Sarıyaqub Haqqında Məlumat - Axtarış

Sarıyaqub Haqqında Məlumat - Axtarış


Sarıyaqub üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Sarıyaqub sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Sarıyaqub sözünə uyğun gələn mahnı axtar və yüklə


Sarıyaqub sözünə uyğun gələn lazımlı linklərə bax


Sarıyaqub sözünə uyğun gələn şəkillərə bax və yüklə


Sarıyaqub sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaSarıyaqub sözünə uyğun gələn məqaləni oxu


Sarıyaqub sözünə uyğun gələn xəbər axtar və oxu


Sarıyaqub sözünə uyğun gələn kinoya bax və yüklə


Sarıyaqub sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Sarıyaqub sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Sarıyaqub tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Sarıyaqub

Basarkeçər rayonunda kənd

SarıyaqubGöyçə mahalının Basarkeçər rayonunda kənd.[2]

Sarıyaqub
40°08′48″ şm. e. 45°48′56″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.100 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 100 nəf. (2011)[1]
Rəsmi dili
Sarıyaqub xəritədə
Sarıyaqub
Sarıyaqub

Sarıyaqub - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Məzrə çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[3]

Sarıyaqub kəndinin tarixi Oğuz Xanın, Bayandur Xanın vətəni, onların müqəddəs məzarlarının uyuduğu Göyçə mahalının tarixi qədər qədim və uludur. Kənddə yerləşən "Oğuz (Uğuz)" qəbristanlığı bunun ən mötəbər sübutudur.

Kənd Səfəvilər dövlətinin qurucusu və hökmdarı Şah İsmayıl Xətainin (1487-1524) 1515-ci il tarixli fərmanı ilə Səfəvilərin böyük övliyası, sufi şeyxi Seyid Hüseyn Məhəmməd oğluna - Miskin Abdala (1430-1535) nəsilbənəsil pay kimi verilmişdir. Həmin fərmanın əsli hazırda da "Miskin Abdal ocağı"nda saxlanılır.

Azərbaycan tarixinin ən şanlı dövrünün başlanğıcını qoyan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai bu kəndə gəlib ustadı, böyük övliya Miskin Abdal ilə görüşmüşdür. Səfəvi hökmdarı Sultan Hüseyn də (17-18-ci əsrlər) bu kəndə gəlib "Miskin Abdal Ocağı"nı ziyarət etmiş, orada xütbə oxutdurmuşdur. Bunu təsdiq edən sənədlər "Miskin Abdal Ocağı"nda indi də saxlanılır.

Kəndin ilk adı Miskin Abdalın mənsub olduğu tayfanın adı ("Zərgərli") ilə Zərgərli olmuşdur.

Şah İsmayılın fərmanına uyğun olaraq, həmin kənd neçə əsrlər nəsilbənəsil Miskin Abdalın oğlu Şadmanın törəmələrinin idarəçəliyində olmuş, o cümlədən, XIX əsrdən etibarən Şadmanın nəslindən olan, həmin əsrdə yaşamış, kəndin kəndxudası olmuş Sarı Yaqubun (Sarı ləqəbli Yaqubun) şərəfinə onun adı ilə "Sarıyaqub" adlandırılmışdır.

Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Çaxkadzor qoyulmuşdur.

Ərazisi

redaktə

Sarıyaqub Göyçə gölünün şərqində Göyçə silsiləsi dağlarına daxil olan Şivri dağının ətəyində, rayon mərkəzindən 13 km-lik məsafədə yerləşirdi. Kəndin mərkəzindən mənbəyi Yelli dərə, Keyti dağı və Əyriqar, Sarıyer yaylaqlarından başlayan və Göyçə gölünə tökülən Məzrə çayı keçir. Kənd şərq tərəfdən 3-4 km Qaraqoyunlu, Cənub-Şərq tərəfdən 1,95 km Aşağı-Şorca, Cənub qərbdən 3,6 km Daşkənd, Qərbdən - 0,4 km Basarkeçər və 1,6 km Qoşabulaq, Şimal - qərbdən 2,65 km Qayabaşı, şimal-şərqdən 2,4 km Nərimanlı kəndləri ilə həmsərhəddir.

Kəndin eni 2 km, uzunluğu isə 4 km - dir. Kəndin - 4800 hektara yaxın torpaq sahəsi olmuşdur. Onun 1800 hektarı dağla birlikdə əkin sahəsi, 300 hektarı isə otaraq və biçənək sahəsi olmuşdur. Kəndin ərazisində adları Türk toponimlərindən ibarət bir çox tarixi, qədim, mənzərəli və gəzməli yerlər olmuşdur: Şadman bulağı, Buğabölünən, "Ağ daşlar", Qaşın dalı, Sarıtəpə, Quzey yamacı, Güney dərəsi, Qızıl qaya, İlan qayası, "Daraman" yoxuşu, “Oğuz ("Uğuz") qəbristanlığı", Şivri təpəsi, Xəlvir təpəsi və başqaları.

