Tariyel Həsənov Haqqında Məlumat - Axtarış

Tariyel Həsənov Haqqında Məlumat - Axtarış


Tariyel_Həsənov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Tariyel Həsənov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Tariyel Həsənov sözünə uyğun gələn mahnı axtar və yüklə


Tariyel Həsənov sözünə uyğun gələn lazımlı linklərə bax


Tariyel Həsənov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Tariyel Həsənov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaTariyel Həsənov sözünə uyğun gələn məqaləni oxu


Tariyel Həsənov sözünə uyğun gələn xəbər axtar və oxu


Tariyel Həsənov sözünə uyğun gələn kinoya bax və yüklə


Tariyel Həsənov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Tariyel Həsənov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Tariyel Həsənov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Tariyel Həsənov

Tariyel Həsənov – şərqşünas alim, tarixçi, ilahiyyatçı.

Tariyel Həsənov
Tariyel Həsənov
Doğum tarixi
Doğum yeri Əli Bayramlı (Şirvan)
Vəfat tarixi
Vəfat yeri Bakı
Elm sahələri tarix, ilahiyyat
Elmi dərəcəsi tarix elmləri namizədi

Həyatı redaktə

Tariyel Bilal oğlu Həsənov 1941-ci ildə Əli Bayramlı rayonunun (indiki Şirvan) Poladtuğay kəndində anadan olmuşdur. 1958-ci ildə Əli Bayramlıda orta təhsilini başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuş, 1963-cü ildə oranı bitirmişdir. 1962–1971 illərdə Azərbaycan Radio və Televiziya Veilişləri Komitəsi ərəb redaksiyasının diktoru işləmişdir. O, 1971–1987 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 1966–1967 illərdə Yəmən Ərəb Respublikasında, 1973–1977 və 1987–1992 illərdə İraqda xidməti ezamiyyətdə olmuşdur.

Tariyel Həsənov İraqda SSRİ Nazirlər Sovetinin İqtisadi İnkişaf Komitəsinin müşaviri vəzifəsində işləmişdir. Ən yüksək səviyyədə danışıqlarda iştirak edən Tariyel Həsənov SSRİ Nazirlər Sovetinin sədri A. Kosiqin ilə İraq prezidenti Əhməd Həsən Əl-Bəkr arasında gedən danışıqların tərcüməçisi olmuşdur.[1]

1992-ci ildən ömrünün sonuna kimi Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin baş müəllimi işləmişdir.[2]

Tariyel Həsənov 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti redaktə

Tariyel Həsənov 1971-ci ildə tarix elmləri namizədi elmi dərəcəsini almışdır. İraqın müasir tarixinə və İslam dini məsələlərinə dair bir monoqrafiyanın, otuzdan çox məqalənin, bir neçə əlyazmanın, habelə Quranın ərəbcədən tərcüməsinin müəllifidir.[2]

Tariyel Həsənov uzun illər Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. Akademik Vasim Məmmədəliyev alim haqqında yazmışdır: "Tariyel Həsənov Azərbaycan ərəbşünaslığının sayılıb seçilən nümayəndələrindən biridir… Onun ərəbcəsi çox qüvvətli, tələffüzü əla idi…"[3]

İşraqilik fəlsəfi təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin (1154–1191) "Filosofların görüşləri" traktatını AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Tariyel Həsənovla birlikdə Azərbaycanrus dillərinə tərcümə etmiş və bu tərcümə əsəri ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə "Şərq fəlsəfəsi (IX–XII əsrlər)" kitabında çap edilmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyəti 2 aprel 1991-ci ildə Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar qərar (№ 9/11) qəbul etmişdir. Bu qərara əsasən Təşkilat Komitəsinin sədri akademik Fuad Qasımzadə, sədr müavini Zakir Məmmədov, elmi katib Tariyel Həsənov olmuşdur.[4]

Akademik Ziya Bünyadovun tərcümə etdiyi Məhəmməd Füzulinin "Mətlə əl-etiqad" fəlsəfi kitabının redaktorları Tariyel Həsənov və Zakir Məmmədov olmuşlar.[5]

Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsinin 2006-cı ildə çap edilən bir sayı Tariyel Həsənova ithaf edilmişdir.[6]

İstinadlar redaktə

  1. "HEYDƏR ƏLİYEV- "TARİYELLƏ İŞİNİZ OLMASIN. O MƏNƏ GƏRƏKDİR."". 2016-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
  2. 1 2 Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh.9
  3. Vasim Məmmədəliyev. Unudulmaz dost. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh. 11–12
  4. Aytək Zakirqızı. Milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı. "Elm" qəzeti, 31 oktyabr 2006-cı il
  5. Məhəmməd Füzuli. "Mətlə əl-etiqad". Tərcümə edən: Ziya Bünyadov. Bakı, 1987
  6. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006

Ədəbiyyat redaktə

  • Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh.9
  • Vasim Məmmədəliyev. Unudulmaz dost. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh.11–12
  • Aytək Zakirqızı. Milli fəlsəfi irsimizin əvəzedilməz tədqiqatçısı. "Elm" qəzeti, 31 oktyabr 2006-cı il
  • Abdullah Kahraman. Editörün notu. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 06 (06), sentyabr 2006, səh. 7–8

Xarici keçidlər redaktə


Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024