Biz sizə Tottenhem Hotspur FK sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Tottenhem Hotspur FK tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq. Bizi seçdiyiniz üçün təşəkkür edirik!
Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz
Tottenhem Hotspur FK
"Tottenham Hotspur" (tam adı "Tottenham Hotspur Futbol Klubu" (ing."Tottenham Hotspur Football Club"); səslənməsi: [ˈtɒt:nəm]) — çox vaxt Mahmızlar (ing."Spurs") olaraq istinad edilən, hal-hazırda İngiltərə Premyer Liqasında çıxış edən 1882-ci ildə İngiltərədə, şimali Londonda təsis edilmiş peşəkar futbol klubudur. Klubun ev stadionu Uembli (əvvəl Vayt Hart Leyn) stadionudur (ing.".
Wembley Stadium"). Klub, şimali London klubları ilə, məxsusi olaraq yaxın qonşusu olan Arsenal Futbol Klubu ilə uzun tarixə malik "Şimali London Derbisi" adlanan (ing."North London Derby") rəqabət içindədir.
Hotspur Futbol Klubu 1882-ci ildə All Hallows Kilsəsinin, İncil sinfinin qrammatika bölməsindəki tələbələr tərəfindən təsis edilmişdir. Bu tələbələr, eyni zamanda Hotspur Kriket Klubunun də üzvləri idi. 1884-cü ildə, klub, London Hotspur adlı klub ilə birləşərək Tottenham Football and Athletic Club adlandırıldı.
Tottenham, İngiltərədə XX əsrdə, 1960–61 mövsümündə, həm liqanı, həm kuboku qazanmağı bacarmış ilk komandadır. 1963-cü ildə Kuboklar Kubokunu qazanaraq Avropada kubok qazanan ilk İngilis komandası olmuşdur. 70-ci illərdə iki dəfə Liqa Kubokunu və 1972-ci ildə də yeni adnan ilk UEFA Kubokunu qazanıblar. 80-lərdə Spurs, bir çox kubok qazanmışdır; iki dəfə FA Cup kuboku, bir dəfə FA Community Shield kuboku və 1983–84 mövsümündə UEFA Kubokunu qazanıblar. 1990-cı illərdə, FA Cup kubokunu və Liqa Kubokunu qazanıblar. 2008-ci ildə Liqa Kubokunu bir dəfə daha qazanıblar. Bununla da hər on ildə ən az bir dəfə bu kuboku qazanmış oldular. Bu, sadəcə Manchester United tərəfindən reallaşdırılmış bir uğur idi.