Əhalisi

redaktə

Kənddə 1873-cü ildə 294 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 436 nəfər, 1908-ci ildə 385 nəfər, 1914-cü ildə 675 nəfər, 1916-cı ildə 651 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ilin mart ayının sonu - aprel ayının əvvəllərində azərbaycanlılar ermənilər tərəfindən törədilən qırğınlar nəticəsində öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışlar[5]. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə Sarıyaqubda 343 nəfər, 1926-cı ildə 377 nəfər, 1931-ci ildə 471 nəfər[6], 1987-ci ildə 1780 nəfər azərbaycanlı yaşamışdır.

Kənd əhalisi aşağıdakı nəsillərdən (tayfalardan) ibarət olmuşdur:

1) “Şadmanlı” tayfası - (Miskin Abdalın oğlu Şadmanın nəsli) - həmin tayfaya daxildir: Məşədi Hasanlı; Yaqublu; Abdullalı; Məşədi Qədimli tayfaları;

2) "Ocaqlı" tayfası;

3) "İbrahimli" tayfası;

4) "Töstülü" tayfası (Mövlaverdili) və sair.

"Şadmanlı" və "Ocaqlı" tayfaları eyni kökdən olub, vahid nəsil şəcərəsinin 2 qolunu təşkil edirlər.

1988-ci ildən noyabr-dekabr aylarında kəndin bütün əhalisi ermənilər tərəfindən zorla və qırğınlarla qovulmuşlar. Onlar, əsasən Goranboy rayonunun Qaradağlı kəndi, Şəmkir rayonunun Çənlibel, Yuxarı Çaykənd və digər kəndləri, digər rayon və şəhərlərdə, o cümlədən Gəncə, Sumqayıt və Bakı şəhərlərində məskunlaşmışlar.

İndi Sarıyaqub kəndində ermənilər yaşayır.

İl Sayı
1873 294 [7]
1897 436 [7]
1926 379 [7]
İl Sayı
1939 568 [7]
1959 594 [7]
1970 834 [7]
İl Sayı
1979 1.049 [7]
1989 10 [7]
2001 141 [7]
İl Sayı
2011 100 [1]

Tanınmışları

redaktə
  • Miskin Abdal — "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), Sufi şeyxi, övliya, sufi şair, diplomat, Şah ismayıl Xətainin vəziri, sərkərdə, Haqq aşiqliyi (Haqq aşığı) sənətinin banisi, çoxsaylı aşıq havalarının müəllifi, qopuzdan saza, ozandan aşığa keçidin banisi
  • Şadman - Miskin Abdalın oğlu, el qəhrəmanı. Şadmanın qəhrəmanlığı, igidliyi haqqında çoxsaylı rəvayətlər, əfsanələr yaşamaqdadır. http://araz.az/index.php/tarikh/6631-miskin-abdalin-k-ram-tl-ri-moedzuez-l-ri
  • Sarı Yaqub - Sarıyaqub - Miskin Abdalın oğlu Şadmanın törəmələrindən olub, XVIII-XIX əsrlərdə yaşamış, tanınmış, nüfuzlu şəxsiyyət, kəndxuda (ağa). XIX əsrin ortalarından Göyçə mahalının Zərgərli kəndi onun şərəfinə Sarıyaqub adlanmışdır.
  • İsgəndər Hacı Xıdır oğlu ("Ac Aslan" ləqəbli İsgəndər) - "Şadmanlı" tayfasının "Yaqublu" qolundan olub, Sarıyaqub kəndindən köçüb qonşu Qayabaşı kəndində məskunlaşmışlar. Göyçədə igid, qəhrəman şəxsiyyət kimi "Ac Aslan" ləqəbi ilə tanınmışdır. Aşıq Ələsgər bir şeirində onu "İsgəndər tək Ac Aslana nə dedin?", - deyə ehtiramla xatırlayır.
  • Aşıq Savad — aşıq (Göyçənin Daşkənd kəndindəndir, Sarıyaquba ərə gedib)
  • Aşıq Paşa — görkəmli aşıq, Dədə Ələsgərin on iki şəyirdindən biri
  • Surxay Musayev — tibb elmləri doktoru, professor (1992), "əməkdar həkim" (2000), "Əməkdar elm xadimi" (2010)
  • İbrahim Mustafayev — tibb elmləri namizədi, dosent.
  • Rafiq Məhəmməd oğlu Hüseynzadə (1948-1971) — Azərbaycanlı şair, onkoloq-cərrah
  • Tofiq Məhəmməd oğlu Hüseynzadə (1946-2006) — Azərbaycan alimi, filoloq, şair, jurnalist və yazıçı-publisist. SSRİ Jurnalistlər Birliyinin üzvü (1987).
  • Rafiq Tofiq oğlu Hüseynzadə — tibb elmləri doktoru, dosent, uroloq-androloq
  • Müslüm Əhməd oğlu Məmmədov — fizika elmləri namizədi.

