Tamilla Ağamirova Haqqında Məlumat - Axtarış

Tamilla Ağamirova Haqqında Məlumat - Axtarış


Tamilla_Ağamirova üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Tamilla Ağamirova sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Tamilla Ağamirova sözünə uyğun gələn mahnı axtar və yüklə


Tamilla Ağamirova sözünə uyğun gələn lazımlı linklərə bax


Tamilla Ağamirova sözünə uyğun gələn şəkillərə bax və yüklə


Tamilla Ağamirova sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaTamilla Ağamirova sözünə uyğun gələn məqaləni oxu


Tamilla Ağamirova sözünə uyğun gələn xəbər axtar və oxu


Tamilla Ağamirova sözünə uyğun gələn kinoya bax və yüklə


Tamilla Ağamirova sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Tamilla Ağamirova sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Tamilla Ağamirova tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Tamilla Ağamirova

Tamilla Mirsüca qızı Ağamirova (rus. Тамила Суджаевна Агамирова; 21 may 1928, Bakı31 avqust 2021[1], Nikolina Qora[d]) — Azərbaycan-rus teatr və kino aktrisası, RSFSR xalq artisti (1988), Azərbaycan SSR əməkdar artisti (1960).

Tamilla Ağamirova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (93 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1952-ci ildən
Təhsili
  • Moskva Bədaye Teatrı tərkibində Bədaye Teatrı Məktəbi[d]
Mükafatları
"RSFSR xalq artisti" fəxri adı — 1988 "RSFSR əməkdar artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1960
"Şərəf" ordeni (Rusiya) — 2019 "Dostluq" ordeni (Rusiya) — 2002
IMDb ID0012835
teatr-romen.ru/index.php…

Həyatı redaktə

Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub.[2] Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Və indiyədək aktiv ictimai fəaliyyətlə məşğul olur. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistridir.

Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.[3] [4]

Yaradıcılığı redaktə

1957-ci ildə Qriqor Kozintsovun "Don Kixot" filminin televiziya ekranlarına çıxması ilə Bakıdan olan gənc aktrisa Tamilla Ağamirova üçün uğur zirvəsinə gedən yol açıldı. Filmdə gözəl qrafinya Altisidora rolunu canlandıran aktrisa tezliklə geniş tamaşaçı auditoriyası qazandı və bir sıra filmlərdə baş rola dəvət edildi. Bunların sırasına "Onun böyük ürəyi" (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını aid etmək olar.

Ailəsi redaktə

Tamilla Ağamirovanın həyat yoldaşı Nikolay Sliçenko idi. O, SSRİ xalq artisti, "Romen" teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların dünyaca məşhur ifaçısıdır. Tamilla xanım inqilabçı Mirsüca Ağamirovun qızı olmuşdur.

31 Avqust 2021 -ci ildə həyat yoldaşı Nikolay Sliçenkonun ölümündən iki ay sonra 94 yaşında vəfat etmişdir.

Filmoqrafiya redaktə

İstinadlar redaktə

  1. https://www.mk.ru/social/2021/09/01/skonchalas-vdova-nikolaya-slichenko-aktrisa-tamila-agamirova.html.
  2. Tamilla Ağamirova: "Bakı mənim üçün müqəddəs şəhərdir"
  3. "PublikaAz-la müsahibə. Mixaylonun və Koroğlunun sevgilisiydi, qaraçıya ərə getdi - YUBİLEY". 2013-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-04.
  4. ""Qaraçılar kralı"nın azərbaycanlı xanımı". 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.

Saytda 180 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024