarà "Salerno Calcio" il nome della nuova società calcistica della città. Lotito e Mezzaroma hanno presentato i loro progetti" (italyan). 12mesi.it. 26 July 2011. 10 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2011.
  12. "UFFICIALE. Da adesso chiamatela U.S. SALERNITANA 1919 – Salernitana – Resport". Resport.it. 18 February 2013 tarixində arxivləşdirilib.
  13. Il logo ufficiale della Salernitana per la stagione numero 100 Arxivləşdirilib 2022-12-13 at the Wayback Machine (in Italian)

Saytda 145 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024