Seyid Hüseyn Haqqında Məlumat - Axtarış

Seyid Hüseyn Haqqında Məlumat - Axtarış


Seyid_Hüseyn üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Seyid Hüseyn sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Seyid Hüseyn sözünə uyğun gələn mahnı axtar və yüklə


Seyid Hüseyn sözünə uyğun gələn lazımlı linklərə bax


Seyid Hüseyn sözünə uyğun gələn şəkillərə bax və yüklə


Seyid Hüseyn sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaSeyid Hüseyn sözünə uyğun gələn məqaləni oxu


Seyid Hüseyn sözünə uyğun gələn xəbər axtar və oxu


Seyid Hüseyn sözünə uyğun gələn kinoya bax və yüklə


Seyid Hüseyn sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Seyid Hüseyn sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Seyid Hüseyn tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Seyid Hüseyn Sadiq

Azərbaycan yazıçısı, tənqidçi, pedaqoq
(Seyid Hüseyn səhifəsindən istiqamətləndirilmişdir)

Seyid Hüseyn Sadiq (tam adı: Hüseyn Mir Kazım oğlu Sadıqzadə; 25 yanvar 1887, Bakıyanvar 1938, Bakı) — yazıçı, tənqidçi, pedaqoq.

Seyid Hüseyn Sadiq
Seyid Hüseyn Mir Kazım oğlu Sadıqzadə
Doğum tarixi 25 yanvar 1887(1887-01-25)
Doğum yeri
Vəfat tarixi yanvar 1938
Vəfat yeri
Həyat yoldaşı Ümmügülsüm
Uşaqları Oqtay Sadıqzadə, Toğrul Sadıqzadə, Qumral Sadıqzadə
Fəaliyyəti yazıçı, ədəbiyyat tənqidçisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Seyid Hüseyn 1887-ci il yanvarın 25-də Bakı şəhərində anadan olmuşdur.[1] Beş yaşında atasını itirən Seyid babası Mirsadiq Mirhəsənin himayəsində böyüyüb tərbiyə almışdır.

O, əvvəl mollaxanada, sonra dövrünün görkəmli maarif xadimlərindən olan Mahmud bəy Mahmudbəyovun müdir olduğu rus-tatar məktəbində dörd ilə yaxın təhsil almışdır. Azərbaycan, rus, fars dillərini mükəmməl öyrənmişdir.

1904-cü ildə – babasının vəfatından sonra ailənin qayğısı S. Hüseynin üzərinə düşmüşdür. O, "Kaspi" mətbəəsində işə girir və 1912-ci ilə kimi orada mürəttiblik edir. 1913–1914 illərdə "İqbal"ın baş redaktoru idi. 1920-ci ildən "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmiş, Bakının orta məktəb və texnikumlarında müəllimlik etmiş, ömrünün son illərində isə Azərnəşrin bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur. O, bədii yaradıcılığa 1907-ci ildə başlamışdır.

S. Hüseyn 1907-ci ildə qəzet və jurnallarda məqalə və felyetonları ilə çıxış etmişdir.

1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş, milli ədəbiyyatımızın zənginləşməsi üçün səy göstərmişdir, Ancaq bir çox Azərbaycan ədəbiyyatının görkəmli xadimləri kimi repressiya dalğası ondan və ailəsindən də yan keçməmişdir. 1936-cı ildə O, Yazıçılar İttifaqının üzvlüyündən çıxarılmış, əsərləri kəskin tənqid olunaraq, onlara siyasi rəng verilmiş, adına "xalq düşməni" damğası vurmuşlar.[1]

Çağdaş Azərbaycan nəsrinin, xüsusilə onun hekayə janrının inkişafı tarixi Seyid Hüseynin adı ilə sıx surətdə bağlıdır. Onun nəsri-çağdaş Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafı dövrünün ən parlaq səhifələrindən biridir. Seyid Hüseynin 20-ci illərin sonundan 30-cu illərin birinci yarısınadək yazdığı hekayələr o zaman oxucuların dillərində əzbər olmuş, indi də öz təravətlərini saxlamış müasirliyini ititrməmiş, müəllifə şirin hekayə ustası kimi şöhrət qazanmışdır[2]. Hüseyn Mir Kazım oğlu "Tazə həyat" və "Kaspi" qəzetlərinin mətbəələrində mürəttib olmuş, şərikli "Bəhlul", "Kəlniyyət" və "Qurtuluş" jurnallarını nəşr etdirmişdir.

Hekayə və publisistik məqalələrində mürtəce ziyalıların əleyhinə çıxmış, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmışdır. Azərbaycan ədəbiyyatı və ədəbiyyat xadimləri haqda məqalələr, müasir həyatdan bəhs edən hekayələr yazmışdır.

Seyid Hüseyn ictimai hadisələrə münasibətdə S. Hüseyn ilə daim həmfikir olmuşdur. Onların arasında qarşılıqlı səmimi münasibət var idi. S. Hüseynin redaktorluq etdiyi "Yeni iqbal" və "Azərbaycan" qəzetlərində məqalələrlə çıxış edirdi.

"Qurtuluş" jurnalının nəşrə başlanılmasını S. Hüseyn böyük sevinclə qarşılamışdı. Repressiyanın qurbanlarından olan Seyid Hüseyn 1937-ci ildə həbs edilmiş, 1938-ci ilin yanvarında güllələnmişdir.

Yaradıcılığı redaktə

Seyid Hüseynin ədəbi yaradıcılığa başlaması müstəqil həyata, əmək fəaliyyətinə qədəm qoyduğu ilk illərə təsaduf edir. 1908-ci ildən etibarən o, əvvəlcə ara-sıra, sonralar isə müntəzəm olaraq qəzetlərdə, jurnallarda "Kazımoğlu", "Hüseyn Sadiq", "Seyid Hüseyn", "Seyid Hüseyn Sadıqzadə", "Mühərrir" imzaları ilə ədəbi-tənqidi məqalələr dərc etdirmiş, Bakının ictimai həyatında, mədəni-maarif cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak etmiş,1927-ci ilə kimi müvəqqəti-mühərrir kimi tanınmışdır.[3] Onun "Gələcək həyat yollarında", "Şirinnaz", "İki həyat arasında", "Yatmış kəndin qış gecələrində", "Gilan qızı" və s. hekayələri, "Altun", "Yalan", "Gözəllik nədir?" və s. məqalələri oxucuların diqqətini cəlb edir. Müəllifin müxtəlif illərdə bir çox kitabları nəşr etdirilmişdir: "Ağ valideyn, yaxud zavallı Məşədi Zaman" (1911), "Qaçaq oğul, yaxud ata məhəbbəti" (1915), "Yeni həyat yollarında" (1928) və s.[1]

Ailəsi redaktə

Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı və Məhəmməd Əli Rəsulzadənin bacısı Ümmügülsüm Sadıqzadə ilə evlənmiş, Oqtay Sadıqzadə, Toğrul SadıqzadəQumral Sadıqzadə adlı uşaqları olub.

İstinadlar redaktə

  1. 1 2 3 "Arxivlənmiş surət". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.
  2. Müasir Azərbaycan ədəbiyyatı. Bakı/2007, s. 53
  3. Müasir Azərbaycan ədəbiyyatı. Bakı/2007, s.54

Saytda 160 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024