Stanislava Valaseviç Haqqında Məlumat - Axtarış

Stanislava Valaseviç Haqqında Məlumat - Axtarış


Stanislava_Valaseviç üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Stanislava Valaseviç sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Stanislava Valaseviç sözünə uyğun gələn mahnı axtar və yüklə


Stanislava Valaseviç sözünə uyğun gələn lazımlı linklərə bax


Stanislava Valaseviç sözünə uyğun gələn şəkillərə bax və yüklə


Stanislava Valaseviç sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaStanislava Valaseviç sözünə uyğun gələn məqaləni oxu


Stanislava Valaseviç sözünə uyğun gələn xəbər axtar və oxu


Stanislava Valaseviç sözünə uyğun gələn kinoya bax və yüklə


Stanislava Valaseviç sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Stanislava Valaseviç sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Stanislava Valaseviç tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Stanislava Valaseviç

Stanislava Valaseviç (pol. Stanisława Walasiewicz) və ya Stella Uolş-Olson[3] (ing. Stella Walsh Olson) – ABŞ-Polşa atleti. 1932-ci ildə qadınların 100 metrə qaçış yarışında Olimpiya çempionu olmuşdur. 1947-ci ildə ABŞ vətəndaşlığına keçmişdir. 1980-ci ildəki ölümündən sonra hermafrodit olduğu, kişi və qadın xromosomları daşıdığı məlum olmuşdur, lakin medalları geri alınmamışdır.

Stanislava Valaseviç
ing. Stella Walsh Olson
Şəxsi məlumatlar
Doğum adı Stanisława Walasiewiczówna
Vətəndaşlığı
Doğum tarixi 13 aprel 1911(1911-04-13)[1]
Doğum yeri Verxovnaya, Polşa çarlığı, Rusiya imperiyası.
Vəfat tarixi 4 dekabr 1980(1980-12-04)[2] (69 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Kalvari qəbiristanlığı[d]
Boyu 174 sm
Çəkisi 60 kq
İdman növü yüngül atletika
Karyera illəri 19281946

Həyatı redaktə

3 aprel 1911-ci ildə Polşa çarlığında doğulmuşdur. 3 aylıq olanda ailəsi ilə birlikdə ABŞ-yə gəlmişdir. Valideynləri Klivlenddə yaşamağa başlamış, atası polad sexində iş tapmışdır.[4]

İdman karyerası redaktə

Valaseviç Klivlendin şərqində yerləşən bir slavyan qəsəbəsindəki məktəbdə atletika ilə məşğul olmağa başlamışdır. 1927-ci ildə ABŞ Olimpiya komandasına seçilmişdir, lakin ABŞ vətəndaşı olmadığı üçün komandaya qatıla bilməmişdir.[4] ABŞ-dəki polyaklar tərəfindən qurulmuş Sokol idman cəmiyyətinə qoşulmuşdur. Təşkilat tərəfindən Poznan şəhərində keçirilmiş müsabiqədə 5 qızıl medal qazanmışdır. Uğurlarından sonra Polşada qalmış və Polşa milli atletika komandasına qoşulmuşdur, lakin ABŞ-dəki yarışlarda iştirak etməyə davam etmişdir.[4]

Bu dövrdə ABŞ-də müxtəlif həvəskar yarışlarda iştirak edərək 100 yarda qaçış, 220 yarda qaçış, uzağa tullanma yarışlarında ABŞ çempionu olmuşdur.[5] Uğurlarına görə Klivlend şəhəri tərəfindən maşınla mükafatlandırılmışdır.[4][6] Ona ABŞ vətəndaşlığı təklif olunmuş, andiçməyə 2 gün qalmış fikrini dəyişərək Polşa vətəndaşlığını qəbul etmişdir. 1930-cu ildə "Przegląd Sportowy" qəzeti tərəfindən ən populyar Polşa atleti seçilmişdir.[7]

1932-ci ildə Yay Olimpiya Oyunları zamanı Polşanı təmsil etmiş və 100 metrə qaçış yarışında dünya rekorunu təkrarlayaraq qızıl medal qazanmışdır.[8] Uğurlarına görə Polşada Qızıl xaç mükafatı ilə təltif olunmuşdur. Bundan sonra 3 il boyunca Polşada ən populyar idmançı olmuşdur.[9]

1933-cü ildə Varşava çempionatında 9 qızıl medal qazanmışdır. 17 sentyabr 1933-cü ildə eyni gündə 2 rekord qırmışdır: 60 metrə qaçışda 7,4 saniyə və 100 metrə qaçışda 11,8 saniyə.[10]

1936-cı ildə Yay Olimpiya Oyunları zamanı 100 metrə qaçışda Helen Stivensə məğlub olaraq gümüş medal qazanmışdır.[11] İronik olsa da, Polşa mediası Stivensin əslində Stivensin kişi olduğunu bildirmiş və Stivens cinsiyyət testi etməyə məcbur olmuşdur.[12]

Olimpiya oyunlarından sonra ABŞ-yə köçərək həvəskar yarışlara davam etmişdir. İkinci dünya müharibəsi zamanı və ondan sonra 100 metrə qaçış üzrə (1943, 1944 və 1948), 200 metrə qaçış üzrə (1939–40, 1942–48), diskatma üzrə (1941–42) və uzağa tullanma üzrə (1938–46, 1948, 1951) ABŞ milli çempionatlarının qalibi olmuşdur.

