Toşiko Yuasa Haqqında Məlumat - Axtarış

Toşiko Yuasa Haqqında Məlumat - Axtarış


Toşiko_Yuasa üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Toşiko Yuasa sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Toşiko Yuasa sözünə uyğun gələn mahnı axtar və yüklə


Toşiko Yuasa sözünə uyğun gələn lazımlı linklərə bax


Toşiko Yuasa sözünə uyğun gələn şəkillərə bax və yüklə


Toşiko Yuasa sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaToşiko Yuasa sözünə uyğun gələn məqaləni oxu


Toşiko Yuasa sözünə uyğun gələn xəbər axtar və oxu


Toşiko Yuasa sözünə uyğun gələn kinoya bax və yüklə


Toşiko Yuasa sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Toşiko Yuasa sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Toşiko Yuasa tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Toşiko Yuasa (湯浅年子, Yuasa Toşiko?, 11 dekabr 1909, Ueno[d], Tokio1 fevral 1980, Ruan) – Fransada fəaliyyət göstərmiş Yaponiya nüvə fizikaçısı.[1] Yaponiyanın ilk qadın fizikaçısı hesab olunur. "Yaponiyanın Mariya Kürisi" adlandırılır.[1]

Toşiko Yuasa
yap. 湯浅年子
Doğum tarixi 11 dekabr 1909(1909-12-11)
Doğum yeri
Vəfat tarixi 1 fevral 1980(1980-02-01) (70 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Təhsili
  • Tsukuba Universiteti[d]
Fəaliyyəti nüvə fiziki, universitet müəllimi[d]
Mükafatları "Müqəddəs xəzinə" ordeni III dərəcəli "Qiymətli tac" ordeni "Bənövşəyi lent" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası redaktə

İlk illəri redaktə

Toşiko Yuasa 11 dekabr 1909-cu ildə Tokio şəhərinin Ueno rayonunda doğulmuşdur.[2] Anası ənənəvi ədəbiyyat sahəsində tanınmış ailəyə mənsub idi, atası isə Yaponiya hökumətinin patent ofisində işləmiş mühəndis idi.[2] Toşikonun 3 böyük bacısı və 3 qardaşı var olmuşdur.[2]

Toşiko Tokio Qadınlar Ali Normal Məktəbinin liseyindən məzun olmuş, daha sonra Tokio Qadınlar Ali Normal Məktəbinin elm fakültəsinə daxil olmuş və burada fizika üzrə ixtisaslaşmışdır.[2] Onun fizikaya maraq göstərməsində atasının böyük təsiri olmuşdur.[2]

Toşiko 1931–1934-cü illərdə Tokio Bunrika Universitetində təhsil almışdır.[1] Universitetin fizika fakültəsinin köməkçisi olmuş, atomlar və molekulyar spekroskopiya haqqında araşdırmalara başlamışdır.[1] Həmin il ilk məqaləsi nəşr olunmuşdur.[2] 1935-ci ildə Tokio Qadınlar Xristian Kollecinin mühazirəçisi olmuş, 1938-ci ildə isə Tokio Qadınlar Ali Normal Məktəbinin köməkçi professoru təyin olunmuşdur.[1]

Müharibədə və sonrası redaktə

1940-cı ildə Frasanın paytaxtı Parisə köçmüş və Frederik Jolio-Küri ilə birlikdə Nüvə Kimyası Kolleci Laboratoriyasında işləməyə başlamışdır.[1] 1944-cü ildə Berlin Universitetinin Fizika İnstitutunda tədqiqatlar aparmağa başlamışdır.[1]

