Təmim bin Həməd Al Sani Haqqında Məlumat - Axtarış

Təmim bin Həməd Al Sani Haqqında Məlumat - Axtarış


Təmim_bin_Həməd_Al_Sani üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Təmim bin Həməd Al Sani sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Təmim bin Həməd Al Sani sözünə uyğun gələn mahnı axtar və yüklə


Təmim bin Həməd Al Sani sözünə uyğun gələn lazımlı linklərə bax


Təmim bin Həməd Al Sani sözünə uyğun gələn şəkillərə bax və yüklə


Təmim bin Həməd Al Sani sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaTəmim bin Həməd Al Sani sözünə uyğun gələn məqaləni oxu


Təmim bin Həməd Al Sani sözünə uyğun gələn xəbər axtar və oxu


Təmim bin Həməd Al Sani sözünə uyğun gələn kinoya bax və yüklə


Təmim bin Həməd Al Sani sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Təmim bin Həməd Al Sani sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Təmim bin Həməd Al Sani tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Təmim bin Həməd Al Sani

Şeyx Təmin bin Həməd Al Sani — (ərəb. تميم بن حمد آل ثاني‎; 3 iyun 1980[1][2], Doha) — Qətər əmiri. Al Sani sülaləsinin 7-ci əmiri. keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü, ikinci arvadı Moza bint Nasir əl-Misnəddən olan ikinci oğlu

Təmim bin Həməd Al Sani
ərəb. تميم بن حمد آل ثاني
bayraq
Qətər əmiri
bayraq2
3 iyun 2013 – vəzifədədir
ƏvvəlkiHəməd bin Xəlifə Al Sani
SonrakıAbdullah bin Həməd Al Sani (varisi)
Şəxsi məlumatlar
Doğum tarixi (43 yaş)
Doğum yeri Doha, Qətər
Təhsili
  • Harrou Məktəbi[d]
Fəaliyyəti siyasətçi
Atası Həməd bin Xəlifə Al Sani
Anası Moza bint Nasir əl-Misnəd
Həyat yoldaşları Cəvahir bin Həməd Al Sani (2005-ci ildən)
Anud bin Mana əl-Həcri (2009-ci ildən)
Nura bin Hathal əl-Dosari (2014-ci ildən)
Uşağı uşaqları
Ailəsi Al Sani sülaləsi
Dini Sünni İslam

Təltifləri "Pakistan" ordeni Order of Isabella the Catholic‎ Fəxri Legion ordeninin yüksək rütbəli zabiti Cənubi Xaç ordeni "Qızıl qartal" ordeni 1-ci dərəcəli "Dostluq" ordeni Katolik İzabella ordeni sepi "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı Collar of Honour Order of Al-Khalifa Peru günəşi ordeni National Order of Chad Order of Mubarak the Great Oman ordeni Order of Independence Order of Merit (Qatar) Order of the Republic "Zaid" ordeni National Order of Merit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gəncliyi və təhsili redaktə

Təmim bin Həməd 3 iyun 1980-ci ildə Qətər əmirliyinin paytaxtı Doha şəhərində anadan olmuşdur[3]. O, Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü oğlu, ikinci arvadı Şeyxa Moza bint Nasir əl-Misnəddən olan ikinci oğludur[4]. Təmim bin Həməd Al Sani, Böyük Britaniyanın Dorset şəhərindəki Şerborn Beynəlxalq Kollecində və Harrov məktəbində təhsil alıb. 1997-ci ildə burdakı təhsilini bitirib[3] Kral Hərbi Akademiyasına daxil olur və 1998-ci ildə zabit kimi buranı bitirir.

Karyerası redaktə

Qətər Silahlı Qüvvələrini ikinci leytenant kimi bitirir[4]. 2003-cü ilin avqustun 5-ində onun böyük qardaşı Şeyx Casimin vəliəhdlikdən imtina etməsi ilə o, Qətər taxt-tacına varis oldu[3][4]. Həmin vaxtdan etibarən o öz üzərinə çalışmaya başlayır, təhlükəsizlik və iqtisadiyyatla bağlı mövzuları daha dərindən öyrənməyə çalışır[5]. 2009-cu ildə Qətər Silahlı Qüvvələri baş komandanının müavini təyin olunur[4].