İstinadlar

redaktə

1) Sazım-sözüm, Bakı, 1973, s.12-13

2) Azərbaycan Ədəbiyyatı İnciləri/ Bayatı, Qoşma, Təcnis, Bakı, 1988, s. 70,181,534.

3) Zəki İslam, "El şairi Miskin Abdal", Günaydın qəzeti, №27-28, 28-30 aprel və 1-4 may 1998-ci il.

4) Hüseyn İsmayılov, "Miskin Abdalın şəxsiyyəti və taleyi", Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, VIII kitab, Bakı, "Səda", 1999, səh.100-119.

5) Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, №1, 2000-ci il. səh.68.; http://www.musigi-dunya.az/Magazine2/articles/16/162.html

6) Hüseyn İsmayılov "Göyçə aşıqları və el şairləri", Səda-2006. səh.63-116

7) Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010. səh.14-24; http://anl.az/el/x/xm_mssd.pdf

8) Miskin Abdal

9) (Maşallah Xudubəyli "Sazlı-Sözlü Göyçə") "Sazlı-sözlü Göyçə (II kitab)" (#bad_url) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

10) Hüseyn İsmayılov "Miskin Abdal", Bakı,2001, https://ia601600.us.archive.org/19/items/huseyn-ismayilov-miskin-abdal-2001/H%C3%BCseyn%20%C4%B0smay%C4%B1lov%20-%20Miskin%20Abdal%20%20-%202001.pdf

11) Tofiq Hüseynzadə "Səfəvilərin böyük övliyası Miskin Abdal", Bakı, 2005; https://www.academia.edu/40616613/Miskin_Abdal;

http://turuz.com/storage/shiir-2019-2/2737-Miskin_Abdal-Sefevilerin_Boyuk_Ovliyasi-Tovfiq_Husynzade-Baki-2005-389s-.pdf

https://ia601608.us.archive.org/27/items/tofiq-huseynzad-sfvilrin-boyuk-ovliyasi-miskin-abdal-2005/Tofiq%20H%C3%BCseynzad%C9%99%20S%C9%99f%C9%99vil%C9%99rin%20b%C3%B6y%C3%BCk%20%C3%B6vliyas%C4%B1%20-%20Miskin%20Abdal%202005.pdf

12) Tofiq Hüseynzadə "Miskin Abdal - Qeyb Ərəni, Təsəvvüf Piri", Bakı, 2018; https://ia601605.us.archive.org/19/items/tofiq-huseynzad-miskin-abdal-qeyb-rni-tsvvuf-piri-2005-2018-nsr-ili/Tofiq%20H%C3%BCseynzad%C9%99%20Miskin%20Abdal%20-%20Qeyb%20%C6%8Fr%C9%99ni%2C%20T%C9%99s%C9%99vv%C3%BCf%20Piri%202005%20%282018%20n%C9%99%C5%9Fr%20ili%29.pdf

13) Mahmud Allahmanlı "Miskin Abdal - Səfəvilərin böyük ideoloqu, sufi şeyxi", Bakı, 2018; http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf http://www.elibrary.az/docs/BOOKS/A22197.pd[ölü keçid];

https://ia601609.us.archive.org/17/items/mahmud-allahmanli-miskin-abdal-sfvilrin-boyuk-ideoloqu-sufi-seyxi-2018/Mahmud%20Allahmanl%C4%B1%20Miskin%20Abdal%20-%20S%C9%99f%C9%99vil%C9%99rin%20b%C3%B6y%C3%BCk%20ideoloqu%2C%20sufi%20%C5%9Feyxi%20-%202018.pdf

http://shirvan.cls.az/front/files/libraries/2474/books/612254978.pdf Arxivləşdirilib 2020-02-18 at the Wayback Machine

