Təmiz şəhər ASC Haqqında Məlumat - Axtarış

Təmiz şəhər ASC Haqqında Məlumat - Axtarış


Təmiz_şəhər_ASC üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Təmiz şəhər ASC sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Təmiz şəhər ASC sözünə uyğun gələn mahnı axtar və yüklə


Təmiz şəhər ASC sözünə uyğun gələn lazımlı linklərə bax


Təmiz şəhər ASC sözünə uyğun gələn şəkillərə bax və yüklə


Təmiz şəhər ASC sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaTəmiz şəhər ASC sözünə uyğun gələn məqaləni oxu


Təmiz şəhər ASC sözünə uyğun gələn xəbər axtar və oxu


Təmiz şəhər ASC sözünə uyğun gələn kinoya bax və yüklə


Təmiz şəhər ASC sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Təmiz şəhər ASC sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Təmiz şəhər ASC tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Təmiz şəhər ASC

səhmdar cəmiyyət

Təmiz şəhər Açıq Səhmdar CəmiyyətiBakı şəhəri ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirən qurum. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncama əsasən təsis olmuşdur.[1] 2009-cu il martın 12-də “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlamışdır.[2]

Təmiz şəhər ASC
  • Təmiz şəhər Açıq Səhmdar Cəmiyyəti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 6 avqust 2008
Tabelik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
Baş qərargah Bakı Bakı
Ünvan Xocalı prospekti 55, AZ1025
Rəhbərlik
Sədr Etibar Təhməz oğlu Abbasov
Sədr müavini Sabit Fizuli oğlu Zeyniyev

Rəsmi saytı tamizshahar.az

Tarixi redaktə

Abşeron regionundakı mövcud ekoloji problemlərin planlı sürətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixində «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı» təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyəti vardır. Kompleks Tədbirlər Planında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı buxtasının, Bibiheybət zonasının, H.Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər məsələlər tədbirlər planında əks olunmuşdur.

Kompleks Tədbirlər Planı üzrə təsdiq olunmuş vəzifələr üzrə Abşeron yarımadasında məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması da bu vəzifələr arasındadır.

Yaradılması redaktə

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncama görə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması Bakı Şəhər İcra Hakimiyyətinə səlahiyyətində qalır. Sərəncama əsasən təsis olunan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti isə Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.[1]

12 mart 2009-cu ildə “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlamışdır. “Təmiz Şəhər” ASC dövlət müəssisəsi olmaqla, öz təsərrüfat fəaliyyətini müstəqil quran təşkilatdır, onun ümumi idarəetmə və fəaliyyətinə nəzarət səlahiyyətləri təsisçi qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsiİqtisadiyyat Nazirliyi, həmçinin İqtisadiyyat Nazirliyinin formalaşdırdığı Müşahidə Şurası tərəfindən həyata keçirilir.[2]

Cəmiyyətə tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq və idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək həvalə olunmuşdur.[2]

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkil edilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında və xidmət dairəsində olan Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu, SuraxanıQaradağ rayonlarının ərazisində yerləşən bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sahələri əmlakları ilə birgə ona verilmişdir.[1]

Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması və "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi funksiyasını Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirir. Bunun üçün müstəqil mənzil fondu olan dövlət idarə, müəssisə və təşkilatlarının Bakı şəhərində bərk məişət tullantılarının yığılması və daşınması ilə bağlı funksiyaları və bu funksiyaların yerinə yetirilməsi üçün balanslarında olan zibil toplama məntəqələri, maşın-mexanizmləri və avadanlıqları Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdir.[1]Prezident İlham Əliyev  tərəfindən  22 iyun 2021-ci ildə imzalanan sərəncəmla qurumun əhatə dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.

İdarə edilməsi redaktə

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti tərəfindən idarə olunur. ASC Azərbaycan İnvestisiya Holdinqinin tabeçiliyindədir. [3]

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Etibar Təhməz oğlu Abbasovdur. ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini Sabit Fizuli oğlu Zeyniyev yerinə yetirir.

Layihələri redaktə

  • “Tullantıdan sənətə” sərgisi.
  • “Təmiz Qala” layihəsi.
  • İçərişəhərdə tullantıların çeşidlənməsi layihəsi.
  • Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi.
  • Bərk Məişət Tullantılarının Yandırılması Zavodu.
  • Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu.
  • Balaxanı Sənaye Parkı.
  • Yuma və dezinfeksiya məntəqəsi.
  • Abşeron göllərinin ekoloji bərpası layihəsi.

İstinadlar redaktə

  1. 1 2 3 4 "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2020-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  2. 1 2 3 “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlamışdır.
  3. "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2021-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.

Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024