1947-ci ildə ABŞ vətəndaşı olmuş və 1956-cı ildə evlənmişdir.[13]

Ölüm və cinsiyyət mübahisəsi redaktə

4 dekabr 1980-ci ildə Polşa basketbolçularını qarşılamaq üçün lent alarkən bir qarət zamanı güllə yarasından ölmüşdür.[14][15][16] Meyit yarma zamanı uşaqlığının olmadığı, anormal sidik kanalına və funksiyası olmayan, inkişaf etməmiş penisə malik olduğu məlum olmuşdur.[17][18][19] Xromosom analizi zamanı həm kişi, həm qadın xromosomlarına malik olduğu aşkarlanmışdır.[20]

Bioloji cinsiyyəti məsələsi həll olunmamış qalsa da, onun doğum haqqında qeydləri onun qadın olduğunu bildirir. Cinsiyyəti haqqında yarananlar qalmaqaldan sonra onun idman uğurlarının ləğv olunması haqqında da mübahisələr yaranmışdır.[21]

İstinadlar redaktə

  1. Stanisława Walasiewicz // Encyclopædia Britannica (ing.).
  2. Stanislawa Walasiewicz // Encyclopædia Britannica (ing.).
  3. Wallechinsky, David. The Book of Olympic Lists. 2012. səh. 19. ISBN 978-1845137731.
  4. 1 2 3 4 Klaudia Snochowska-Gonzales; Tomasz Kuzia. "Walasiewicz była kobietą" [Walasiewicz Was a Woman]. Gazeta Wyborcza (polyak). 190. 14 August 2004. səh. 8. 29 August 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 May 2006.
  5. USA Track & Field – USA Outdoor Track & Field Champions Arxivləşdirilib 2021-12-26 at the Wayback Machine. Usatf.org. Retrieved on 13 July 2015.
  6. "USA Outdoor Track & Field Champions—Women's Long Jump". USA Track & Field. 26 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 July 2015.
  7. "Plebiscyt PS". ozarow.maz.pl. 28 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 July 2015.
  8. "Women's 100 meter run finals". The San Bernardino County Sun. August 3, 1932. İstifadə tarixi: August 23, 2016Newspapers.com vasitəsilə. Şablon:Free access
  9. Polish Olympic Committee (corporate author). "Los Angeles – 1932.08.02". Polski Portal Olimpijski PKOl. Polish Olympic Committee. 2005. 3 February 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 June 2006.
  10. Krzysztof Bazylow. "1933 – STANISŁAWA WALASIEWICZ". sports.pl (polyak). 25 oktyabr 2004. 30 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 June 2006.
  11. Stuart Cameron. "Bettered Olympic mark in broad jump; America leads by forty-five points now". Times Herald (New York). August 5, 1936. İstifadə tarixi: August 23, 2016 – Newspapers.com vasitəsilə. Şablon:Free access
  12. "Helen Stephens is real girl". Harrisburg Telegraph. August 6, 1936. İstifadə tarixi: August 23, 2016 – Newspapers.com vasitəsilə. Şablon:Free access
  13. Toby C. Rider (Pennsylvania State University, Berks, USA); Sarah Teetzel (University of Manitoba, Canada). "The Strange Tale of Stella Walsh's Olympic Eligibility" (PDF). Amateur Athletic Foundation. 25 August 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  14. "Olympic track star Stella Walsh dies". Wilmington Morning Star. December 6, 1980. July 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 23, 2016.
  15. "Stella Walsh Slain; Olympic Track Star". New York Times. December 6, 1980. səh. 20. December 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2021. Şablon:Proquest
  16. Louise Mead Tricard. American Women's Track and Field: A History, 1895 Through 1980. McFarland. 1 January 1996. səh. 645. ISBN 978-0-7864-0219-9. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2021.
  17. Matt Tullis. "Who was Stella Walsh?: The story of the intersex Olympian". SB Nation. 27 June 2013. 28 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2021Associated Press (corporate author) vasitəsilə.
  18. "Coroner's report says Stella Walsh 'lived and died' a woman". United Press International. 23 January 1981. 26 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2020.
  19. Renata Gorczyńska. "Co ma wirus do płci" [What does the virus do to have sex]. Rzeczpospolita (polyak). 266. 15 November 2002. 24 July 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2016.
  20. "Ex-Olympian Stella Walsh legally a woman". Sarasota Journal. February 12, 1981. August 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2014.
  21. "Stella: Fontana woman recalls races vs. 'Polish Flyer'". The San Bernardino County Sun. February 10, 1981. səh. 39. İstifadə tarixi: August 23, 2016 – Newspapers.com vasitəsilə. Şablon:Paywall

Saytda 42 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023