14) Niftalı Göyçəli "Miskin Abdal və Səfəvilər", Bakı, 2018. https://ia902602.us.archive.org/10/items/niftali-goycli-yusifov-miskin-abdal-v-sfvilr-2018/Niftal%C4%B1%20G%C3%B6y%C3%A7%C9%99li%20%28Yusifov%29%20Miskin%20Abdal%20v%C9%99%20S%C9%99f%C9%99vil%C9%99r%20-%202018.pdf

http://davam.az/53374-niftal-gylinin-miskin-abdal-v-sfvilr-kitab-apdan-xb-yeni-nr.html

15) Tofiq Hüseynzadə, "Xəyal cığırı (Şeirləri, hekayələri, "Miskin Abdal - Qeyb Ərəni, Təsəvvüf Piri" əsəri") 3 cildlik kitabı, Bakı 2018, https://ia902607.us.archive.org/5/items/tofiq-huseynzad-seirlri-hekaylri-miskin-abdal-qeyb-rni-tsvvuf-piri-sri-3-cildd-2005-2018-nsr-ili/Tofiq%20H%C3%BCseynzad%C9%99%20%C5%9Eeirl%C9%99ri%2C%20Hekay%C9%99l%C9%99ri%2C%20Miskin%20Abdal%20-%20Qeyb%20%C6%8Fr%C9%99ni%2C%20T%C9%99s%C9%99vv%C3%BCf%20Piri%20%C9%99s%C9%99ri%203%20Cildd%C9%99%2C%202005%20%282018%20n%C9%99%C5%9Fr%20ili%29.pdf

http://shirvan.cls.az/front/files/libraries/2474/books/508499672.pdf"http://www.ebooks.az/view/wtaWYev2.pdf Arxivləşdirilib 2020-02-19 at the Wayback Machine"

16) Tofiq Hüseynzadə, "Aşıq deyişmələrinin poetikası" dissertasiya işi, monoqrafiya (2005), Bakı, 2017, http://elibrary.bsu.edu.az/files/books_ay/N_74.pdf

https://ia902606.us.archive.org/35/items/tofiq-huseynzad-asiq-deyismlrinin-poetikasi-monoqrafiyasi-baki-2017/Tofiq%20H%C3%BCseynzad%C9%99%20A%C5%9F%C4%B1q%20deyi%C5%9Fm%C9%99l%C9%99rinin%20poetikas%C4%B1%20monoqrafiyas%C4%B1%2C%20Bak%C4%B1%2C%202017.pdf

17) "Xalq qəzeti" qəzeti "Miskin Abdal ocağının söz xiridarları: Tofiq və Rafiq Hüseynzadələr"; http://www.anl.az/down/meqale/xalqqazeti/2018/may/590817.pdf

18) "Respublika" qəzeti "Miskin Abdal ocağının nümayəndəsi: Rafiq Hüseynzadə"; http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/21888-yeni-naeshrlaer-miskin-abdal-odzaghinin-numayaendaesi[ölü keçid]

19) "Miskin Abdal ve Senuber" destanı; http://www.millifolklor.com/PdfViewer.aspx?Sayi=39&Sayfa=83

20) "Miskin Abdalın kəramətləri"; http://araz.az/index.php/tarikh/6631-miskin-abdalin-k-ram-tl-ri-moedzuez-l-ri

21) Miskin Abdalın kəramətləri (möcüzələri); http://goyce.az/news.php?id=1261

22) Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi";http://goyce.az/news.php?id=1291

23)http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf;http://www.elibrary.az/docs/BOOKS/A22197.pd[ölü keçid];

24) Niftalı Göyçəli "Miskin Abdal və Səfəvilər", Bakı, 2018. http://davam.az/53374-niftal-gylinin-miskin-abdal-v-sfvilr-kitab-apdan-xb-yeni-nr.html

25) Miskin Abdal Türkçe Vikipedi; https://tr.wikipedia.orghttps://tatli.biz/axtar/Miskin_Abdal;

26) Miskin Abdalın şeirləri;https://www.azadliq.org/amp/24911320.html;

27) Niftalı Göyçəli "Miskin Abdalın poetikası - I yazı"; http://davam.az/55288-mskn-abdal-hseyn-poetkas.html;

28) Təranə Vahid "Ruhun memarı - Miskin Abdal"; http://www.anl.az/down/meqale/medeniyyet/2011/noyabr/211739.htm;

29) Miskin Abdal (türkçe) "Namert ile yoldaş olma"; https://www.sevilensarkisozleri.com/miskin-abdal-namerd-ile-yoldas-olma-basin-sarki-sozleri-471096;

30) Miskin Abdal; http://goyce.az/news.php?id=263;

31) Miskin Abdal (şarkı sözleri); https://sarki.bikuple.net/miskin-abdal-sarki-sozleri-11647 Arxivləşdirilib 2020-02-21 at the Wayback Machine;

