Seysulan Haqqında Məlumat - Axtarış

Seysulan Haqqında Məlumat - Axtarış


Seysulan üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Seysulan sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Seysulan sözünə uyğun gələn mahnı axtar və yüklə


Seysulan sözünə uyğun gələn lazımlı linklərə bax


Seysulan sözünə uyğun gələn şəkillərə bax və yüklə


Seysulan sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaSeysulan sözünə uyğun gələn məqaləni oxu


Seysulan sözünə uyğun gələn xəbər axtar və oxu


Seysulan sözünə uyğun gələn kinoya bax və yüklə


Seysulan sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Seysulan sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Seysulan tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Seysulan

Ağdərə rayonunda kənd

SeysulanAzərbaycan Respublikasının Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Seysulan kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir.[2]

Seysulan
40°14′56″ şm. e. 46°59′18″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf.
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5900
Xəritəni göstər/gizlə
Seysulan xəritədə
Seysulan
Seysulan

Tarixi redaktə

Seysulan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Seysulan kəndi də Tərtər rayonunun tərkibinə verilmişdir.

Qarabağ münaqişəsi başlayanda Seysulan erməni silahlılarının nəzarətində idi. Erməni terrorçu qüvvələrinin cəmləşdiyi Seysulana ilk hücüm, Xocalıya hücuma keçmiş düşmən qüvvələrini yayındırmaq məqsədilə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş tutmuşdu. Hücumu Tərtərin o vaxtkı polis rəisi polkovnik Ələsgər Əliyev və müavini Rasim Vəliyev təşkil etmişdi. Əməliyyatı bilavasitə "Milli Qurtuluş" batalyonunun komandiri Cahangir Kərimov, müavini Fuad Rzayev, "Azadlıq" batalyonun komandiri Ələmşah Məmmədov öz dəstələriylə həyata keçirmişdilər. Döyüşdə Tərtər polis bölməsi və Seyidimli, Cəmilli rotalarının döyüşçüləri də iştirak etmişdilər. Kənd ermənilərdən azad edilmiş və düşmənin atəş nöqtələrinin susdurulması nəticəsində yandırılmışdı. Döyüş zamanı Qurtuluş batalyonunun komandiri və daha bir döyüşçüsü şəhid oldular. Bundan başqa çoxlu sayda yaralı da var idi. Ermənilərdən təxminən 15-ə yaxın ölən olmuşdu, dinc əhalidən xeyli əsir götürülmüşdü. Onlar sonralar Xocalı əsirlərinə dəyişdirildi. O zamandan Seysulanda yaşayış olmayıb. 1993-cü ildə isə kənd yenidən ermənilərin əlinə keçmişdi.[3]

10 fevral 2015-ci ildə Tərtərin Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, monitorinqi hər iki tərəfdən qurum sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri izləyiblər. Keçiriliən monitorinq insidentsiz ötüşüb.[4]

2 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı kəndin erməni işğalçılarından tam təmizləndiyi rəsmi olaraq bəyan edilmişdir. Lakin 2021-ci ildə qonşu Qapanlı kəndində çəkiliş aparan BBC News şirkətinin Azərbaycan xidmətinin müxbirinin sözlərinə görə, Seysulan kəndi erməni qüvvələrinin nəzarəti altında olaraq qalırdı.[5] 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Seysulan kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[6]

Coğrafiyası və iqlimi redaktə

Kənd səhra tiplidir.

Əhalisi redaktə

XIX əsrə qədər Seysulan udilərin yaşadığı kənd olmuşdur. XIX əsrin sonunda bütün udilər Nic və Vartaşen kəndlərinə köçürüldülər.[7] 1921-ci il əhalinin sayımına əsasən kənddə yaşayan 313 nəfərin hamısı ermənilər olublar.[8].

Hazırda Seysulan kəndində əhali yaşamır.

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikası Ağdərə rayonunun bəzi kəndlərinin Tərtər rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. ""Ağdərənin Talış kəndinə 8 tankla girmişdik…" - MÜSAHİBƏ". 2016-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  4. Təmas xəttində monitorinq keçirilmişdir
  5. Səadət Akifqızı. "Erməni hərbçilərilə "sərhəddə" yaşayan, Tərtərin Qapanlı kəndinin sakinlərinin vəziyyəti necədir?" (az.). BBC Azeri. 2021-03-29. İstifadə tarixi: 2021-04-03.
  6. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  7. "Игорь Кузнецов. Удины". 2015-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.
  8. "Данные переписи населения АзССР 1921 года". 2019-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.

Həmçinin bax redaktə


Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024