O, Qətərin beynəlxalq aləmdə nüfuzunu qaldırmaq üçün də çalışır. 2005-ci ildə Qətər İdman İnvestisiyaları İdarəsini təsis edir və Pari Sen-Jermen FK-a yatırımlar edir. 2006-cı ildə Dohada keçirilən 15-ci Asiya Oyunlarının təşkilati komitəsinə sədrlik edir. Onun sədrliyi ilə bütün üzv ölkələr ilk dəfə iştirak edib. Həmin il Misirin Əl-Ahram qəzetində Təmim, "Ərəb dünyasının ən yaxşı idman şəxsiyyəti" adına layiq görülüb. Onun rəhbərliyi ilə Qətər, 2014 FİNA Üzgüçülük üzrə Dünya Çempionatına və 2022 FİFA Dünya Çempionatına ev sahibliyi etmək hüququ qazandı. O, Beynəlxalq Olimpiya KomitəsininQətər Milli Olimpiya Komitəsinin üzvüdür[5].

Şeyx Təmim, Qətər İnvestisiya Qrupu Direktorlar Şurasına rəhbərlik edir. Şeyx Təmimin rəhbərliyi altında təşkilatdakı ingilis investorlar xeyli sayda investisiya yatırırlar.

Şeyx Təmimin digər vəzifələri aşağıdakılar olub:

25 iyun 2013-cü ildə Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Saniyə, öz qohumları və köməkçiləri ilə məsləhətləşdikdən sonra taxtdan oğlu Təmimin xeyrinə imtina edir[6]. Az sonra televiziyada çıxışda Təmim hakimiyyəti atasından təhsil almasını bildirdi. O Al Sani sülaləsindən dövlət çevrilişi etmədən hakimiyyətə gələn ilk şəxs idi.

Ailəsi redaktə

8 yanvar 2005-ci ildə Şeyx Təmim əmisinin ikinci qızı Şeyx Cəvahir bin Həməd bin Suheym Al Sani ilə evlənir. Onların bu evliliyindən iki oğlu və iki qızı dünyaya gəlir:

  • Şeyxa Almayasa bint Təmim Al Sani (2006)
  • Şeyx Həməd bin Təmim Al Sani (2008)
  • Şeyxa Ayişə bint Təmim Al Sani (2010)
  • Şeyx Casim bin Təmim Al Sani (2012)

Şeyx Təmim 2009-cu ilin martın 3-də Hacri ailəsindən Şeyxa Anoud bint Mana ilə evlənir. Onun atası Mana bin Əbdül Hadı Al Hacrı Qətərin İordaniyadakı səfiri olmuşdu. Onların evliliyindən 1 oğlu və iki qızı dünyaya gəlir:

2014-cü ilin martında Şeyxa Nura bint Hathal Al Dosari ilə evlənir. Onların bir oğlu dünyaya gəlib:

  • Şeyx Cohan bin Təmim Al Sani (2015)

İstinadlar redaktə

  1. Sheikh Tamim ibn Hamad Al Thani // Encyclopædia Britannica (ing.).
  2. Tamim bin Hamad Al-Thani // Roglo. 1997.
  3. 1 2 3 4 5 6 7 8 "Sheikh Tamim's biography" Arxivləşdirilib 2013-05-09 at the Wayback Machine Qatar News Agency. İstifadə tarixi:2015–11-10
  4. 1 2 3 4 5 6 "Profile: Qatar Emir, Sheikh Tamim bin Khalifa Al Thani" Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine BBC. İstifadə tarixi:2015–11-10
  5. 1 2 "Qatar's Sheikh Tamim: 33-year-old groomed for power" Arxivləşdirilib 2014-02-27 at the Wayback Machine İstifadə tarixi:2015–11-10
  6. "Breaking News: Crown Prince Tamim to be handed the helms of leadership" Arxivləşdirilib 2013-12-11 at the Wayback Machine İstifadə tarixi:2015–11-10

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024