32) Həqq M.; http://anl.az/down/medeniyyet2007/mart/medeniyyet2007_mart_279.htm;

33) Mahmud Əyyublu "Həmişə inləyib qəmli nəğməsi";http://www.anl.az/down/meqale/palitra/2018/oktyabr/612100.htm

34) Miskin Abdal (Türkçe bilgi); https://www.turkcebilgi.com/miskin_abdal;

35) Miskin Abdal şiirleri (Türkçe);https://edebiyatvesanatakademisi.com/konular/miskin-abdal-azerbaycan-asik-xvi-yuzyil/739;

36) Miskin Abdal; http://goyce.az/news.php?id=342;

37) Rafiq Hüseynzadə -Miskin Abdal ocağının nümayəndəsi; http://goyce.az/news.php?id=793;

38) Miskin Abdal haqqında; https://haqqinda.az/Q%C9%99rbi+Az%C9%99rbaycan/48919-Miskin+Abdal.html;

39)http://www.anl.az/down/meqale/palitra/2018/noyabr/619323.htm;

40) Miskin Abdal "Dünya, səndə nəyim qaldı" şeiri; https://az.wikisource.orghttps://tatli.biz/axtar/D%C3%BCnya,_s%C9%99nd%C9%99_n%C9%99yim_qald%C4%B1;

41) Professor Mahmud Allahmanlı "Miskin Abdal-Səfəvilərin böyük övliyası" məqaləsi; http://www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf;http://www.elibrary.az/docs/BOOKS/A22197.pd[ölü keçid];

42) Səkinə Qafarova "Miskin Abdal"; https://www.ensiklopediya.az/az/miskin-abdal

43) Miskin Abdal rus dilində wikipediada;https://ru.wikipedia.orghttps://tatli.biz/axtar/%D0%9C%D0%B8%D1%81%D0%BA%D0%B8%D0%BD_%D0%90%D0%B1%D0%B4%D0%B0%D0%BB;

44) Qədir Aslan "Miskin Abdal - Qeyb Ərəni, Təsəvvüf Piri"(Respublika qəzeti); http://www.anl.az/down/meqale/respublika/2019/mart/639723(meqale).pdf;

45) Nigar Nagiyeva "1990’dan günümüze Türkiye ve Azerbaycan edebiyatlarının karşılıklı etkileşimi";https://books.google.az/books?id=n-xdDwAAQBAJ&pg=PA260&lpg=PA260&dq=miskin+abdal&source=bl&ots=yiT1Fd_wBh&sig=ACfU3U09XcN0J5DhVvT5BmpE0c7_-C34jw&hl=ru&sa=X&ved=2ahUKEwidgavtxuLnAhVrzMQBHQoTBQI4PBDoATAEegQIBhAB;

46) Tofiq Hacıyev "Azərbaycan ədəbi dilinin tarixi";https://books.google.az/books?id=79zJDQAAQBAJ&pg=PA242&lpg=PA242&dq=miskin+abdal&source=bl&ots=vGrylSouVf&sig=ACfU3U1kvjDzb2-kclivnAA7cUOfjAoH_Q&hl=ru&sa=X&ved=2ahUKEwidgavtxuLnAhVrzMQBHQoTBQI4PBDoATADegQIBRAB;

47) Naile Asker “Aşık Nesip’te sufizm”;https://dergipark.org.tr/tr/download/article-file/787664;

48) Tofiq HÜSEYNZADƏ "Tanrı miskini, Haqq carçısı"; http://goyce.az/news.php?id=621;

49) Qüdrət Piriyev (2017-10-15). "Aşıq deyişmələrinin poetikası" (azərb.). Xalq qəzeti. https://web.archive.org/web/20180514145422/http://www.xalqqazeti.com/pdf/xalqqazeti.pdf?5911 2018-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14;

50) Tofiq HÜSEYNZADƏ "Abdal təsəvvüfün əsası kimi" (Miskin Abdal haqqında) http://goyce.az/news.php?id=956;

51) Miskin Abdalın şarkı sözleri (Türkçe);https://sarkisozu.xyz/miskin-abdal/sarkilari/

52) Miskin Abdal wikimənbə (şeirləri); https://az.wikisource.orghttps://tatli.biz/axtar/M%C3%BC%C9%99llif:Miskin_Abdal

  1. 1 2 Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 221
  4. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26-27, 112-113
  5. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.305
  6. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26-27, 112-113
  7. 1 2 3 4 5 6 7 8 9 Հայաստանի բնակավայրերի բառարան (erm.). Երևան: 2008. S. 168. 184 s.

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024