Stefano Pioli Haqqında Məlumat - Axtarış

Stefano Pioli Haqqında Məlumat - Axtarış


Stefano_Pioli üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Stefano Pioli sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Stefano Pioli sözünə uyğun gələn mahnı axtar və yüklə


Stefano Pioli sözünə uyğun gələn lazımlı linklərə bax


Stefano Pioli sözünə uyğun gələn şəkillərə bax və yüklə


Stefano Pioli sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaStefano Pioli sözünə uyğun gələn məqaləni oxu


Stefano Pioli sözünə uyğun gələn xəbər axtar və oxu


Stefano Pioli sözünə uyğun gələn kinoya bax və yüklə


Stefano Pioli sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Stefano Pioli sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Stefano Pioli tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Stefano Pioli (İtalyanca səslənmə: [ˈsteːfano ˈpjɔːli]; 20 oktyabr 1965[1], Parma, İtaliya) — İtalyalı futbol məşqçisi və müdafiəçi kimi çıxış etmiş keçmiş futbolçu. Hal hazırda "Milan" klubunun baş məşqçisidir.

Stefano Pioli
it. Stefano Pioli
Ümumi məlumatlar
Doğum tarixi 20 oktyabr 1965(1965-10-20)[1] (58 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 183 sm
Çəkisi 72 kq
Mövqeyi müdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunçu karyerası redaktə

Əslən Parmadan olan Pioli, öz futbolçu karyerasına doğma şəhərinin komandası olan "Parma" klubunda başlayıb. "Parma"nın heyətində 2 il çıxış etdikdən sonra, 1984-cü ildə "Yuventus" klubuna keçir. "Yuventus" klubunun formasını 3 il geyinən Pioli, klubla A Seriyası çempionluğunu, UEFA Çempionlar Kubokunu, Avropa Super KubokunuQitələrarası Kubokunu qazanır.

1987-ci ildə "Hellas Verona" klubuna transfer olunur.

Pioli 1989-cu ildə "Fiorentina" klubuna keçir. Florensiya klubunda 6 il oynayır.

Daha sonra "Padova", "Pistoiese" və "Fiorentsuola" kimi klublarda karyerasını karyerasını davam etdirən Pioli, 1999-cu ildə "Kolorno" komandasında futbolçu karyerasını bitirir.

Məşqçilik karyerası redaktə

1999–2002-ci illərdə Pioli "Bolonya" klubunun, 2002–03-cü illərdə isə "Kyevo"nun aşağı yaş komandalarını çalışdırıb. 2003–04-cü illərdə o, B Seriyasında yarışan "Salernitana" klubunun baş məşqçisi təyin edilir. Burada bir mövsum çalışdıqdan sonra, 2004-cü ildə B Seriyasında yarışan digər kluba, "Modena"ya baş məşqçi təyin edilir. 

2006-cı ildə Pioli doğma şəhərindən dəvət alır və "Parma"nın baş məşqçisi təyin edilir. Bu həmdə Piolinin İtaliya A Seriyasında məşqçi kimi debütu olur. Lakin o, 2007-ci il fevralın 12-də "Roma" klubuna 3–0 hesablı məğlubiyyətdən sonra istefaya göndərilir. Piolini Kladuo Ranyeri əvəzləyir.

"Parma"dan sonra Piolinin növbəti klubu B Seriyasında yarışan "Qrosseto" klubu olur. O, 11 sentyabr 2007-ci ildə ilk üç liqa matçında ardıcıl üç məğlubiyyətdən sonra istefaya göndərilən Corcio Rosellini əvəz edir.

Daha sonra o, 2008–09 mövsümundə "Pyaçentsa" klubunun baş məşqçisi olur.

2009-cu ilin iyul ayında o, "Sassuolo" klubuna qoşulmaq üçün "Pyaçentsa"dan ayrılır.

Kyevo redaktə

10 iyun 2010-cu ildə Pioli 12 aylıq müqavilə əsasında A Seriyası klubu "Kyevo"nun baş məşqçisi təyin edilir.

Palermo redaktə

2 iyun 2011-ci ildə Pioli "Palermo" klubunun baş məşqçisi təyin edilir, lakin o, cəmi 90 gün sonra vəzifəsindən azad edilir.

Bolonya redaktə

4 oktyabr 2011-ci ildə Pioli istefaya göndərilən Pierpaolo Bisolinin yerinə "Bolonya"nın yeni baş məşqçisi təyin edilir.

"Bolonya" ilə iki çətin mövsüm keçirərək klubun B Seriyasına düşməsinə imkan vermir. Ancaq, 8 yanvar 2014-cü ildə "Bolonya" rəhbərliyi onu istefaya göndərərək yerinə Davide Ballardinini təyin edir.

Latsio redaktə

12 iyun 2014-cü ildə Pioli Edoardo Rejanın yerinə "Latsio" klubunun yeni baş məşqçisi təyin edilir.

Klubdakı ilk mövsümündə "Latsio" A Seriyasında 3-cü yeri tutur.

11 iyun 2015-ci ildə "Latsio" onunla 2 illik yeni müqavilə imzalayır.

3 aprel 2016-cı ildə Pioli "Roma" klubuna evdə 4–1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilir.

İnter redaktə

8 noyabr 2016-cı ildə Pioli "İnter" ilə 18 aylıq müqavilə imzalayır. Lakin mövsüm bitməmiş, 9 may 2017-ci ildə "İnter"dən istefaya göndərilir. "İnter", Piolinin rəhbərlik etdiyi ilk 16 A Seriyası matçının 12-də qələbə qazanır ("Milan" ilə heç-heçə, "Napoli", "Yuventus" və "Roma" ilə oyunlarda məğlubiyyət).

Fiorentina redaktə

6 iyun 2017-ci ildə Pioli "Fiorentina" klubunun baş məşqçisi təyin edilir.

4 mart 2018-ci ildə klubun mərkəz müdafiəçisi və kapitanı Davide Astori gözlənilmədən vəfat edəndə, oyunçunun xatirəsini yad etmək üçün Pioli xatirə döyməsi etdirir.

9 aprel 2019-cu ildə Pioli "Fiorentina" klubundan istefa verir.

Milan redaktə

9 oktyabr 2019-cu ildə Pioli mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə ilə "Milan" klubunun baş məşqçisi təyin edilir .

21 iyul 2020-ci ildə Pioli "Milan" klubu müqaviləsini iki il uzadır.

23 may 2021-ci ildə onun məşqçiliyi altında, yeddi mövsümdən sonra ilk dəfə "Milan" klubu Çempionlar Liqasında iştirak hüququ əldə edir.

16 noyabr 2021 tarixində "Milan"ın Pioli ilə müqaviləsini artıraraq 2+1 illik sözləşmə imzalayacağı və Piolinin maaşı illik 3,5 milyon avro və əlavə olaraq bonuslar olacağı ilə bağlı xəbərlər peyda olur.[2]

2022-ci ildə, "Milan" klubuna ilə İtaliya A Seriyasının çempionluğunu qazandırır.

İstinadlar redaktə

  1. 1 2 Stefano Pioli // Transfermarkt (çd.). 2000.
  2. ""Milan" Pioli ilə gələn həftə müqavilə imzalayır". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.

Xarici keçidlər redaktə


Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024