1945-ci ilin dekabrında Yaponiyaya qayıtmış və Tokio Qadınlar Ali Normal Məktəbinin professoru olmuşdur.[1] Həmin dövrdə ABŞ ordusu Yaponiyada nüvə tədqiqatlarını qadağan etdiyi üçün bu istiqamətdə araşdırmalara davam edə bilməmişdir.[1] Toşiko 1946–49-cu illərdə RIKEN-in Nişina laboratoriyasında işləmiş və bir il Kioto Universitetində mühazirələr vermişdir.[1] 1949-cu ilin mayında nüvə spektroskopiyası araşdırmalarına davam etmək üçün Fransaya qayıtmış və Fransa Milli Elmi Tədqiqat Mərkəzinin (CNRS) işçisi kimi Nüvə Fizikası Kolleci Laboratoriyasında işləməyə başlamışdır.[1]

1952-ci ildə ikinci dəfə Tokio Qadınlar Ali Normal Məktəbinin professoru təyin olunmuşdur.[1] Bu postu 1955-ci ilə qədər tutsa da, bu dövrdə CNRS ilə işləməyə davam etmişdir.[1] 1955-ci ildə daimi olaraq Fransaya köçməyə qərar vermişdir.[2] 1957-ci ildə CNRS-də baş tədqiqatçı olmuşdur.[1] 1957-ci ildə Kioto Universitetinin elm doktoru dərəcəsini almışdır.[1] 1974-cü ilə qədər CNRS-də işləməyə davam etmişdir.[1] Həyatının qalan hissəsini Yaponiyada konfranslara qatılmaqla keçirmiş, 1978-ci ildə nüvə tədqiqatları haqqında Yaponiya–Fransa əməkdaşlığını təklif etmişdir.[1]

Ölümü və xatirəsi redaktə

Toşiko 1 fevral 1980-ci ildə Parisdə yerləşən Bekkerel xəstəxanasında xərçəng xəstəliyi səbəbilə ölmüşdür.[2] Ona məxsus olan əşyalar Parisdən Yaponiyaya gətirilmişdir və hazırda Oçanomizu Universitetində saxlanılır.[2] 2002-ci ildə Oçnanomizu Universitetinin və Fransanın dəstəyi ilə Toşiko Yuasa mükafatı təsis olunmuşdur.[2] Bu mükafat gənc qadın alimlərə təqdim olunur.[2]

Elmi töhfələri redaktə

Toşiko süni radioaktiv nüvədən ayrılan ß şüaları barədə araşdırmasına görə 1943-cü ildə Fransada dərəcə əldə etmişdir.[2] 1945-ci ildə Berlin Universitetində ß şüalarının spektral ölçməsi üçün ikiqat fokuslu spektroskop hazırlamışdır.[2] O, 1955-ci ildə ABŞ-nin Bikini adasında apardığı hidrogen bombası sınağının təhlükəsi barədə məqalə yazmışdır.[2]

Toşiko 1967–80-ci illərdə 2 və ya 3 nukleondan ibarət nukleon sistemləri üzərində işləmişdir.[2] Araşdırmalarından sonra sürətli neytronlar üçün effekiv maye stintillasiya sayğacı və plastik stintillasiya sayğacı hazırlamışdır.[2] Bu alətlər vasitəsilə 2H və 3He parçalanmaları üzərində təcrübələr aparmışdır.[2] O, 100-dən çox elmi məqalənin müəllifi olmuşdur.[2]

Toşio Fransa mədəniyyəti və elmi haqqında yapon dilində bir çox kitab yazmış, Yaponiya ilə Fransa arasında elmi mübadilədə vacib rol oynamışdır.[2] O, Yaponiyada qadın təhsilinə də böyük təsir göstərmişdir.[2] Onun üç qadın tələbəsi fizika üzrə universitet professoru olmuşdur.[2] O, 1976-cı ildə "Bənövşəyi lent" medalı"Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuşdur.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Haines
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Yagi, Eri; Matsuda, Hisako. "Toshiko Yuasa (1909-80): the First Japanese Woman Physicist and Her Followers in Japan" (PDF). AAPPS Bulletin. 17 (4). avqust 2007: 15–17. 2015-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2022.

Ədəbiyyat redaktə


Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024