Tərəvəz Haqqında Məlumat - Axtarış

Tərəvəz Haqqında Məlumat - Axtarış


Tərəvəz üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Tərəvəz sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Tərəvəz sözünə uyğun gələn mahnı axtar və yüklə


Tərəvəz sözünə uyğun gələn lazımlı linklərə bax


Tərəvəz sözünə uyğun gələn şəkillərə bax və yüklə


Tərəvəz sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaTərəvəz sözünə uyğun gələn məqaləni oxu


Tərəvəz sözünə uyğun gələn xəbər axtar və oxu


Tərəvəz sözünə uyğun gələn kinoya bax və yüklə


Tərəvəz sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Tərəvəz sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Tərəvəz tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Tərəvəz - insan tərəfindən şirəli hissələrinə görə yetişdirilən və qidada istifadə olunan birillik, ikiillik və çoxillik ot bitkisidir.

Tərəvəz

Əsas qruplar redaktə

Tərəvəz əslində bitkinin qida məhsulu kimi istifadə olunan hissəsidir. Bununla əlaqədar olaraq tərəvəz bitkiləri 10 əsas qrupa bölünür:

  • meyvəli
  • soğanaqlı
  • köküyumrulu
  • meyvəköklü
  • yarpaqlı
  • gövdəmeyvəli
  • kökümsovlu
  • gövdəyarpaqlı (kormofit)
  • zoğlu
  • çiçəkli

Meyvəli - tərəvəz bitkilərində qida üçün yetişmiş və kal meyvələr istifadə olunur. Bu qrupa pomidor, bibər, badımcan, qabaq, xiyar, göy qabaq, qarpız, yemiş, paxla, noxud, lobya (maş), qarğıdalı aiddir.

Soğanaqlılarda - qida üçün soğanaq və ya göy yarpaqlar işlədilir. Onlara baş soğan, batun soğan kəvər soğan, şnit soğanı, sarımsaq aiddir.

Meyvəköklülərə - dağ turpu, ağ turp, qırmızı turp, şalğam, çuğundur, kök, cəfəri, cır havuç, kərəviz aiddir.

Yarpaqlı tərəvəzlərə - kahı, ispanaq, yarpaqlı cəfərikərəviz aiddir.

Gövdəmeyvəlilərə - daş kələm aiddir.

Kökümsovlulara - qıtığotu aiddir.

Gövdəyarpaqlılara - (kormofitlərə və ya kələmkimilərə) — ağbaş və qırmızıbaş kələm, Brussel kələmi, Savoy kələmi və s. aiddir.

Zoğlulara - qulançar aiddir.

Çiçəklilərə - ənginar aiddir.

Yaşama dövrü redaktə

 
Göy soğan, nanə və s. göyərtilər

Tərəvəz bitkilərinin yaşama dövrü dedikdə onların toxum cücərməsi ndən başlamış, ta bitkinin tam məhvinə qədər bütün böyümə və inkişaf dövrü başa düşülür.

Tərvəz bitkiləri öz yaşayış dövrlərinin müddətinə görə aşağıdakı qruplara bölünür:

  • birillik tərəvəz bitkiləri
  • ikiillik tərəvəz bitkiləri
  • çoxillik tərəvəz bitkiləri

Birillik tərəvəz bitkilərində böyümə və inkişafın bütün mərhələləri bir vegetasiya dövrü ərzində, yəni toxumların səpilməsindən məhsul alınana qədər keçən dövrdə başa çatır.

Tərəvəz bitkilərinin çoxu birilliklərdir. Bu böyük qrupa xiyar, göy qabaq, pomidor, noxud, kahı, gül kələm, qırmızı turp, şüyüd və s. bitkilər daxildir.

İkiillik tərəvəz bitkilərində birinci il vegetativ orqanlar əmələ gəlir və ehtiyat qida maddələri toplanır, ikinci ildə isə həmin maddələrin hesabına barvermə orqanları, meyvələr və toxumlar əmələ gəlir.

İkiillik tərəvəz bitkilərinə bütün meyvəköklülər (qırmızı turpdan başqa) və bütün kələmlər (gül və Çin kələmindən başqa) aiddir.

İkiillik tərəvəz bitkiləri çox vaxt inkişaf dövrünü bir ildə tamamlayır. Məsələn, əgər faraş əkində çuğundurun cücərtiləri uzun müddətli soyuğa düşərsə bitkilərin çoxu əkin ilində çiçəkləyir və toxum verir ki, bunlar da bəzən yetişə bilir.

Çoxillik tərəvəz bitkilərində birinci il vegetativ orqanlar əmələ gəlir.Vegetasiya dövrünün axırında soğanaqlarda və ya kökümsovlarda ehtiyat qida maddələri toplanır. Sonralar çoxillik bitkilərdə hər il müəyyən şərait daxilində gövdələrin böyümə və inkişafı,qönçələmə, çiçəkləmə, meyvə və toxumların böyüməsi və yetişməsi baş verir.

Çoxillik tərəvəz bitkilərinə qıtığotu, turşəng (quzuqulağı), rəvənd, qulançar, ənginar və s. aiddir.

Botaniki təsnifatı redaktə

Tərəvəz bitkilərinin təsnifatını qruplar vəfəsilələr üzrə bilmək böyük əhəmiyyətə malikdir.

Tərəvəz bitkilərini çiçəyin, meyvənin qurluşuna və digər botaniki xüsusiyyətlərə görə fəsilələr üzrə qruplaşdırırlar. Onlar bu xüsusiyyətlərinə görə üç əsas qrupa ayrılır:

  • birləpəlilər
  • ikiləpəlilər
  • göbələklər

Birləpəlilər qrupuna zanbaq və taxıllar aiddir. İkiləpəlilər qrupuna xaççiçəklilər, çətirçiçəklilər, tərə, paxlalılar, mürəkkəbçiçəklilər, qırxbuğum aiddir. Göbələklər qrupuna lövhəciklilər aiddir.

Həyat şəraiti redaktə

Bitkilərin normal böyüməsi, inkişafı və onlardan yüksək məhsul əldə etmək üçün müxtəlif həyat şəraitləri vacib lazımdır.Bütün bu şəraitlər bitkilərin həyat amilləri adlanır, onlar bitkilərə eyni dərəcədə vacibdir və biri digərini əvəz edə bilməz. Bunlar aşağıdakılardır:

Həmçinin bax redaktə


Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024